"Tolışon Sədo” qəzetinin 17 mart 2012-ci il tarixli, 09 (021) saylı növbəti sayı işıq üzü görüb.
Qəzetdə Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri Əli Nasirin Novruz bayramı münasibəti ilə Talış xalqına gözaydınlığı, filologiya elmləri doktoru Ə.Rəcəblinin "Talış dilinin fonetikası” kitabından bir hissə, R.Cəlilovun maraq kəsb edən "Səhər, Səhər...” müəllif yazısı, şair Əli Nasirin N.Məmmədovun xatirəsinə həsr etdiyi və çox düşündürücü "İki Dünya Arası” yazısı, A.Bayraminin Talış folklorunun bu gününə həsr etdiyi yazının davsamı, Ə.Sərxanın "Seyid Xəlifə ziyarətgahına Təcavüz” yazısı, C.Lələzoənın "Korə Də” əfsanəsi, mərhum Bəhmən Salehin yaradıcılığı haqqında qısa xülasə və onun maraq kəsb edən "Aybocorəti klassika” hekayəsi, İldırım Şükürzadənin Lənkəran toponimlərinə həsr etdiyi araşdırma-yazısı xüsusi maraq kəsb edir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradanyükləməklə oxuya bilərsiniz.