"Tolışon Sədo” qəzetinin bu ay üçün sonuncu, 28 aprel 2012-ci il tarixli 15 (27)-cı sayı işıq üzü görüb.
Qəzetdə bir sıra maraqlı məqalələr, hekayələr və şerlər öz əksini tapmışdır.
Qəzetin ilk səhifəsində RTMM-nin sədri, görkəmli şairimiz Əli Nasirin 57 yaşının tama olması münasibəti ilə təbrik və böyük şairimizə həsr edilmiş şerlər, 2-ci səhifədə Talış xanlığının tarixini əxz edən "Əxbərnamə” əsərindən növbəti bir hissə və 3-cü səhifədə baş redaktor R.Cəlilovun "Allahın əmanətinə... xəyanət” adlı müəllif yazısı və Baladdin Veşonun "Bə Rafiqə bilə” şerinin ikinci və üçüncü hissələri, Əli Nasirin Talış dilində qələmə aldığı və "Tolışi Sədo” qəzetinin müxtəlif nömrələrində dərc edilmiş şerləri, 5-ci səhifədə İradə Məlikovanın tərcümə etdiyi "Ofəyəmon” kitabından nöfbəti bir hissə, şair Sanqinin Talış dilində yazdığı şerləri, 6-ci səhifədə Allahverdi Bayraminin Talış dilində qələmə aldığı "Əlolon...” araşdırıcı məqaləsinin ardı, və Camal Lələzoənın yeni şeri, 7-ci səhifədə jurnalist M.Dadaşovun "Dico kəndi” araşdırma-yazısınin davamı və Camal Lələzoənın novellaları, 8-ci səhifədə İlyasi Habilin "Tojə mazq” satirik novellası, Mirtağı Xilqətin qəzəlləri və Talış dilində krossvord dərc edilmişdir.
Qəzetin PDF formatını komputerinizə yukləmədən saytımızın sağ (3-ci) sutununda verilen "Tolışon Sədo" bölümündə və yaxud da kompüterinizə buradan yükləməklə oxuya bilərsiniz.