Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Октябрь » 8 » Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)
22:22
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)
Əziz oxucu, 20 ildir ki, Əliyev  rejimi "talışdan separatçı düzəltmək” ətrafında dönmədən təbliğat aparır, talışın bir millət olaraq özünü tanımasını, öz tarixinə, dilinə, mədəniyyətinə yiyə durmaq istəyini "separatçılıq” kimi təqdim edir. Bundan ötrü "MTN” adlanan bir strukturun böyük bir bölümü bu istiqmətdə gecə-gündüz ağlasığmaz şeylər uydurur. Xalqımızın ziyalıları barədə informasiya toplanılır, onlar nəzarətə götürülür, barələrində xususi dosyelər hazırlanır, xəfiyyə sistemi tərəfindən izlənilir, telefonları dinlənilir, vətəndən didərgin salınır, həbsxanalara salınaraq olmazın işgəncələrə məruz qoyulur, öldürülür, həmtanışlar bir-biriləri barədə danos verməyə, bir-birilərinin üzünə durmağa məcbur edilir..., bir sözlə rəsmi Bakı kimsənin özünü talış hiss etmək istəyi ilə total müharibə aparır. 

Sirr deyil ki, bütün bunlar Azərbaycan uğrunda talışların dönmədən çalışması, özünün əti, qanı, əməyi ilə bütün sahələr üzrə Azərbaycana dönmədən töhfələr verməsi şəraitində baş verir. Belə olan halda bütün bunların səbəbləri və belə paradoksal situasiyanın nə qədər davam edəcəyi ilə bağlı çoxlu suallar meydana çıxır...

Bu günlərdə internetin "youtube” şəbəkəsində yayımlanan sənədli kadrlar bizi bir daha qeyd edilən mövzü ətrafında düşünməyə vadar edir. Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ gündəmə gələn kimi talışlar məhz ilk sıralarda özlərini könüllü olaraq ön cəbhəyə atdılar. Dediyimizin nəticəsi olaraq bu gün Talışda elə bir hətta kənd qəbristanlığı yoxdur ki, oranı Qarabağ müharibəsinin şəhidi qəbri bəzəməsin. Təqdim etdiyimiz kadırlarda gördüyümüz igidlərin çoxu bu gün həyatda yoxdur. Onların çox hissəsi könüllü və şüurlu olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda özlərini fəda etdilər. Bu gün onların başsiz qalmış ailələrinin əksəriyyətinin bir qarın çörək puluna möhtacı vardır. Və bundan da dəhşətlisi onların təsadüfən sağ qalmış döyüş yoldaşlarının sonralar uzun müddətə separatçılıq ittihamı ilə həbsxanalarda çəza çəkməsi və vətəndən didərgin düşmələrdir.

Sənədli kadırlarla bağlı Garabağ müharibəsinin Rembo adı ilə tanınan əfsanəvi qəhrəmanı Elxan Əlibəylinin dediklərindən:

1992-ci ilin iyul ayı idi. AR Müdafiə Nazirinin müaveni General Vahid Musayev (o da əslən talış idi) Lənkərana gəldi və bu ərəfədə Lənkəranda könüllü olaraq toplaşmış və cəbhə üçün hazırlıq dönəmi bitməmiş batalyonun Tərtərin vəziyyətinin ağır olduğunu səbəb göstərərək müharibəyə yola saldi. 376 nəfərlik canlı qüvvəni 10 ədəd "t80” tanki, 12 ədəd BMP-1 və BMP-2 döyüş texnikası, 6 ədəd "125 mm” top, 40 ədəd MTLB zirehli döyüş maşını, 6 ədəd "125 mm” minaatan, mərmi dolu 12 ədəd "Ural”, 5 ədəd "qaz-6” və 2 ədəd "UAZ” Fəxrəddin Həbibovun başçılığı ile Port-iliç qəsəbəsindən (indiki Liman şıhəri) Bərdəyə yola düşdü. Döyuşçülərin hamısı SSRİ dönəmində ya Əvqanıstanda, ya da xüsusi təyinatlı qüvvələrdə xidmət keçmişdilər. Bizi Bərdədə zamanın müdafiə naziri Rəhim Qaziyevlə zamanın daxili işlər naziri Isgəndər Həmidov qarşıladı. Fəxrəddin Həbibovun vaxtı olmadığından onların gəbuluna mən getdim. Xatırımdadır, o vaxt Rəhim Qazıyev dedi ki, Azərbaycanın ilk qvardiya adı bizim batalyona veriləcəkdir. Biz Tərtərə girənde demek olar ki, Tərtər boşalırdı. Biz Tərtərin icində elektrik idarəsinin həyətində toplaşdıq ve dərhal da Marguşavana (indiki Şəhriyar qəsəbəsi) getməyə hazırlaşmağa başladıq. Gece ile Marguşavanda döyüş mövqeyi aldıq və rotalara bölündük. İlk gecədəcə ilk şəhidimizi verdik ve bir əsgərimiz yaralandı. Talış batalyonu dedim amma Talış burada da bizdən yan kecmədi. Üç gün sonra Həsəngaya və Taliş kəndləri istiqamətində döyüşlərə başladıq. Döyüşdə tank rotasinin komandiri Həzi adlandırdığımız baş leytenant lerikli Arzuman yaralandi ve üç şəhid verdik. Onlardan biri Girdəni kəndindən olan Elsevər adlı döyüşçü idi.

Həftənin 7 günü 7 dəfə döyüşə girən batalynun demək olar ki, üçdə biri şəhid oldu. Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı ve Cəlilabadda demek olardi ki, her evə qara bağlanmışdı, hər kəsin ya qohumu ya qardaşı şəhid idi. Qısa bir zamandan sonra döyüşə-döyüşə Kasapet dağına gedib çıxdıq. Briqada komandanın əmrilə əhəmiyyətli strateji mövqeyə malik dağa eyni vaxtda iki batalyon hucum etməli idi. Batalyonumuzla bərabər həlledici döyüşdə AR milli qəhrəmanı Şahin Tağıyevin komandirlik etdiyi "Qurtuluş" batalyonu da iştirak etməli idi. Təəssüf ki, bilmədiyimiz səbəblərdən həmin batalyon bizi ermənilərin qüvvələrilə müqayisədə bərabər olmayan  döyüşdə tək saxladı. Mən döyüş ərəfəsində Medşen kəndi ətrafında mövqe tutan
"Qurtuluş" batalyonun komandiri ilə görüşdüm və bizim çox itki verdiyimizi, vəziyyətin ağır olduğunu izah edərək, eyni vaxtda onların döyüşə girmələrini tələb etdim. O isə başqa əmr aldığını və təcili Dronbona getməli olduğunu bildirdi. Baxmayaraq ki, həmən ərəfədə Dronbona gedən yol yalnız Kasapetdən keçə bilərdi. Bu məsələ ilə bağlı mənim Şahin Tağıyevlə hətta müharibədən sonra da mübahisələrim olub. Jurnalist Elman Mustafazadənin vasitəçiliyi ilə Amsterdam şəhərində 2005-ci ildə Şahin Tağıyevlə baş tutan görüşümdə həmən faktı mən bir daha xatırlatdım və məntiqi cavab ala bilmədim.

Biz Kasapet dağı uğrunda iki dəfə döyüşə girdik. Birinci döyüşdə 17 şəhid verdik. Xeyli qüvvə itirməyimizə baxmayaraq qisa fasilədən sonra - dörd gündən sonra ikinci döyüşə girdik. Bu müddət ərzində Lənkərandan əlavə qüvvə gəldi. Bu dəfə biz dağı bütünlüklə ələ geçirtdik və bir şəhid verdik. O da batalyon komandirimiz Fəxrəddin Həbibov idi. Onu tezliklə Cəmil Hacıyev əvəz etdi. Kasapet döyüşündən 3 gün sonra "7 gun” gəzetinin redaktoru Emin Eminbəyli gəlib bu filmi cəkdi.

Tərtər briqadasının komandiri indiki "genştab” Nəcməddin Sadıxov tərəfindən AR Prezidentinə Fəxrəddin Həbibova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı təqdimat verildi, lakin indiyə kimi ona bu ad verilməmişdir.








TALISH.ORG

Bu barədə tədqiqatlarımız davam edəcəkdir

Категория: Талыш xəbərləri | Просмотров: 28126 | Добавил: admin | Рейтинг: 4.0/7
Всего комментариев: 1
1 TMR  
0
ALLAH REHMET ELESIN !!!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus