Bağışlayan və Rəhm edən Allahın adı ilə!
Talışlar elə bir millətdirlər ki, özlərini heç bir millətdən ayırmırlar. Hamısıyla yaxşı münasibət qurmağa çalışırlar. Talış sözü "ləcli palçıq” deməkdir. Yəni çay kənarında olan palçığa "tül" deyirlər. "Talış" yəni "tül"dən (palçığdan) əmələ gələn. Təsadüfi deyil ki, talışlar özlərinə "mi tuluşim”, yəni "mən palçığam” deyirlər.
Bir də ki, bilin, Talış dağları və ətəklərində bir dənə də erməni yaşamır və onlara orada yer yoxdur. Lakin, əslini gizlətmiş ermənidən, yaxud da ki, erməni axçilərindən törənənlərdən Talış bölgəsinin bəzi rayonlarına bu və ya başqa vəzifələrə göndərilir. Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərindən yayımlanan "Tolışistoni sədo” adlı radio açmaqla talışlara bir şey edə bilməzlər. Çünki Talış diyarı Babək, Küçüxan, Həzi Aslanov, Ziya Bunyadov, Zülfüqar Əhmədzadə, Talış xanları Mir Mustafa Xan, Mir Həsən Xan, Mirzə Cəbiyev, Aydın Məmmədov, hal-hazırda da adlarını tarixə yazmış Şəhid Professor Novruzəli Məmmədov, Professor Hilal Məmmədov, haqq şairi adını almış Əli Nasiri və hələlik adlarının çəkilməsinə məsləhət olmayan şəxsiyyətlər diyarıdır. Və həmçinin tarixən övliyalar, üləmalar, Müctehid və alimlər yetişdirmiş bu diyar 20-ci əsrdə Fazil Lənkərani və Behcəti Ağa kimi Müctehid və Ariflər yetişdirmişdir.
Əgər cəmi İranı (o taylı-bu taylı) səyahət etsək ən çox Seyyid Peyğəmbər (s) balaları, övliya üləmalar, Müctehid, Ayətullahlar diyarı da Talışstandır.
Ruhullah Höccətullah oğlu Axundzadə Vicdan məhbusu
|