Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Сентябрь » 16 » Bir neçə Astara müəllimi talış "məsələsi"ndə MTN "işverənləri" rolunda
21:40
Bir neçə Astara müəllimi talış "məsələsi"ndə MTN "işverənləri" rolunda
Azərbaycan hakimiyyəti qocaları və müəllimləri məhkəmədə Ruhulla Axundzadəyə qarşı şahidlik etməsinə məcbur edir

Zülfüqar Əhmədzadə adına Astara rayonu Pensər kənd orta məktəbinin direktoru Asif Əsədullayev: Mən Səhər telekanalında "talış" sözünü eşidəndə bərk qəzəblənirəm.

Astaradan müəllim Hafiz Rəsulov:
Biz müəllimlər daim sahə müvəkkilləri ilə sıx əlaqədə oluruq. Onları məlumatlandırırıq... Mən Astara MTN-nə poçtla ərizə göndərmişəm.

Məhkəmədə təqsirləndirilən şəxslər dövlət tərəfindən  təyin olunmuş vəkillərdən imtina edərək ərizə ilə əvvəlki müdafiəçiləri üçün müraciət etdilər. Müraciətləri qəbul olundu. Yalnız Rufulla Axundov (R.A.) öz əvvəlki bütün vəkillərindən imtina edərək, yeni vəkili kimi Anar Qasımlını (A.Q.) istədi. Hakim Eldar İsmayılov bildirdi ki, qanuna görə təqsirləndirilən şəxslər arasında ziddiyyət varsa onların hər ikisini bir müdafiəçi müdafiə edə bilməz. Lakin bu günə kimi onların aralarında ziddiyyət görünmədiyi üçün qanunən buna icazə verilir.

Məhkəməyə hal-şahidi qismində Ədalət Kazımov dəvət edilib.

Hakim: Burda əyləşənlərdən kimi tanıyırsan?

Şahid: Rufullanı tanıyıram. Uzaqdan qohumumdu.

Hakim ondan nə üçün şahidlik edəcəyini soruşdu. Ə.Kazımov bildirdi ki, sahə müvəkkili bir şahid də götürüb onun yanına gəlməsini istəyib. Ə.Kazımov F.Şəmsəddinlə rastlaşdığını, onunla birlikdə polis məntəqəsinə, ordan da Rufullanın evinə getdiyini bildirdi. Axtarış zamanı evin birinci və ikinci mərtəbəsindən çoxlu dini ədəbiyyat və şəkillər götürdüklərini dedi. Həyətdə axtarış tamamilə bitəndən sonra çıxmaq istərkən Rufullanın özünün o tikiliyə baxmaq üçün dəvət elədiyini dedi: «Tikiliyə girəndə orda çoxlu klyonkalar var idi. Biri böyük idi, qalanları balaca-balaca bağlama şəklindəydi. Klokun altında düyü kisəsi tapıldı. Onun da içində çoxlu silah-sursat, o cümlədən bir dənə bağlı qutu əlimizə keçdi. Bağlı qutunun partlayıcı ola biləcəyini düşünərək Daxili Qoşunla əlaqə saxladıq. Onlar da gəlib qutunu apardılar. Bir azdan partlayış səsi gəldi. Digər silah-sursatlar da zərərsizləşdirildi. Elə həmin günü izahat aldılar».

R.A.: Məgər mənə qohumluğu çatan şəxs hal-şahidi ola bilərmi? Mən arayış vermək istəyirəm. Hələ 1988-ci ildə mən müstəqilliyimiz uğrunda mübarizə aparanda və ondan sonrakı dönəmlərdə bizim dəfələrlə mübahisəmiz olub. O mənim ən qatı əleyhdarlarımdandır. O mənə uzaq qohum olsa da, düşmənimin, qardaşımı güllələyənin yaxın dostudur.

A.Q.: Nəzərinizə çatdırım ki, mən R.Axundovu müdafiəsinə təzə başladığımdan hələ ki, onunla ünsiyyət qura bilməmişəm. Xahiş edirəm ki, onun şahidlərinin ifadə verməsini təxirə salasınız. Eyni zamanda Rufullanın da hələlik ifadə verməsini istəmirəm. Çünki hüquqlarını müdafiə etdiyim şəxslə şəxsən görüşüb, onun harda-necə danışacağı barədə söhbət etməmişəm.

Hakim bu barədə vəsadəti qəbul etmədi.

R.A.: Hal-şahidini siz tapıbsınız?
Ş.: Bəli.
R.A.: Xahiş edirəm protokola qeyd edin ki, şahidi  polis yox, o gətirib.
A.Q.: Möhtərəm hakim, mən bir daha sizə müraciət edərək xahiş edirəm ki, müdafiə etdiymi şəxsin şahidlərinin ifadəsini heç olpmasa 1 həftə uzadılsın.
Hakim: Bu prosesi uzatmaqdır. Biz sizə 1 saat verə bilərik.
A.Q.: Mən bilməliyəm ki, kimlər çağırılıb. Axı 1 saata heç nə həll ola biləməz? Məsələn, mən bayaq Ədalət bəyə deyə bilmədim ki, icra nüsmayəndəsi hal-şahidi ola bilməz və sair bu kimi hallar oldu. Lakin mən sual verə bilmədim. Axı şahidi bir neçə dəfə niyə çağıraraq əziyyətə salaq?
Hakim: Lazımdırsa, vəsatət verərsiz, çağırarıq.
A.Q.: Vəsatətlər təmin olunur məgər…

ŞAHID: MƏN HƏYƏTDƏ HEÇ NƏYƏ QOL ÇƏKMƏMIŞƏM


Daha sonra hal-şahidi qismində Fərəcov Şəmsəddin dəvət olundu. O ifadəsində bunları dedi: «Yolda Ədalətlə rastlaşdım. Dedi işin yoxdursa, bir yerdə gedək. Mən də getdim. Rufullanın evinə çatanda gördüm ki, çoxlu icra nümayəndəsi və başqaları yığılıb. İstədim qayıdam. Dedim, ay bala, mənim 70 yaşım var, təqaüdçü adamam. Məni niyə belə işlərə qoşursunuz? Dedi narahat olma. Heç nə yoxdu».
Şahid bundan sonra evdə olan axtarışın təfərrüatlarını danışdı. Və bildirdi ki, işləri qurtarıb darvazadan çıxanda sonra geri çağıraraq yarımtikiliyə axtarış üçün apardılar.
Dövlət İttihamçısı (
D.İ.): Neçə klonka var idi?
Şahid: 1 ədəd. Belə uzun klonka idi.
D.İ: Ədalət müəllim dedi ki, bir neçə klonka olub, üstündə xırdaları da var imiş.
Şahid: Hə deyəsən var idi.
D.İ: Tikilinin kimin olduğunu bilirsiniz?
Şahid: Bilmirəm. Rufulla onda demişdi ki, mənim deyil.
D.İ: Protokol harda tərtib olundu:
Şahid: Prokurorluqda
D.İ: Axı Ədalət demişdi elə silah-sursat olan yerdə olub
Şahid: Bəlkə də. Ola bilər.

Nemət Heydərov dövlət müdafiəçisinin istiqamət verdiyini bildirərək, etiraz edir.
Vəkil Həbib: İndiyə kimi dövlət ittihamçısının 1 sualını belə çıxarmayıbsınız. Amma bizim sualları çıxarırsınız?

D.İ: Dəqiq yadındadır, imzanı harda edibsən?
Şahid: Mən həyətdə qol çəkməmişəm.
D.İ: Protokolu özün oxuyubsan?
Şahid: Xeyr, Ədalət müəllim mənim üçün oxudu, mən də qol çəkdim.

A.Q.: Bayaq söylədiniz ki, etiraz etdim, dedim təqaüdçüyəm, məni bu işlərə qatmayın, o zaman harda idiz?
Ş.: Prokurorluqdan çıxandan sonra  dedim ki, məni bu günə niyə saldınız? Məni başıma silah da dayasanız, düzünü deyəcəm.
A.Q.: Sizi tikiliyə baxmaq üçün nə vaxt çağırdılar?
Ş.: Mən artıq darvazadan çıxmışdım.
A.Q.: Möhtərəm hakim. Axı hal-şahidi hadisə yerini tərk eləməli deyil.
Ş.: Axı mən qoca, təqaüdçü kişiyəm. Dünən gecə saat 2-də ac-susuz məni bir avtobusa mindiriblər, taqqır-tuqqur gətiriblər.
A.Q.: Silah-sursat olan tikiliyə birinci kim girdi?
Ş.: Mən gedəndə artıq hamı ora toplaşmışdı.
R.A.: Deməli birinci siz girməyibsiz?
Ş.: Yox.

R.A.: İzahatı kim oxudu.
Ş.: Ədalət.
Hakim: Siz bilirsiniz protokol nədi,izahat nədi?
Ş. Xeyr.
R.A.: Mən ayrı-ayrılıqda soruşdum. Dedi ki, hər ikisini Ədalət oxuyub.

F.M. Bayaq söhbətiniz yarımçıq qaldı. Sizi dediniz kim gətirib?

Şahid susur.
Hakim: Bu nə deməkdir? Biz çağırış vərəqəsi göndəririk, şahidlər də gəlirlər.

R.AXUNDOV: MƏNIM HAQQIMDA 281,1 MADDƏSI ILƏ QALDIRILAN CINAYƏT IŞINƏ XITAM VERILIB

Bunlardan sonra  şahid qismində Məmmədov dəvət olundu. O heç kimi tanımadığı, sadəcə İranın «Səhər» kanalında Astara sakini Rufullanın çıxışına görə ifadə verməyə gəldiyini bildirdi. O, Rufullanın bu çıxışlar zamanı etnik məsələlər toxunduğunu bildirdi, talışların incidilməsi barədə faktların açıqlandığını söylədi. Dediyinə görə, bu məsələ Məmmədovu çox narahat etdiyindən özünü ifadə verməyə borclu hesab edib.
Dövlət İttihamçısı Rufulla Axundova çıxış edib-etmədiyini soruşdu.
R.A.: Mən əvvəldən vəsatət vermişəm ki, çıxışlar barədə sual verilməsin. Bu barədə 2010-cu ilin  fevral-aprel ayında məni məsuliyyətə cəlb etmək istəyiblər. Lakin ekspertiza yoxlayandan sonra əsl həqiqət aydın olub. Və mənim haqqımda 281,1 maddəsi ilə qaldırılan cinayət işinə xitam verilib.
A.Q. (şahidə müraciət edir): Necə oldu ki, şahid oldunuz?
Ş.: Sahə müvəkkili müraciət edərək məndən belə ifadələri eşidib-eşitmədiyimi soruşdu və münasibətimi öyrəndi.
A.Q.: Şahidlik hüququ bildirdi?
Ş.: Özüm bilirdim
A.Q.: İndi siz şahidsiz?
Hakim: Sual çıxarılsın. Bayaqdan dedi ki, şahidəm
A.Q.: Xeyr, o dedi ki, bu çıxışlar məni bərk qəzəbləndirib.

VƏKİL HƏBİB: BURA MİTİNQDİR Kİ, MÖVQE BİLDİRİLSİN?

A.Q.: Yaxşı, heç bu çıxışlardan qəzəblənərək nəsə etdiklərinin şahidi olmusunuzmu?
Ş.: Hələlik baş verməyib. Mən də ifadə verdim ki, belə hallar olmasın.
A,Q.:  Çıxışlar harda olub?
Ş.: «Kompas», «Tribuna» verilişində
A.Q.: Verilişə təxminən saat neçədə baxmısınız?
Hakim: Bunun mövzuya nə dəxli var?
Ş.: Səhər baxmışam.
A.Q.: Deyirsiniz ki, səhər 08.30-da dərsim başlayır. Bəs bu verilişə nə vaxt baxmısınız?
Hakim: İşin mahiyyəti üzrə suallar verin.
A.Q.: Çox gözəl bilirsiniz ki, bu sualları niyə verirəm.
Hakim: Axı bu məsələləri Rufulla özü də təsdiq edir. Verilişin video görüntüləri də var.
A.Q.: Əgər belədirsə, bu müəllimi niyə şahid qismində dəvət etmisiniz? Axı bu daha çox zərərçəkmiş kimi danışır?
Hakim: Məgər vətəndaş kimi mövqeyini bildirə bilməz?
Vəkil Həbib Əliyev: Bura mitinqdir ki, mövqe bildirilsin?
A.Q.: Əgər mövqe bildirirsə, şahid kimi  qəbul olunmamalıdır.

VƏKİL ŞƏFA: ŞAHİDLƏRİN RƏYİ ÖYRƏNİLMƏYƏ ÇAĞIRILIBSA, BUNUNLA ƏLAQƏDAR SUALIM YOXDUR

A.Q.: Yəhudilərlə bağlı bir yerdə söhbət, ya təklif elədiyini görübsən?
Ş.: Xeyr
D.İ. Xahiş edirəm çıxarılsın. Bu barədə ittiham yoxdur.
A.Q. (Dövlət ittihamçısına müraciət edir): Sizin ittihamdan xəbəriniz yoxdur.

Bundan sonra Anar Qasımov şahiddən Rufullanın hər hansı bir başqa tədbirdə xalqa müraciətini, İranla Azərbaycanı müqayisə etməməsini, İranı tərifləyib, Azərbaycanı pisləməsi haqqında eşidib-eşitməməsini soruşdu. Şahid bütün suallara inkar cavabı verdi.
Sonra vəkillərdən suallarının olub-olmasını soruşdular.

Vəkil Şəfa: Möhtərəm hakim, əgər  dediyiniz kimi şahidin fikirlərini öyrənmək üçün çağırılbsa, mənim sualım yoxdur.

Vəkil Nemət: Siz bu məsələyə münasibəti şahid kimi verdiniz, ya münasibətiniz belədir?
Şahid: Bir müəllim kimi münasibətimi bildirirəm.

ŞAHID: BIZ MÜƏLLIMLƏR DAIM SAHƏ MÜVƏKKILLƏRI ILƏ SIX ƏLAQƏDƏ OLUR, ONLARI MƏLUMATLANDIRIRIQ.

İclasa növbəti şahid Hafiz Rəsulov dəvət olundu. O da şahid Məmmədov kimi, «Səhər» kanalından Rufullanın çıxışını izlədiyini və buna mənfi münasibət göstərdiyini bildirdi.

A.Q.: Necə oldu ki, bu işdə şahid kimi ifadə verməyə dəvət olundun?
Şahid: Biz müəllimlər daim sahə müvəkkilləri ilə sıx əlaqədə oluruq. Onları məlumatlandırırıq.
A.Q.: Siz çıxışdan qəzəblənərək bir iğtişaş törədildiyini eşidibsiz?
Şahid: Xeyr.
A.Q.: Siz bu çıxışdan sonra kimlərəsə müraciət edibsiniz?
Şahid: Bəli. Astara MTN-nə poçtla ərizə göndərmişəm.
A.Q.: R.Axundovun  çıxışlarında dövlət əleyhinə danışdığını eşitmisən. Ya Azərbaycanın İran torpağı olduğu haqqında nəsə eşitmisən?
Şahid: Sadəcə deyilənlərdən məntiqi nəticə çıxarmışam.
A.Q.: Kiminsə şəxsi rəyi ilə camaata iş kəsilir. Mən anlamıram, niyə bu ölkənin müəllimlərini yığıb bura töküblər.
R.A.: Mən dəfələrlə öz çıxışlarımda məktəb direktorlarının rüşvətxorluğundan danışmışam. Ona görə hesab edirəm ki, mənə qarşı qərəzli münasibət göstərirlər.

Son olaraq şahid qismində Asif Əsədullayev dəvət olundu. O da digər müəllim yoldaşları kimi R.Axundovun «Səhər» telekanalında çıxışını izlədiyini,
Səhər telekanalında "talış" sözünü eşidəndə bərk qəzəbləndiyini bildirdi.

Məhkəmə sentyabrın 19-u səhər saat 10.00 –a qədər təxirə salındı.


TALISH.ORG

Категория: İnsan hüquqları | Просмотров: 2196 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus