"Tolışon Sədo” qəzetinin növbəti, 12 may tarixli 17 (29)-cu sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin 2-ci səhifəsində Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Talış dilim” adlı müəllif yazısı və Əşrəfi Sərxanın Ziyarətgahlarımız silsiləsindən olan növbəti yazısı, 4-cü səhifədə görkəmli şəxsiyyət, millətimizin fədakar ziyalısı Bağır Bağırovun 75 illik yubileyinə həsr edilmiş yazı, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından növbəti bir hissə və müəllim tədqiqatçı İldırım Şükürzadənin "Şeyx Zahid Gilani” adlı tədqiqat yazısı, 6-ci səhifədə Allahverdi Bayraminin Talış dilində qələmə aldığı və şair Mehman Qaraxanizoəyə həsr etdiyi araşdırıcı məqalənin 2-ci hissəsi, 7-ci səhifədə Şirəli Maqsud və Güloğlan Teymur yaradıcılığı ilə tanışlıq yazıları, 8-ci səhifədə lətifələr və Talış dilində növbəti bir krossvord dərc edilmişdir.
Bundan əlavə qəzetdə bəzi təbriklər və şerlər də yer almışlar
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz. Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.