"Tolışon Sədo” qəzetinin növbəti, 30 iyun tarixli 23 (35)-ci sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin üz səhifəsində görkəmli talış ziyalısı, "Tolışi Sədo” qəzetinin baş redaktoru, Talış Mədəniyyəti Mərkəzinin İdarə Heyyətinin üzvü, hüquq müdafiəçisi Hilal Məmmədovun həbsini pisləyən yeni bəyanatlar verilmiş, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Kim səhf etmir ki?” adlı müəllif yazısı, 4-cü səhifədə A.Bayraminin Rza Musayevə həsr etdiyi "Ustodon ustod şair Rza Musayev” adlı 3-cü yazısı, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından növbəti bir hissə və Salamoğlunun "bir qəzetin iki separatçısı” yazısı, 6-ci səhifədə Hilal Məmmədovun həbsini pisləyən yazılar, 7-ci səhifədə Camal Lələzoənın yeni hekayələri və Rafiq Cəlilovun "Azadlıq” və "Yeni Müsavat” qəzetləri üçün yazdığı "Həzi Aslanovdan Şeyxə hədiyyə” köşə yazısı, 8-ci səhifədə Müsavat və AXCP-nin bəyanatları çap edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.