Главная » 2012»Июнь»10 » Talış Mədəniyyət Mərkəzinin növbəti konfransı keçirilib
00:17
Talış Mədəniyyət Mərkəzinin növbəti konfransı keçirilib
Bu gün - 09 iyun 2012-ci il tarixdə Masallı rayonunda Respublika Talış Mədəniyyət Mərkəzinin (RTMM) növbəti illik hesabat-seçki konfransı keçirilib.
Konfransda talışların kompakt yaşadığı rayon və şəhərlərdən seçilmiş 32 səlahiyyətli nümayəndə iştirak edib.
Konfrans öz işinə Talışın mədəni inkişafı uğrunda həyatlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad etməklə başlamışdır. Konfransın keçirilməsi tarixi Talış xalqının ictimai-siyasi xadimi Zülfüqar Əhmədzadənin Uzaq Sibirdə vəfatı günü - xatirə günü ilə üst-üstə dümüşdür. Şəhidlərin ruhuna "Fatihə" oxunmuşdur.
Konfransın işinə M.Səfərov sədrlik etmişdir. RTMM-in sədri Əli Nasir keçən dövrlə bağlı hesabatla çıxış etmişdir. Konfransın gedişində RTMM-nin təşkilatı-praktik fəaliyyəti və talış KİV-in vəziyyəti müzakirə edilmişdir.
Konfrans təşkilati məsələlərə baxmışdı. Təşkilatın 11 nəfərdən ibarət aşağıdakı tərkibdə İdarə Heyəti seçilmişdir: Əli Nasir (sədr) A.Bayrami, S.Şindani, M.Səfərov, R.Cəlilov (müavinlər), B.Qasımov, X.Ağayev, H.Məmmədov (üzvlər), Lerik və Astara üzrə müavinlərin seçilməsi Lənkəran və Masallı rayonlarına təhkim edilən müavinlərə həvalə edilmişdi.
"Tolışi sədo" qəzetinin redaktorluğu və RTMM-in mətbu orqanı kimi fəaliyyətinin bərpa etməsi H.Məmmədova tapşırıldı. RTMM-n gənclər təşkilatını yaratmağı gənc tədqiqatçı Rəzzaq Xansuvarov öz üzərinə götürmüşdü.
Sonda Əli Nasir başda olmaqla şeirlər deyilmiş, mahnılar oxunmuş, müxtəlif məsələlərə aid təkliflər edilmiş, nitqlər söylənilmiş, qərarlar qəbul edilmişdir.