Главная » 2012»Май»22 » Rusiya Talış Diasporu Təşkilatının Prezidenti İsmail Şabanov Yenises.ru saytına şərh verib
22:53
Rusiya Talış Diasporu Təşkilatının Prezidenti İsmail Şabanov Yenises.ru saytına şərh verib
İsmayıl Şabanov: "Bu təxribatı kim törədir və xalqlarımız arasına bu anlaşılmazlığı salan kimdirsə, düşməni orada axtarsınlar”
Məlum olduğu kimi, bir sıra saytlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etməyə gedən Azərbaycan deputatların İrəvanda qondarma ”erməni soyqırımı” abidəsini ziyarət etməsi barədə məlumat yaymışlar. Məlumatı yayan sayt isə Talishİnfo olmuşdu.
Məsələ ilə bağlı "Talış diasporu” təşkilatının sədri İsmayıl Şabanov Yenises.ru saytına verdiyi açıqlamasında deyib ki, o mətbuatın bu cür yanaşmasından narazıdır. "Mənim, Şuşada, Xankəndində hansısa "Talış marşı”nda iştirak etdiyim haqqında yazılanda niyə buna münasibət soruşmadınız? "Talış marşı”deyilən bir şeyin varlığından və onun mahiyyətindən belə xəbərim yoxdur. Bu təxribatı kim törədir və xalqlarımız arasına bu anlaşılmazlığı salan kimdirsə, düşməni orada axtarsınlar. Mən Azərbaycanın düşməni deyiləm!”
İsmayıl Şabanov daha sonra bildirib ki, Azərbaycan saytları o dezinformasiyanı yazan zaman Moskvada hərbi paradda iştirak edirmiş. "Bu haqda dəlil-sübutlar toplayıb, yaxın vaxtlarda o saytları məhkəməyə verməyə hazırlaşıram”.