"Tolışon Sədo” qəzetinin növbəti, 07 aprel 2012-ci il tarixli 12 (24)-cü sayı işıq üzü görüb.
Qəzetdə bir sıra maraqlı məqalələr, hekayələr və şerlər öz əksini tapmışdır. Belə ki, qəzetin bu sayında Camal Lələzoənın Talış dilində qələmə aldığı iki yeni novellası, Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən bir hissə, baş redaktor R.Cəlilovun "Çiç bıkəmon?” müəllif yazısı, şair Əli Nasirin "Görüş yeri” silsiləsindən ikinci yazısı və bu yazıya uyğun yazılmış şerləri, İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından bir hissə, Xanəli Tolışın yeni şerləri, Allahverdi Bayraminin Talış dilində qələmə aldığı "XX əsri 20-30-nə soronədə Tolışi ədəbiyot” elmi-araşdırıcı məqaləsinin ilk hissəsi, R.Xansuvarov Talışxanovun "Talış generalları” silsiləsindən general Ağacan bəy Nurullabəyova həsr etdiyi araşdırma yazısı, RF-nın Sverdlovsk vilayətinin TalışMədəniyyət Mərkəzinin sədri Elşən Həsənovla müsahibə və şair Mirheydər Bəşərunun "Tolışə bandon” etnoqrafik poemasının I hissəsi dərc olunub.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.