Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Февраль » 19 » “Toloş” divar qəzeti – 22
21:28
“Toloş” divar qəzeti – 22
Elnur Ağayev,
tarix elmləri doktoru


"Toloş” divar qəzetinin üstündə nə vaxt hazırlandığı və hansı tarixdə divardan asıldığı haqqında bir yazı yoxdur. Amma qəzetin hazırlanmasında və divardan asılmasında iştirak etdiyim üçün bu tarixin 1989-cu ilin mart ayı olduğunu təxmin eləyirəm. Təxminim də buna əsaslanır ki, mən 1986-1987 dərs ilində Qızılavar Kənd Orta Məktəbinin 9-cu sinfində oxuyurdum. Və bu qəzet də bu məktəbə gəlişimin birinci deyil, ikinci ilində, gözəl bir yaz günü tərtib olmuşdu. Qəzetdəki yazılar və yazı yazanlar haqqında bəzi araşdırmalar aparmaqla da bu nəticəyə gəlmək olar. Qəzet Masallı Rayonu Qızılavar Kənd Orta Məktəbində hazırlanıb və məktəbin həyətinə girişdə, sol tərəfdə divardan asılmışdı. Hal-hazırda o məktəb natamam məktəbdir və kəndin Toyoba məhəlləsində yerləşir.

Qəzet ancaq bir nömrə hazırlanmışdı. Qəzetin ikinci nömrəsini hazırlamaq üçün divar kağızının başlığı yazılsa da, səhifəsi tərtib edilsə də, yazıları yazılmamış, məqalələrin yerləri boş qalmışdı. Qəzetin hazırlanan tək nüsxəsi rəhmətlik şair Tofiq İlhamın evindəki arxivindədir. Həmən arxivdə divar qəzetinin hazırlanan tək nüsxəsi deyil, hazırlığı aparılan və boş olan ikinci nömrəsi də qorunmaqdadır. Mən, 2007-ci ilin fevral ayında Tofiq İlhamın evində mənə əziz olan bu qəzetləri gördüm və yaddaşım məni o illərə apardı…

…1989-cu ilin gözəl bir yaz günü Qızılavar Kənd Orta Məktəbinin koridorunda divardan bir divar qəzeti asıldı. Şagirdlər, bir-birilərini itələyərək o qəzetə yaxınlaşaraq, onu oxumaq istəyirdilər. Əslində, oxumaqda çox çətinlik çəkirdilər, çünki divarda asılan bu qəzet, məktəbdə oxuduqları bir dildə yazılmamışdı. Qəzet, hər gün danışdıqları, çox yaxşı bildikləri bir dildə, yəni ana dilləri olan Talış dilində idi. Amma bu dildə birinci dəfə yazıyla qarşılaşdıqlarından, oxumaqda çox çətinlik çəkirdilər. Şagirdlərin divar qəzetini oxumaq "bacarıqları” bir az da "Yeddi oğul istərəm” kinosundakı bir epizodu xatırladır. Yəqin ki, hər kəs o epizodu gözləri önünə gətirə bilər: Qoca kişi köhnə hərflərlə yazılan yazını hecalaya- hecalaya bele oxuyurdu: Bü-tün öl-kə-lə-rin pro-le-tar-la-rı, bir-lə-şin. Şagirdlər də divar qəzetini eyni ilə bu şəkildə, hecalayaraq oxumağa çalışırdılar: Dın-yo zəh-mət-ke-şon, i bı-bu-en!...

Əslində, Talış dilində yazı yazmaq, oxumaq Talış bölgəsinə, həmçinin də bu kəndə yad bir əlamət deyildi. Çünkü, hələ uzaq 1930-cu illərdə, indi Talış dilindəki yazıları hecalaya-hecalaya oxuyan şagirdlərin babaları, nənələri bu dildə dərs keçmişdilər, yazı yazmışdılar, şeirlər əzbərləmişdilər. Amma, çox təəssüf ki, ikinci Dünya Müharibəsi illərində Talış dili dərsləri məktəblərdən ləvğ edildi. Məktəblərdən Talış dili dərslərinin ləğv edilməsinə baxmayaraq, o dərsləri alan şagirdlər, gələcək illərdə də o dərslərin həsədini çəkdilər, o dərslərdə keçdiklərini övladlarına, nəvə-nəticələrinə danışa-danışa yaşadılar. Əllərində o illərdə yazdıqları yazı nümünələri, dərs kitabları olmasa da, bunu övladlarına danışan, onlara başa salan ruhları, inamları, ürəkləri vardı.

Divardakı qəzeti hecalaya-hecalaya oxuyan şagirdlərin, demək olar ki, hamısı nənələrindən, babalarından, onların o illərdə öyrəndikləri Zülfiqar Əhmədzadənin:


Əv çiçe kardə tır-tır,
Çı kolxozi traktor.
İ lıskə nat hardedə,
Həmə ruji qardedə...

Və ya

Lenin çəmə rəhbəre,
Bə dınyo bərabəre

şeirləini eşitmişdilər. Hətta nənələrindən, babalarından onu da eşitmişdilər ki, Talış şairi Zülfiqar Əhmədzadə, şeirində Lenini o biri dünyaya bərabər tutduğu üçün Sibirə sürgün edilmiş və orda da ölmüşdü.

Babalar, nənələr tək bunları yox, başqa şeirləri də nəvələrinə öyrədirdilər:

Rus dili məllim kədə ni,
Şinə çayış vədə ni.
Nənə votdə çiç bıkə,
Pencə vədə rast bıkə.

Şagirdlər, nənələrindən "Qılqıl xımo, az bıvotom, tı quş bıdə”, "Bevəcə jeni nağıl”larına da eşitmışdilər.

Hətta xatırlayırdılar ki, kənd klubunda Baloğlan Əşrəfov Tofiq müəllimin /Tofiq İlham/ "Tolışə kinə” mahnısını oxuyanda, bütün salon ayağa qalxıb, bunu alqışlamışdı və bir ağızdan oxumuşdular:

Maştə-maştə həşi pemə,
Bə çayə hi kinon omə,
Çaşım qıləy bətı damə,
Tolışə kinə, Tolışə kinə!

Bəziləri Xanəli müəllimin /Xanəli Tolış/ Səməd Vurğunun "Vaqif” əsərindən, Talış dilinə başqa dildən tərcümənin mümkün olduğunu göstərmək üçün, bir neçə misralıq tərcüməsini də bilirdilər, eşitmişdilər:

Joğo votedən ki, bovnedə xoki,
Şımə Qarabaği xanondon çoki,
Hınon hıste qele Rast bahandenen...

...Gündəlik Talış dilində danışan, bu dildə çoxlu şeirlər, lətifələr, nağıllar bilən bu şagirdlər, divardan asılan "Toloş” qəzetini hecalaya-hecalaya olsa da, oxuyurdular.

Bəs bu qəzet hardan o divara asılmışdı, bunu kim fikirləşmişdi, yazılarını kim yazmışdı, şəkillərini, tərtibatını kim hazırlamışdı? Bu sualları verənlər, bunu fikirləşənlər də az deyildi. Əslində bunu başa düşmək üçün qəzetin son hissəsinə baxmaq bəs eləyərdi, çünkü orda üç ad yazılmışdı: Redaktor: T. İlham, Rəssam: Əliyar, Bınıvışt: Elnur. Bu üç nəfəri məktəbdə də, kənddə də hamı tanıyırdı: Tofiq müəllim, gözləri görməməsinə baxmayaraq, çox qiymətli bir müəllim, Talış bölgəsinin gözəl şairi, Talış dilində gözəl şeirlərin müəllifi; Əliyar, mədəniyyət işçisi, aktyor, Bədəlan kənd mədəniyyət evinin müdürü, Elnur isə çalışqan bir şagird. Bu üç şəxsi bir araya gətirən isə, o dönəmin siyasi, iqtisadi, mədəni ab-havası idi. Sovetlər ölkəsində yenidənqurma və aşkarlıq siyasəti geniş vüsət almışdı. İnsanlar, əvvəllər alışmadıqları bir çox azadlıqların adını eşitməyə başlamışdılar. Xalqların, fərqli sahələrdə azadlıqlar əldə edə biləcəkləri haqqında söhbətlər gəzirdi. Ölkə rəhbəri Qorbaçovun, Baltik Respublikalarından birində, 6 min nəfərlik bir xalqın da dilini, tarixini, ədəbiyyatını, sənətini yaşada biləcəyi haqqında kı sözləri, xalqları hərakata keçirmiş, milli şüurları oyatmışdı.

"Toloş” divar qəzeti, illərcə böyüklərindən Talış dilində eşitdikləri şeirlərlə, nağıllarla, lətifələrlə böyüyən, eyni zamanda hər gün bu dildən istifadə edən və onu yaşadan bir nəslin yenidənqurma və aşkarlıqdan aldıqları güclə ortaya çıxdı. O gün, o kənddə bu gücə güç qatan çox sayıda inasanın adını çəkmək mümkümdür: Xanəli Tolış, Camal Lələzoə, Sevaqət Qurbanov və b. Amma qəzetin işıq üzü görməsi üç şəxsin adıyla bağlıdır: Tofiq İlham, Əliyar Ağayev və Elnur Ağayev.

Demək olar ki, qəzetin çıxarılması və yazıların hazırlanması Tofiq müəllimin fikri idi. Mən o dönəmdə Tofiq müəllimin dərs jurnalını yazar və bəzi günlər də, dərs saatından sonra, evlərinə gedər, dərsləri hazırlamaqda, yazılarını yazmaqda ona köməklik edərdim. Çünki Tofiq müəllim, gözleri görmədiyindən bəzi bacarıqlı şagirdlərindən bunu xahiş edərdi. Tofiq müəllimə kümək məqsədlə evlərinə getdiyim bir gün o, bu mövzunu açdı. Tofiq müəllimin hesablarına görə, səhifə yazılarını mən yazacaqdım. Amma, qəzetin şəkillərini çəkmək və tərtibatını hazırlamaq üçün də birini tapmaq lazım idi. Ağlıma Əliyar Ağayev gəldi. Çünki Əliyarın əl qabiliyyəti yaxşı idi və Tofiq müəllimin də vaxtıyla şagirdi olduğu üçün bu işə razılıq verərdi. Tofiq müəllim Əliyarla danışdı və üçümüz də, qəzeti hazırlamağa başladıq.

Əliyar, qəzetin səhifə tərtibatını hazırladı. Qəzetin adı "Toloş” qoyuldu. Başlıqda, arxada Talış dağlarını gösteren bir şəkil, şəkilin qabağında isə "Toloş” yazılmışdı. Əliyar, qəzetin kənarlarını və orta bölümlərini çiçək şəkilləriylə bəzədi. Qəzetin üst küncündə "Dınyo zehmetkeşon, i bıbuen” şuarı da yazılmışdı. Adının yanında, qəzetin nömrəsi də verilmişdi: no.1.

Qəzetdə aşağıdakı yazılar yer almışdılar:

1. Redaktoriku: Ha Toloşon - Bu Tofiq müəllimin o günlərdə yazdığı yeni şeiri idi,
2. Çəmə xəlği nom çiçe? – (müəllif Tofiq Şahbazov)
3. Toloşon dövlət bə? –(müəllif S. Qurbanov)
4. Yolon Sıxanon,
5. Redaksiyəku,
6. Bes tı kenə merd bəbeş? – (müəllif Vəlişah Şəğoləsevoj,
7. Ağılbılovon,
8. Zıvonbarışton,
9. Peğande,
10. E’lan,

Qəzetin ünvanı da son hissədə verilmişdi: Unvan: Masallü r. Ğızlovo d. Tel. 75-2-65. Bu telefon nömrəsi Tofiq müəllimin ev telefon nömrəsi idi.

"Toloş” divar qəzetinin müasir Talış tarixində özünəməxsus yeri var. Hələ Moskvada Hilal Məmmədov dostlarıyla "Tolış” qezetini çıxarmamışdı, hələ Bədəlan Kənd Mədəniyyət evində Əliyar Ağayevin "Mərəkə” məclisi "Honi” jurnalını çıxarmamışdı, amma dünyanın Talış adlı bölgəsinin kiçik bir kəndində, Qızılavarda üç qeyrətli Talış balası bir araya gəlib "Toloş” adında bir divar qəzeti çıxardılar. Gözel bir yaz günü o qəzeti Qızılavar Kənd Orta Məktəbinin görsənən bir yerində divara asmışdılar ki, Talış balaları heca-heca olsa da bu misraları oxuya bilsinlər:

Ma-mәn-dәn ənә ji-po, ha to-lo-şon!
Bəş-tә-nәn hә-ni sә-po, ha to-lo-şon!



Категория: Talış incəsənəti | Просмотров: 3407 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus