Главная » 2012»Июнь»7 » “Tı kto takoy, davay do svidaniya”nın müəllifi danışdı
21:03
“Tı kto takoy, davay do svidaniya”nın müəllifi danışdı
Rusiyada hətta üzərində "Tı kto takoy, davay do svidaniya” yazılan köynəklər buraxılıb, insanlar da bu frazanı çox işlədirlər
Rus oliqarxlar öz banketlərində, qonaqlıqlarında, toylarında bu videonun qəhrəmanını görmək istəyirlər
Son həftələr Rusiyada məşhur olan "Tı kto takoy, davay do svidaniya” meyxanası hələ də gündəmdən düşmür. Rus bloggerlər, teleproqramlar meyxananın əsas frazasını müzakirə etməkdə davam edirlər.
Meyxananın videosunda əsas qəhrəman olan İntiqam Rüstəmov açıqlama verərək videonun bu dərəcədə məşhurlaşacağını gözləmədiklərini deyib:
"Mən özüm Talış zonasındanam, amma Sumqayıtda böyümüşəm. İlk dəfə deyil ki, mən belə meyxana deyirəm. Adı çəkilən meyxana Astara kəndlərindən birində keçən il baş tutan toydandır. Bizim xəbərimiz olmadan video internetdə yayılıb və bu qədər səs-küy doğurub. Mən qardaşımla birgə tez-tez Rusiyada toylara gedirik. Bir gün Rusiyadakı dostlarımdan biri zəng vurub dedi ki, səni rus telekanallarından birində göstəriblər. Təbii ki, təəccübləndim.
Təsəvvür edin ki, gün ərzində Rusiya telekanallarından mənə nə qədər zəng gəlir, hər dəfə izah edirəm ki, meyxana Azərbaycanın qədim xalq yaradıcılığıdır, qədimlərdə əsasən dərvişlər meyxana deyirdilər. Rusların bu meyxanaya reaksiyaları çox müsbətdir.
Qeyd edim ki, meyxana əvvəllər əsasən bakılılar arasında məşhur idi, sonradan rayonlarda da məşhurlaşmağa başladı. Hazırda isə Azərbaycanın cənubunda, İranın şimal şərqində yaşayan qədim xalq-talışlar arasında populyardır.
Dostlarım deyir ki, Rusiyada hətta üzərində "Tı kto takoy, davay do svidaniya” yazılan köynəklər buraxılıb, insanlar da bu frazanı çox işlədirlər.
2001-ci ildə rus dilində daha bir meyxana demişdim, «Такой у нас обычай - гостей уважать! Надо, когда гость уходит - провожать!” adlanan meyxanın videyazısı heyf ki, əlimdə yoxdu”.
Müsahibənin sonunda İntiqam deyib ki, bu video meyxananın təbliği üçün yaxşı vasitə oldu: "Bunun nəticəsidir ki, hər gün Rusiyadan dəvətlər gəlir. Rus oliqarxlar öz banketlərində, qonaqlıqlarında, toylarında bu videonun qəhrəmanını görmək istəyirlər”.