Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2015 » Июль » 21 » Talışın UTOPİK və REAL siyasi müqəddəratı
13:25
Talışın UTOPİK və REAL siyasi müqəddəratı


Azərbaycan müstəqillik qazandıqdan sonra bir çox xalqlar kimi talışlar da təkrar öz təhsil və mədəni hüquqlarının əldə olunmasına cəhd etdilər. İlk öncə "Respublika Talış Mədəniyyət Mərkəzi" (RTMM) adlanan ictimai təşkilat və “Tolışi sədo” adlı qəzet təsis edildi. 

Daha sonra fəal talışlar “Azərbaycan Xalqalrının Bərabərliyi” (AXBP) adlanan siyasi partiya yaratdılar. Təəssüflə qeyd edilməlidir ki, bu partiya RTMM-i öz təsiri altına keçirtmiş, nəticədə RTMM və onun mətbu orqanı da bir müddət siyasiləşmişdi. 

İlk vaxtlar hər şey öz axarı ilə gedirdi. Hətta 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti etnik huquqların reallaşması ilə bağlı fərman da verdi...

Azərbaycanda gərgin ictimai-siyasi vəziyyətin və etnik millətçiliyin tüğyan etməsi fonunda “Talış Muğan Muxtar Respublikası” (TMMR) adlı siyasi qurumun elan olunmasına cəhd edilməsi prosesə ağır zərbə vurdu. Hər şey sanki alt-üst oldu... 

Adına reablitasiya deyə biləcəyimiz bu proses ciddi şəkildə axsadı. Prezidentin adı çəkilən fərmanı kağız üzərində qaldı. Azərbaycan Dövlət Radiosunda həftədə iki dəfə 15 dəqiqəlik verliş və talış dilində bir şeir kitabçası istisna olmaqla dövlət tərəfindən talış mədəniyyəti ilə bağlı heç bir ciddi addım atılmadı. Talış dilində yeganə qəzet olan "Tolışi Sədo"nun təsis edilməsindən və orta məktəblərin ibtidai siniflərindən sovetlərin son illərindən həftədə 2 saat olmaqla tədris olunmağa başlayan “Talış dili” fənnindən qeyri heç bir nailiyyət əldə olunmadı. 

Uğursuz TMMR cəhdindən sonra bu prosesdə iştirak etməyindən asılı olmayaraq bütün talış fəalalrı və alimləri “separatçı”, “vətən xaini” və “agent” damğasıyla iqtidar, müxalifət və ictimaiyyət tərəfindən ittiham olundular. Bunun da nəticəsi bəzi talış fəallarının təqib olunmasına, həbs olunmasına, sürgün olunmasına və hətta həlak olmasına gətirib çıxartdı. Həmin vaxtdan indiyə qədər talış xalqına aid bircə ictimai təşkilat belə dövlət qeydiyyatdan keçirilmədi. Nəticədə talışşünas alimlər belə elmi və mədəni fəaliyyətdən ayrıldılar. Üzdə olan talış fəalları ölkədən mühacirət etdilər. Bu siyasi mühacirlərin ölkə qanunlarının təsir obyektində olmaması onların daha sərbəst olmasına və siyasi təşkilatlanmasına gətirib çıxartdı. Xüsusən Rusiyada yaşayan talış icmasının üzvləri siyasi hərəkata dəstək verməyə başladılar. 

Hakimiyyətin bu səhv siyasətinin nəticəsi olaraq müasir dövrün texniki imkanlarından və digər səbəblərdən artıq dövlətin özünün belə təsir etmək imkanı olmayan və özlərini “Talış Hərəkatı” hesab edən, kifayət qədər sərbəst şəkildə hərəkət edən və sosial bazaya malik siyasi qurum yarandı. Bu qurum artıq “Talışıstan” adlanan müstqəil dövlətin yaradılmasının vacibliyini irəli sürür... 

Onlar tək bununla kifayətlənmirlər. Eyni zamanda nəinki Azərbaycanda talışların mədəni hüquqları uğrunda çalışan insanları, hətta Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi daxilində talışlar üçün Naxçıvan MR statusunda “siyasi muxtariyyət” və ya Dağlıq Qarabağ ermənilərinə vəd edilən “ən yüksək siyasi status” tələb edənləri belə ittiham edirlər. 

Xatırlatmaq yerinə düşər ki, siyasi müstəqillik tələb edən və əsasən də ölkə xaricində yaşayan talışlar bəzi məsələləri unudurlar. Onlar sadəcə elan edəcəkləri fərz edilən dövlətin yaradılması üçün iqtisadi və siyasi əsasların mövcüd olub-olmamasının fərqində deyillər. Bu dövləti nəyin gücünə yaradacaqlar? Silahlı mübarizə yolulamı? Bəlkə gözəgörünməz bir quvvənin təsiri ilə İran və Azərbaycan dövlətlərinin dağılması hesabına? Tutaq ki, Azərbaycan və İran dövlətinin razılığı ilə onların fərz etdiyi dövlət yarandı. Onda sual olunur: Azərbaycan və İran dövlətləri öz sərhədlərini bağlı saxlayacağı təqdirdə kim təminat verər ki, “Talışıstan” adlanan dövlətin vətəndaşları qiyam edib hökumət üzvlərinin ətini yeməyəcəklər? 

Biz sivil dünyada yaşayırıq. Yaşadığımız dünyada 2500 etnosun müqabilində cəmi 200-ə qədər dövlət var. Hər bir etnosun müstəqil dövlətə malik olması qeyri-mümkündür. Lakin bütün mədəni dövlətlər öz vətəndaşlarına etnik və milli hüquqlar verməklə yanaşı, onların yaşadığı bölgəyə “yerli idarəetmə” adlanan status da verirlər. Bu statusun daxilində həmin xalqın dil, təhsil, mədəni və siyasi hüquqlarının təsbiti də özünə yer alır. Sadalananların həyata keçməsi üçün isə nə sovetdən qalma “formal muxtariyyət”, nə də “utopik müstəqillik” ideyası ilə yaşamaq mütləq deyil. Bunun üçün Azərbaycanın sivil dünyaya inteqrasiyası və sivil dünya standartlarının Azərbaycana gəlişi kifayət edir. 

Beləliklə öz xalqının yaşam haqları üçün çalışan talış fəalalrının öz arzularına çatması üçün müxalifətyönümlü və ya iqtidaryönümlü siyasi partiyalar daxilində və ya istədikləri formatda, lakin “ümumazərbaycan” müstəvisindən kənara çıxmamaq şərti ilə ümumbəşəri dəyərlər uğrunda ictimai-siyasi mübarizə aparmaları yeganə düzgün, konstruktiv, real və məqbul variant hesab edilməldir. 

 

Rabil ABDİNOV

 

Категория: Azərbaycan | Просмотров: 11664 | Добавил: admin | Рейтинг: 4.6/121
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus