"Tolışon Sədo” qəzetinin növbəti, 26 may tarixli 19 (31)-ci sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin üz səhifəsində mərhum ustad Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm xanım Məmmədovanın "Gördüklərim, eşitdiklərim” yazısı, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Juçok Məhəmməd Ərsoy” adlı müəllif yazısı və Tofiq İlhamın doğum gününə ithaf edilmiş və talış dilində qələmə alınmış yeni "Talışın Homeri” yazısı, 4-cü səhifədə şair Tofiq İlhamın xatirəsinə həsr olunmuş, A.Bayraminin yazısı, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından növbəti bir hissə və tədqiqatçı-müəllim İldırım Şükürzadənin "Talış etnoqrafiyasına dair kitab” yazısı, 6-ci səhifədə Nailənin qələmə aldığı "Alın yazısı” hekayəsinin ikinci hissəsi, 7-ci səhifədə Cahangir Suvarovun müəllif yazısı və Camal Lələzoənın yeni lətifələri və novellası, 8-ci səhifədə "Teatr və teatrşünaslıq” yazısı və Talış dilində növbəti bir krossvord dərc edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.