"Tolışon Sədo” qəzetinin növbəti, 02 iyun tarixli 20 (32)-ci sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin üz səhifəsində şair Səftər Ağazadənin 40 illik yubileyinə həsr edilmiş təbrik yazısı və şairin "Merd bıbənən deştə nomi” şeri, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Milli islahatlara doğru” adlı müəllif yazısı və Cavanşir Qasımovun "Mondiqo əhvalatları” satirik hekayələri, 4-cü səhifədə A.Bayraminin İlqar Miyonkujə həsr etdiyi "Şo bıkə mıni” yazısı, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından növbəti bir hissə, aforizmlər və şair Azər Tolışın şerləri, 6-ci səhifədə Nailənin qələmə aldığı "Alın yazısı” hekayəsinin üçüncü hissəsi, 7-ci səhifədə Əşrəfi Sərxanın mərhum Məmmədhüseyn Əliyevə həsr etdiyi "Dağlar oğlu” yazısının birinci hissəsi, 8-ci səhifədə Camal Lələzoənın talış dilində qələmə aldığı "Pəhlivon Əbil” hekayəsi və Talış dilində növbəti bir krossvord dərc edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.