Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Март » 19 » Talış dilindəki sözlərin təbii xüsusiyyətləri
19:17
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri
Hər bir dil mənsub olduğu millətin məntiqi düşüncəsinin təcəssümüdir. Dili təşkil edən sözlərdir. Söz fikiri ifadə etdiyi üçün, dil də həmin millətin fikirini ifadə edən bir vasitədir. Dildə oturuşmuş sözlərin hər hansı obyekti, hadisəni, hərəkəti və s.-ni ifadə ediləcək bir biçim əldə etməsi uzun bir tarixi mərhələ tələb edir. Sözün fikri ifadə etmə dəqiqliyi həmin sözü yaradan millətin o obyekti hansı məntiqlə dərk etməsindən asılıdır. Dil - təkcə ünsiyyət vasitəsi olmasından əlavə, o dili danışan millətin öz qədim ulu əcdadlarından aldığı bir mesajdır, yəni, dil məntiqi düşüncəsini ifadə etdiyi bir millətin öz qədim əcdadları ilə də mənəvi bağlantı yaratması üçün bir vasitədir.

Bu baxımdan Talış dili qrammatik özəlliyinə görə sırf məntiqə söykənən dildir. Çünki Talış dilində yeni söz yaratmaq üçün əsasən sözönlüklərindən və önşəkilçilərindən istifadə olunur. Talış dilində istifadə olunan önşəkilçiləri: "Də” , "Pe” , "O” , "E” , "V” , "Sə”, "Be”. Bu önşəkilçiləri fel kökünün önünə qoşularaq yeni söz yaradır.Burada hər bir önşəkilçinin verdiyi məna yeni sözün yaranması baxımından çox önəmlidir. Bu özəlliyinə görə Talış dili yeni söz yaranma potensialına görə unikal bir dildir.

Talış dilində bəzi təbiət hadisələrinin və cisimlərinin sözlə ifadəsi də o hadisə və cismin sırf əlamətlərini özündə əks etdirir. Birbaşa nümunə göstərməklə bunu sübut etməyə çalışaq: Məlum məsələdir ki, su hövzələrində - okeanlarda, çaylarda, dənizlərdə Ayın öz orbiti boyu geri-irəli çəkilməsi səbəbindən suyun qabarması halları olur. Bu ayın cəzbetmə qüvvəsi ilə əlaqədardır. Ayın bu özəlliyi yaxın son yüzilliklərdə texnologiya vasitəsilə dəqiq hesablamalar nəticəsində mümkün olmuşdur. Talış dilində Aya deyilən OVŞIM - "OVƏŞIM” sözündən olub, Ayın bu özəlliyini rahatca bizə bildirir. "OVƏŞIM” sözünün təhlil edək : "OV” Talış dilində suya deyilir. "ƏŞIM” sözünün təhlil edilməsindən öncə, bu sözün kökünə diqqət yetirək: "ŞIME” sözü Talış dilində "İçmək” mənasını verən "PE ŞOME” sözünün köküdür. Burda "Cəlb etmək, çəkmək " mənasını verən "ŞOME” felinə "PE” önşəkilçisi qoşulmuşdur. "ŞIME” sözü "ŞOME” sözünün bir şəklidir. "ƏŞIM” sözündə "Ə” sözönü tərzi-hərəkət zərfi olan "an,ən” şəkilçisinə uyğun gəlir. Yəni "Cəlb edən, çəkən”. "OVƏŞIM” yəni "Suyu özünə cəlb edən, çəkən”.

Başqa bir nümunə : Dəmir elementi haqqında ilk öncə bəzi bilgiləri qeyd edək. "Qurani-Kərim”in Əl-Hədid surəsi, ayə 25-də dəmir haqqında deyilir: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz, həddindən artıq möhkəm olan dəmiri də (inzal) endirdik ki, onda böyük qüvvət və insanlar üçün faydalar vardır. Allah (Özünü) görmədən Ona (Onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!»

Astronomiya və geologiya elmlərinin müasir baxışlarına görə, dəmir kimyəvi elementinin yeraltı filiz yataqları kosmosdan gəlmə xarakterə malikdir.Dəmir haqqında bu bilgiləri ancaq müasir yüksək texnologiya vasitəsilə əldə etmək mümkün olmuşdur. Bu dəlilləri əsas götürərək "Dəmir”in Talış dilində qarşılığı olan "OSON” sözünün təhlilinə diqqət yetirək. Təhlil etməmişdən öncə, bu sözü iki yerə bölək : "OS” və "ON”. "OS” - Talış dilində "OSİMON” yəni "Göy” mənasını verən sözün köküdür, "MON” şəkilçisi isə "əlamət,tərz” mənasına uyğun gəlir. ("Ostovə” sözünün də həmçinin -tərcüməsi "Ulduz”dur). Buradakı "OS”, əslində "Kainat, Kosmos, Kəhkəşan” sözlərinin Talış dilindəki qarşılığıdır. Nümunə kimi, "Astranomiya” sözündəki "As” hissəciyini göstərə bilərik. "ON” şəkilçisi Talış dilindəki "İN” şəkilçisinin başqa bir formasıdır. "İN” şəkilçisi Türk dilində "Lı,Li,Lu,Lü” şəkilçisinə uyğun gəlir. Məsələn: "Rüənin” – Yağlı, "Ovin” – sulu və s. "OSON” sözü əslində bu element – dəmir haqqındakı bilgiləri özündə əks etdirir. "OSON” yəni "OSİN” göylü, göydən gələn.

Başqa bir nümunəyə diqqət yetirək: Buludun atmosferdə üzən su buxarı məhsulunun toplantısından ibarət olması məlumdur. Bulud sözünün Talış dilindəki qarşılığı "AVƏ” olması buludun bu xüsusiyyətini tam şəkildə özündə ehtiva edir. "AVƏ” sözü Talış dilindəki "OV” (su) sözündəndir. "Ə” şəkilçisi isə sifət yaradan şəkilçidir. Yəni "Su kimi, sudan ibarət olan” mənasını verir. Talış dilində buluda sırf onun təşkil etdiyi tərkibinə görə ad verilməsi bu dildə danışan millətin həmin təbiət cisminin əlamətlərindən agah olmasından xəbər verir.

İldırım – iki bulud arasında elektrik boşalması, yəni, yüksək enerji partlamasıdır. Talış dilində "İldırım”-a "AVƏHİ” deyilir. Bu sözü bir balaca təhlil edək. "AVƏ” yuxarıdakı izahatda deyildiyi kimi buluda deyilir. "Hİ” sözünün izahına diqqət yetirək. Avesta kitabında "HİR” oda, alova deyilib. Bu söz Talış dilində "Hİ” şəklində özünü saxlamışdır. Bu izahata əsasən "AVƏHİ” sözünü "bulud odu” kimi tərcümə etmək olar.

Bu gətirdiyim nümunələr əslində bir millətin yaranışdan bəri topladığı bilgilərin öz dilində ifadəsinin bir hissəsi və təbiət hadisələrini şüurlu bir şəkildə analiz edib, sözlə ifadəsidir.

(ardı var)

İlqar Əlizodə,
 (Astara, Pensər k.)

Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 3194 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus