"Tolışon Sədo” qəzetinin növbəti, 05 may tarixli 16 (28)-ci sayı işıq üzü görüb. Qəzetdəki bəzi məqalələrin qısa xülasəsini veririk.
Belə ki, qəzetin ilk səhifəsində Atabala Babayevin Talış dilində qələmə aldığı "Xıdo əmonət?” yazısı, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə, 3-cü səhifədə baş redaktor R.Cəlilovun "TV adlı bir dəvə...” adlı müəllif yazısı və şair Rza Musayevin Talış dilində qələmə aldığı yeni şeirləri, 4-cü səhirədə RTMM-nin sədri, görkəmli şairimiz Əli Nasirin 57 yaşının tamam olması münasibəti ilə təbriklər və böyük şairimizə həsr edilmiş şerlər, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından nöfbəti bir hissə, şair Azər Talışın yazdığı yeni şerləri, 6-ci səhifədə Allahverdi Bayraminin Talış dilində qələmə aldığı və şair Mehman Qaraxanizoəyə həsr etdiyi araşdırıcı məqaləsi, 8-ci səhifədə şerlər, lətifələr və Talış dilində krossvord dərc edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.