Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Май » 6 » “Time” Əliyevlərin iç üzünü açdı
13:32
“Time” Əliyevlərin iç üzünü açdı
Dünyanın ən nüfuzlu jurnalı hakim ailənin xərclədiyi pullardan yazdı - "Satılan Azərbaycan”
                                   
"Eurovision” yarışması həssaslıqla qorunan imici məhv etdi”

                                          
ABŞ-da nəşr olunan, dünyanın ən nüfuzlu dərgilərindən olan həftəlik "Time” jurnalında Uilyam Li Adamsın Azərbaycanla bağlı geniş məqaləsi dərc olunub. "Satılan Azərbaycan” adlı məqalədə ölkəmizin ictimai-siyasi həyatı, insan haqları və demokratiyanın durumu, "Eurovision” musiqi yarışmasına hazırlığı və s. məsələlərdən bəhs olunur. "Time” jurnalındakı məqalədə Azərbaycan hakimiyyətini ifşa edən məqamlar da öz əksini tapıb. Məqaləni qısa ixtisarla təqdim edirik:

"Ilham Əliyev ”Eurovision" qələbəsini hərbi zəfər kimi təqdim etdi"


Ötən ilin mayında Azərbaycanı təmsil edən Ell və Niki cütlüyü "Eurovision” musiqi yarışmasının qalibi oldu. Dövlət başçısı Ilham Əliyev bu qələbəni "azərbaycanlıların və Azərbaycan dövlətinin qələbəsi” adlandırmaqla, onu hərbi zəfər kimi təqdim etdi. Bakı bu il 100 milyondan çox avropalının izləyəcəyi yarışmaya ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycan yarışmanın yaxşı təşkili üçün cidd-cəhdlə çalışır. Bunun üçün Ilham Əliyev təşkilat işlərinə rəhbərliyi həyat yoldaşı Mehriban Əliyevaya tapşırdı. Qalib gəncləri hakim partiyaya məcburən üzv edən hökumət "Eurovision” hazırlığına külli miqdarda pul xərcləyir. Rəsmi rəqəmlər indiyə qədər 30 milyon dollar xərcləndiyini göstərir. Hökumət isə hazırlıq işlərinə 64 milyon dollarlıq büdcə ayırıb. Lakin bəzi mənbələr yarışmaya xərclənən məbləğin 277 milyon dollar olduğunu deyir.

Insan haqlarına hörmət qoymayan avtoritar idarəçilik...


"Eurovision” yarışması dünyanın diqqətini bu ölkədəki insan haqlarının bərbad durumundan yayındırmaq baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Sovet Ittifaqının dağılmasıyla müstəqilliyini qazanmasından 20 il keçməsinə baxmayaraq, çoxları Azərbaycanı dünya xəritəsində çox çətinliklə tapa bilər. Zəngin təbii ehtiyatlara sahib keçmiş sovet ölkəsi olan Azərbaycan iqtisadi cəhətdən varlı olmasına baxmayaraq, beynəlxalq tənqidçilər bildirir ki, burada insan haqlarına hörmət qoymayan avtoritar idarəçilik sistemi mövcuddur. Indiki prezidentin atası Heydər Əliyev 1969-cu ildən başlayaraq, kommunist Azərbaycanına rəhbərlik edib. O, 1993-cü ildə yenidən müstəqil ölkənin prezidenti postuna qayıdıb. 2003-cü ilin prezident seçkilərində öz postunu kiçik Əliyevə güzəştə gedib.

Yeni rəhbər prezidentliyə qoyulan məhdudiyyəti uzun mübahisələrdən sonra - 2009-cu il referendumuyla aradan qaldırdı. "The Human Rights House Foundation” 2010-cu ildə bu ölkədə keçirilən seçkiləri "komediya” adlandırdı. Burada hakim elitanı tənqid edənlər repressiya ilə üzləşirlər. "Amnesty International” beynəlxalq insan haqları təşkilatı dinc aksiyalar zamanı polisin etirazçıları döydüyünü, həbs etdiyini bildirir. Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı onlarla zorakılıq faktlarını, o cümlədən iki jurnalistin öldürülməsi hallarını qulaqardına vurur. Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının açıqlamalarına görə, Azərbaycanda 70-ə yaxın insan siyasi motivlərlə hələ də həbsdədir. "Transparency International” korrupsiyanın səviyyəsinə görə, Azərbaycanı 183 ölkə arasında 143-cü yerdə göstərib.

Azərbaycan deyəndə yada düşən ilk sözlər "korrupsiya”, "repressiya” və...


Azərbaycan hökuməti isə bu ittihamları rədd edir. Hökumət ölkədə demokratiyanın inkişaf etdiyini vurğulayır. Azərbaycan deyəndə ilk yada düşən "korrupsiya”, "repressiya” və "avtoritar idarəçilik” sözlərinin unudulması üçün Əliyev xeyli pul xərcləyir. Rəsmi məlumatlarda Azərbaycanın ötən il xarici ölkələrdə həyata keçirdiyi layihələrə və lobbi fəaliyyətlərinə 38 milyon dollardan çox vəsait xərclədiyi bildirilir. Pis imicinin yaxşı təqdim olunması üçün külli miqdarda pul xərcləyən ölkə təkcə Azərbaycan deyil. Insan haqlarını sərt şəkildə pozduğuna görə Avropa Birliyinin sanksiyaları ilə üzləşən Belarus da Londondakı "Bell Pottinger” ictimai təşkilatına lobbi fəaliyyəti üçün pul ödəyib. Qazaxıstan isə ABŞ Dövlət Departamentinin qanunsuz həbslərə görə narahatlıq bildirməsindən sonra amerikalı rəsmilərdən, media qurumlarından və digər şəxslərdən dəstək almaq üçün "BGR Gabara” lobbi şirkətinə ayda 45 min dollar ödəyir.

Azərbaycan beynəlxalq "PR” şirkətləri ilə əməkdaşlıqda xüsusi fəallıq göstərir. 2007-ci ilin sentyabrında "prezidentli Azərbaycan” ofisi Vaşinqtonda yerləşən siyasi-biznez mərkəzi "Cefferson Waterman International”la "professional xidmət” müqabilində ayda 25 min dollar ödənilməsini nəzərdə tutan müqavilə imzalayıb. Həmin müqavilə başa çatsa da, "Cefferson Waterman International” Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığı davam etdirir. Bank xidmət müqabilində həmin şirkətə elə əvvəlki məbləği (25 min dollar) ödəyir.

20 dəqiqəlik çıxış üçün 143 min dollar


Azərbaycan cidd-cəhdlə xarici siyasətçilərin qeydinə qalırdı. 2009-cu ildə "Metanol” elektrik stansiyasının açılışında 20 dəqiqəlik çıxış üçün Britaniyanın sabiq baş naziri Toni Bleyrə 143 min dollar ödəmişdi. Dövlət televiziyası çıxış edən Bleyri daha sonra prezidentlə nahar edərkən göstərdi. Azərbaycan KIV-in "hörmətli qonaq” adlandırdığı Britaniya şahzadəsi Endryu 2005-ci ildən bu yana Azərbaycanı 8 dəfə ziyarət edib. 2011-ci ildə o, Britaniya biznesinə Azərbaycana investisiya qoymağa çağırış edəndə isə sərt tənqidlərlə üzləşdi. O zaman Bukingem sarayından "The Guardian”a açıqlama verərək, onun bu davranışını "Britaniya şirkətlərinin xarici bazarlarda imkanlarını qiymətləndirmək” kimi əsaslandırdılar.

"Azərbaycanın imicinin problemləri” adlı hesabatın müəllifi Maykl Harris deyir ki, bu, Qərbin Əliyevi legitimləşdirmək cəhdidir: "Avropa siyasətçilərinin Azərbaycanı ziyarət etməsi əslində, bu ölkədəki sadə insanlara hökumətin Avropa demokratları və qonşuları ilə yaxşı münasibətlərinin olduğunu göstərmək məqsədi daşıyır”.

Rəsmi Bakı tez-tez öz emissarlarını Avropa paytaxtları və siyasətçilərilə dostluq etmək üçün Qərbə yollayır. Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) materiallarına əsaslanaraq demək olar ki, bu təşkilat Azərbaycanı beynəlxalq auditoriyada reklam etmək üçündür. Azərbaycanın Londondakı səfiri Fəxrəddin Qurbanov isə "bu qrupun hökumətə heç bir aidiyyətinin olmadığını” iddia edir. ABŞ-ın Bakıdakı səfirliyindən Dövlət Departamentinə göndərilən məxfi teleqramları yayan "WikiLeaks” açıqladığı sənədlərə görə, TEAS Azərbaycan hökumətinin hədəflərini əks etdirir.

Bütün bunlarla yanaşı, Britaniya parlamentinin liberal üzvü Mark Fild və Britaniyanın Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Azərbaycana iki səfər müqabilində 9 min dollar almışdı. Bütün xərcləri TEAS ödəmişdi. Fild TEAS-da Məsləhətçi Şurasının üzvü kimi işlədiyi müddətdə 8-16ÿmin dollar arası pul alıb.

Məlumdur ki, hazırda 5 minə yaxın Britaniya vətəndaşı Azərbaycanda işləyir və Britaniya bu ölkəyə külli miqdarda investisiya qoyan dövlətlərdən biridir. Fild ötən il oktyabrın 10-da Nümayəndələr Palatasında Azərbaycanın müstəqillik dövründəki uğurlarını qeyd edərək, bu ölkənin Avropanın demokratik dövlətlərinin birliyinin üzvü olmasını arzulayıb. Amma o, Azərbaycanda insan haqlarının durumu barədə heç nə deməyib.

Azərbaycan tənqidçilərinin narahatlığına səbəb olan başqa bir məsələ isə Avropa Insan Haqları Məhkəməsi üzvlərini təyin edən ATƏT-də Azərbaycan hökumətinin "uğurlarıdır”.

Alman deputat Avropa Şurasından niyə uzaqlaşıb?


Almaniya Bundestaqının keçmiş üzvü, 2002-2005-ci illər arasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Insan Haqları və Hüquqi Məsələlər Komitəsinin sədri vəzifəsini tutan Eduard Lintner Berlində Almaniya-Azərbaycan Münasibətləri Cəmiyyətində lobbiçi kimi çalışır. Lintner "Der Spiegel”ə verdiyi müsahibəsində deyib ki, Avropa Şurasından tədricən getməyə məcbur oldu. Çünki təşkilat AŞ PA Komitəsini Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı pozuntuları açıq şəkildə dilə gətirməyə çağırırdı.

Bundan başqa, 2010-cu ildə Britaniyanın bir sıra iri media orqanlarının redaktorları və yazarlarından ibarət 10 nəfərlik qrup şəxsi təyyarə ilə Londondan Bakıya uçmuşdu. 3 günlük səfərə şampan içkisi, şəxsi sürücü, kürü hədiyyəsi və "Sugababaes” Britaniya qızlar qrupunun ifası daxil idi. "Ürəyin nə istəsəydi, onu əldə edə bilərdin. Heç nə qadağan deyildi”, - deyə səfər barədə təəssüratlarını bölüşən jurnalistlərin biri deyirdi.

Səfərdən bir ay sonra sözügedən jurnalistlərdən birinin Britaniyanın ən məhşur qəzetlərindən olan "Daily Mail”də "Əsrarəngiz Azərbaycan: Avropanın ucqarında yerləşən paytaxt Bakı gələcəyə doğru...” başlıqlı məqaləsi çıxdı...

Piar kampaniyası çap mediasından kənarda da aparılır. Keçən ilin noyabrında CNN-də "Azərbaycana baxış” adı altında qısa kadrlar getdi. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən pulu ödənilən kadrlarda ölkədə insan haqları sahəsindəki problemlər barədə heç nə deyilmirdi. CNN-in nümayəndəsi etiraf edir ki, "Azərbaycana baxış” Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib.

Moda jurnalı "Conde Nast” ötən ilin oktyabrında Azərbaycanı modellərin əhatəsində fotolarla Avropa dəyərlərilə uzlaşan ölkə kimi təsvir edib. Prezidentin qızı Leyla Əliyeva tərəfindən redaktə olunan jurnalın nömrəsinin 26 səhifəsi "Eurovision”a həsr olunmuşdu. Amma bir səhifədə belə, xatırladılmırdı ki, prezidentin kürəkəni Emin Ağalarov yarışma zamanı xüsusi qonaq kimi aparıcılıq edəcək.

Hər şeyə hazır olmaq göstərişi...


Ironik olan budur ki, Azərbaycanı müsbət baxımdan tanıtmalı olan "Eurovision” yarışması hakimiyyətin həssaslıqla qoruduğu imici məhv etdi. Son həftələr qəzetlər "Human Rights Watch” təşkilatının hesabatına istinad edərək, "Crystal Hall”un tikildiyi yerdə insanların məmurlar tərəfindən zorla evlərindən çıxarılmasından yazır. "Onlar düşünürdü ki, ”Eurovision" onların təbliğat tacında qiymətli daş olacaq", - deyə "Amnesty International”ın nümayəndəsi Dalhauzen bildirib. "Eurovision”la əlaqədar 30 min qonağın, o cümlədən 1500 jurnalistin ölkəyə gəlişinin Azərbaycan üçün ən geniş "PR” test olacağını, hətta birinci xanım Mehriban Əliyeva da bilir. O, yarışmanın bəziləri üçün bayram əhval-ruhiyyəli tədbir, bir başqaları üçünsə siyasi fürsət olacağını düşünür. Buna görə də hər şeyə hazır olmaq göstərişi verilib... (Tərcümə Azadlıq Qəzetinindir)

TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 1582 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus