"Tolışon Sədo” qəzetinin növbəti, 23 iyun tarixli 22 (34)-cü sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin üz səhifəsində görkəmli talış ziyalısı, "Tolışi Sədo” qəzetinin baş redaktoru, Talış Mədəniyyəti Mərkəzinin İdarə Heyyətinin üzvü, hüquq müdafiəçisi Hilal Məmmədovun həbsini pisləyən bəyanatlar verilmiş, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun dövlətin səhf milli siyasətini pisləyən "Davam edir 37???” adlı müəllif yazısı, 4-cü səhifədə A.Bayraminin Rza Musayevə həsr etdiyi "Ustodon ustod şair Rza Musayev” adlı 2-ci yazısı, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından növbəti bir hissə, Moskvada Fatimeyi-Zəhranın mövlud gününə həsr edilmiş bir yazı, 6-ci səhifədə şair Əbdülrza Əhmədovla müsahibə, 7-ci səhifədə Camal Lələzoənın yeni hekayələri, 8-ci səhifədə Aytən Hüseynovanın və Razzaq Xansuvarovun-Talışxanovun birgə yazdıqları "Avesta təqvimi” yazısı dərc edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.