Главная » 2011»Май»29 » "Hirkan" jurnalının ilk sayı işıq üzü görüb
16:48
"Hirkan" jurnalının ilk sayı işıq üzü görüb
Bu günlərdə "Hirkan" jurnalının ilk sayı işıq üzü görüb. Jurnalın təsisçisi və baş redaktoru Rabil Abdinovdur.
"Hirkan"ın məramı, məqsəd və vəzifələrini baş redaktor özünün Jurnalı təqdimetmə məqaləsində belə qeyd edir: "Ölkəmizdə talışdilli mətbuat özünü jurnal şəklində deyil, həmişə qəzetçilik formasında göstərmişdir. Bu mənada mətbu nəşrimiz talış dilini, ədəbiyyatını, tarixini araşdırmaq və milli mənəvi dəyərlərini, mədəniyyətini tanıtmaq məqsədini qarşıya qoyan ilk və yeganə jurnal hesab olunmalıdır.
Jurnalı kvartalda, yəni fəsildə bir dəfə nəşr etməyi qarşımıza məqsəd qoymuşuq. Bu mənada jurnlımız fəslnamə də adlana bilər. İlk əvvəl jurnalımız əsasən daycest formasında - yəni bölgəmiz barəsində digər nəşrlərdə çap edilən materialları sizə təqdim etməklə fəaliyyətini quracaq. Buna səbəb bölgəmizdə yaşayan oxucuların rügionumuzla bağlı elektron və kağız informasiya vasitələrində çap olunan materialları əldə etmək çətinliyi olsa da, biz həm də bu məlumatları bir dərgi şəklində cəmləməklə gələcək elmi-tədqiqatlara zəmin hazırlamaq fikrindəyik.
Dövlətçiliyimizin və islamın prinsiplərinə zidd olamayn, dini, etnik və sosial ədavəti təbliğ etməyən, millətçilikdən və siyasətdən uzaq, yalnız elmi metodologiyaya əsaslanaraq bölgəmizlə bağlı yazılan məqalələrinizi jurnalımızda çap etməyə hazırıq".
Jurnalın ilk sayında oxucular aşağıdakı materiallarla tanış ola bilərlər: 1) Xaqların dil və mədəniyyətlərinin inkişafı ilə bağlı fərman; 2) Hirkan; 3) "Qızıl qələm” jurnalı talışlar barəsində; 4) Talış barəsində fikir və müşahidələrim; 5) Lənkəran zonasının torpaq-iqlim şəraiti; 7) Mənfi və müsbət millətçilik; 8) Talışlar; 9) Talış dilinin tədrisi ilə bağlı açıq məktub; 10) Ədəbi numunəon; 11) Həyata keçirdiyimiz layihələr; 12) Azərbaycandakı şəxs adları.
TALISH.ORG saytı və "Tolışi Sədo" qəzetinin kollektivi adından Jurnalın ilk sayının işıq üzü görməsi münasıbətilə "Hirkan"ın ərsəyə gəlməsində rolu olan hər bir şəxsi təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.