"Hacıbaba Əzimovun bu əməllərinə göz yumanlar onun bu hərəkətlərində maraqlı olan şəxslərdir”
Bu açıqlamanı TALISH.ORG - a Talış fəalı Azər Kazımzadə verib.
O qeyd edib ki, "Hacıbaba Əzimov, yazdığı əsərində açıq-aydın Məmmədəmin Rəsulzadəni və onun partiyasını düşmən elan edir və erməni Şaumiyanın terorunu azadlıq mübarizəsi adlandıraraq, bu terrordan ağız dolusu yazaraq, onu qəhrəman elan edir. Yaxşı, onda belə sual yaranır. Özünü Rəsulzadə davamçısı elan edən Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli niyə buna etiraz etmirlər? Əksinə, onu MŞ-nın Kordinasiya Şurasına seçirlər?
Biz tələb edirik ki, Hacıbaba Əzimovun bu ermənipərəst əməllərinə dərhal bütün ictimayət etiraz etməlidir. Əgər Hacıbaba Əzimovun Milli Şurada fəaliyyəti dayandırılmasa, biz gənclər Milli Şuraya qarşı geniş kampaniyaya başlayacağıq” deyə - Azər Kazımzadə bildirib.