Son dövrdə Azərbaycanda daha da şiddətlənən özbaşnalıqlarla bağlı Talış Ağsaqqal Şurası byanat yayıb. Bəyanatda deyilir:
"Azərbaycanda özbaşınalıq, quldurluq, adam oğurluğu, şərləmə, cibə nakotik maddələrin atılması və s. bədxah əməllər ən yüksək məmurlardan başlayaraq aşağı məmur postlarınadək qərar tutmuş insanların peşəsinə çevrilməsi bu gün heç kimi təəccübləndirmir. Bunlar o qədər açıq şəkil almışdır ki, artıq xalqın səbr kasası daşmışdır. Bakıda, ayrı-ayrı rayonlarda xalqın etiraz səsləri hər gün ucalmaqdadır. Bu Azərbaycan Respublikasının prezidentinə də məlumdur. Onun həmin məmurlara məşhur xəbərdarlığı da heç nəyi dəyişmədi. Cəzalandırılmayacaqlarına arxayın olan vəhşiləşmiş insanların (?) qudurğanlığı nəinki bitmir, gündən-günə daha böyük miqyas alır.
Bu günlərdə daha bir məmur özbaşınalığının xəbəri bizi bir daha inandırdı ki, bu yarımvəhşi insanlara "dur” deməyin vaxtı çoxdan çatmışdır.
Belə ki, Lerik Rayon İcra Hakimiyyətinin Lerik şəhər icra nümayəndəsinə, "iş vaxtıdır, iş yerində nə vaxt olacaqsınız? Arayış almalıyam” deyən jurnalist, vətəndaş İdrak Abbasovu, 80-ə yaxın yaşı olan (?), iş vaxtı çayxanada "domino” oynayan Atamalı Nəcəfov, ictimaiyyət qarşısında təhqir etmiş, ən alçaq söyüş və təhqirlərə məruz qoymuş, onu və ailə üzvlərini öldürməklə hədələmişdir. Nəyə arxalanır icra nümayədəsi? Haradandır onda bu cəzasızlığa arxayınlıq?
Görəsən, təqaud yaşı çoxdan ötmüş A.Nəcəfovun hansı xidmətləri, Lerik Rayon İcra Hakimiyyətinin başçısı R.Bağırovu, mövcud qanunu pozaraq, onu vəzifədə saxlamağa sövq etmişdir?
Xalq nə vaxtadək ayrı-ayrı məmurların təhqir, təqib və şantajlarına məruz qalacaq? Xalq öz hüquqlarını, təhlükəsiz yaşam haqqını kimdən tələb etməlidir?
Biz Talış Ağsaqqallar Şurası olaraq bütün bu məmur özbaşınalığına qarşı etirazımızı bildiririk. Azərbaycan Respublikasının prezidenti İ.Əliyev cənablarını, Respublikanın hüquq-mühafizə orqanlarını azğınlaşmış məmurların qarşısını almağa, vətəndaşların təhlukəsiz, təqibsiz yaşam haqqının təmin edilməsi üçün əməli addımlar atmağa çağırırıq."