Viyən kənd sakini öz həyatı bahasına üç qızı ölümdən xilas edib
Rusiya Kütləvi İnformasiya vasitələrinin bir müddət öncə minnətdarlıq bildirdikləri Azərbaycan vətəndaşlarının indi qəddar və cinayətkar kimi təqdim edilməsi təzad yaradır. Çünki o vaxtı 3 rus vətəndaşını ölümün cəngindən xilas edərək həyatı bahasına onlara həyat bəxş edən də Azərbaycan vətəndaşı idi.
21 yaşlı talış balası, Lənkəranın Viyən kənd sakini Səlaməddin Nağıyevin qəhrəmanlığı artıq bir xatirəyə dönüb.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətində çayda batan 3 qızı həyatı bahasına xilas edən azərbaycanlıya ruslar el arasında milli qəhrəman deyirdilər. Çünki, Moskvanın Lyubersi rayonundakı Pexorka çayında baş verənlər bunu deməyə əsas verir. Belə ki, Moskvaya atasının yanına qonaq getmiş Səlaməddin Nağıyev çayın sahilində gəzişəndə suda batan və yardım istəyən üç qızı görür, onların köməyinə atılır. Körpüdən çaya düşən Səlaməddin 3 qızı sahilə çıxara bilsədə, özü çayın sürətli sularından qurtula bilmir.
Hadisədən dərhal sonra S.Nağyevin ailə üzvləri və qohumları yerli polis şöbəsinə müraciət edərək onun cəsədinin axtarışları və sudan çıxarılması üçün yardım istəyblər. Lakin faciənin baş verdiyi məkan Lyubersı və Ramenskoe rayonlarının arasında bölündüyündən polis uzun-uzadı müzakirələr aparıb. Beləliklə Səlaməddinin ailə üzvləri və qohumları özəl xilasedicilərə pul verərək axtarışlara başlayıblar. 5 gün aparılan axtarışlardan sonra Səlaməddin Nağıyevin cəsədi iyunun 15-i Pexorka çayından tapılaraq ailəsinə təhvil verilir.
Bəli, çox təəssüflər Rusiyada 25 yaşlı Yeqor Şerbakovun özümündə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun timsalında bütün Azərbaycan vətəndaşlarına qatil kimi baxanlar nədənsə 21 yaşlı Salaməddin Nağıyevin faciəsinə göz yumublar.