Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Сентябрь » 7 » Taleh Osmanovun "cinayərkar ovu”
13:09
Taleh Osmanovun "cinayərkar ovu”
Masallı rayonunun Kolatan kəndinə təbii qaz xəttinin çəkilməsi üçün Rusiyada yaşayan Kolatanlıların  göndərdikləri 87 min məbləğində ABŞ dolları və hər təsərrüfat başçısından 100 manat hesabı ilə yığmaqla, cəmi 280 min dollar pulu rayonun sabiq İHB-sı Qəzənfər Ağayev necə həzm etdi?

Bu cinayəti ört-bastır etmək üçün Lənkəran prokurorunun müavini, həmyerlisi Taleh Osmanovun talışları əsassız olaraq telefon zəngləri ilə təhdid etməsi, hal-hazırda qurama ittihamlarla həbs edilən hüquq müdafiəçisi, prafessor, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla əlaqələndirməsi təəccüb doğurur.

Bu yazıda, başlığı, müəyyən məqamlar istisna olmaqla, linqi yeni olmasa da, keçmiş məqamlara ekskurs edərək, bəzi hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz əməllərini diqqətə çatdırmaq zorundayam.

20 iyul 2009-cu il "Cənub Xəbərləri” qəzetinin 19-cu sayının manşetində yer alan "Xeyriyyəçi niyə küsüb?" başlıqlı yazı yəqin ki, qalmaqallı hadisələri ilə oxucuların yaddaşından silinməyib. Həmin yazıda əsas məsələlərdən biri də Masallı rayonunun Kolatan kəndinə təbii qaz çəkilişi ilə bağlı, kənddən Rusiyaya bir tikə çörək pulu qazanmaq üçün öz ayaqları ilə deportasiya olunan gənclərin 87 min ABŞ dolları göndərsələr də, bu pulun bəzi məmurlar tərəfindən mənimsənilməsi barədə xəbər vermişdim. Camaatın təbii qaz çəkilişi üçün verdikləri pulun mənimsənilməsinə hüquqi don geyindirmək üçün sabiq İHB-sı Qəzənfər Ağayev kəndə Az.TV-dən çəkiliş qrupu dəvət etmişdi. Kənd bələdiyyəçilərin canfəşanlığı ilə qaz balonundan "şlanqla” qaz çəkib, məşəl yandıraraq, camaatın alqışları altında kəndə təbii qaz çəkilməsi kimi çəkiliş apardıqdan sonra, həmin saxta kadrlar efirə buraxıldı.

O ərəfədə qaz xətti çəkilişi bəhanəsi ilə Kolatan, Sığdaş, Xanalyon, Babakücə, Ninalov kənd bələdiyyəçiləri sabiq İHB-sı Qəzənfər Ağayevin göstərişi ilə SSRİ dönəmindən qalan dəmir qaz boru xətlərini söküb, satdılar. Çox keçmədi ki, əhalini aldatmaq məqsədi ilə təkcə Bala Kolatana qaz xətti çəkildi. Bu da kənd əhalisində "o kəndə qaz çəkilibsə, digər kəndlərə də çəkiləcək” fikirinin formalaşdırılmasına hesablanmışdı. Yəni ki, təkrarən camaatdan "pul yığma” kompaniyasına start verilsin. Əhalinin çoxu mal-qarasını satıb, qaz çəkilişi üçün pul vermələrinə baxmayaraq, bu günə kimi təbii qazın gəlişini səbirsizliklə gözləyirlər. Dərdlərini deməyə isə ünvan belə tapa bilmirlər. Digər tərəfdən də Talış Sıra Dağlarının meşələri təbii qazın olmaması ucbatından amansızlıqla doğranılıb, məhv edilir. Burda da qazanan kriminallaşmış hüquq-mühafizə orqanlarıdır ki, meşədən odunla dolu çıxan maşınlar ya polis idarəsinə aparılır, ya da yerindəcə "ödənişdən sonra” buraxılırlar. Sübut üçün Məmmədoba kəndi yaxınlığında "Seyid qızı ocağı” adlanan yerdə polisin qanunsuz post qurduğu yerin şəkilini bu yazıya əlavə edirəm.

Bu da azmış kimi, həmin ocağa gətirilən nəzir puluna da şanlı polisimizin şərik olması lap ürək bulandıran əməl kimi görünür.

Əlbəttə ki, meşələrimizin amansızlıqla məhv edilməsi tamamilə başqa mövzunun söhbətidir, lakin kəndlərdə qazın olmaması ucbatından meşələrimizin qırılıb, məhv edilməsindən də yan keçmək mümkün deyil.

Əziz oxucu, bu kimi böyük cinayətləri mütəmadi olaraq mətbuat səhifəsinə və internetin sosial şəbəkələrində yazdığıma görə həmişə təhdid, təhqir və polis zorakılığı ilə üzləşirəm. Mənim çox ehtiyyat edib, qorxduğum bir iş var ki, məni də digər günahsız insanlar kimi narkotiklə, yaxud başqa ağlasığmaz bir işlə şərləsinlər. Açıqca bəyan edirəm ki, mən bu hökumətdən bir qəpik də almıram, rusiyada işləyən övladlarım mənə dolanmaq üçün hər ay pul göndərirlər. Ötən il oğlum Ziya kəndə gəlib, mənimlə şərtləşdi ki, "ata, sənə yaxşı bir BMV maşını alıram, amma sən əlini kompüterdən üz, heç bir problemlərdən yazma, heç bir siyasi, sosial məsələlərə baş qoşma”. Razılaşdım. Maşın alandan sonra bir çox insanların məmurlar tərəfindən alçaldılaraq, incidilmələri ilə rastlaşanda yenə dözməyib, başladım yazıb, onların hüquqlarını müdafiə etməyə.

Mənim əzizlərim, fikirləşməyin ki, əsas məsələdən yayınıram, yox, sadəcə Taleh Osmanov kimi prokurorluq əməkdaşlarına kiçik bir mesajımı ictimailəşdirirəm. Heç kimə sirr deyil ki, Hilal Məmmədov əsassız olaraq, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən şərlənərək həbs edilib. Onun həbs olunmasının motivi barədə istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda fikir birmənalıdır: Hilal Məmmədov şərlənib! Hilal Məmmədovun azadlığa buraxılması barədə beynəlxalq təşkilatlardan kifayət qədər tələblər gəlsə də iqtidar Hilal Məmmədov haqqında yeni "nağıl-dəlillər” toplamaqla məşğuldur. Demokratik qüvvələr və Müdafiə Komitəsinin həmsədri  Rafiq Cəlilov beynəlxalq təşkilatların bəyanatlarını mütəmadi olaraq ictimailəşdirlər. Diqqətinizə çatdırmaq istədiyim əsas məqamlardan biri də hüquq-mühafizə orqanlarının ölkədəki əsas cinayətkarları buraxıb, ağlasığmaz, yeni "cinayətkar” ovuna çıxmalarıdır. Kimlər ola bilər bu "cinayətkarlar”?

Bu suala bir qədər aydınlıq gətirmək zorundayam. Bildiyiniz kimi Hilal Məmmədov ağır maddə ilə, əsassız olaraq ittiham olunur. Bu fonda kimlər ki, hakimiyyətin qanunsuz əməllərinə qarşı etirazını bildirir, oğru məmurların "əl-ayağına dolaşır”, həmən şəxslərdən kimlərsə Hilal Məmmədovla bir stolda oturub, çay içiblərsə, həmin adamları Lənkəran prokurorunun müavini Taleh Osmanov 0503436861 nömrəli mobil telefonu ilə qanunsuz olaraq prokurorluğa çağırır, izahatlar toplayır.

Çox adamlar isə hüquq-mühafizə orqanlarının bu qanunsuz və ədalətsiz həbsetmə kompaniyasından yaxasını qurtarmaq üçün ölkəni tərk etməyə üstünlük verirlər. Anoloji hal mənimlə də baş verdi, 24 avqust 2012-ci il tarixdə, saat 10 radələrində, yuxarıda qeyd etdiyim mobil nömrə ilə mənə zəng edib, Lənkəran prokurorluğuna ifadə vermək üçün dəvət etdilər. Bu dəvətin motivini soruşdum, bildirildi ki, "sənin telefon nömrəndən edilmiş zənglə bağlı bir məsələ var”. Talış bölgəsinin ictimaiyyətindən mənə daxil olan məlumatlardan bilirdim ki, Taleh Osmanov prokurorluğa çağırdığı adamları Hilal Məmmədovla əlaqələndirib, izahatlar alır...

Bu qanunsuz çağırışdan sonra mən də bu ölkəni tərk etmək fikrinə düşüb, ertəsi gün Astarxan şəhərinə, 01 sentyabr tarixinə qatara bilet aldım. İki gün keçəndən sonra isə qərara gəldim ki, ölsəm də öz Vətənimdə ölməliyəm. Nələr başıma gəlsə də bu mənim alın yazımdır, mübarizəmi də davam etməliyəm ki, gələcək nəsillər məni qorxaq kimi yad edib, qəbrimi söyməsinlər. "Yüz il qul olmaqdansa, bir gün AZAD yaşamaq daha şərəflidir” fikri ilə biletimi geri qaytardım. Mübarizəm isə davam edəcək. Mənə elə gəlir ki, mənim məhz Lənkəran prokurorluğuna çağırılmağımın əsas səbəbi, mənim mütəmadi olaraq Qəzənfər Ağayevin və digər məmurların Kolatan camaatını aldadaraq, təbii qaz çəkilişi üçün onlardan yığıb, mənimsədikləri 280 min dollar pulun geri qaytarılması üçün KİV-lərdə yazdığım yazılardır. Yaşadığım Masallı rayonuna yeni təyin olunan icra başçısı Rafil Hüseynovu başa salmışdılar ki, Kolatanlılarla belə bir problem var və bu problem KİV-nin gündəmindən düşmür. Odur ki, Rafil müəllim Kolatanlılarla ilk görüşündə söz verdi ki, "həzm edilmiş” qaz pulunun qaytarılması barədə hüquq-mühafizə orqanlarına göstəriş verəcək və cinayətkarlar ifşa olunacaqlar. Əfsus ki, bu olmadı, Kolatanlıları susdurmaq üçün kəndin tibb məntəqəsini kosmetik təmir etdirib, bu təmiri isə təm-təraqlı formada yeni inşa edilən bina kimi təqdim edib, qırmızı lentlə sarıyıb "açılışını” da təşkil etdilər. Hələ bələdiyyəçilərin onun ayaqları altında nisyə "qurbanlıq qoyun” kəsib, bəzi "kefli İsgəndərlərlə” araq içmələrindən danışmıram. Oxucu bilir ki, bu barədə ətraflı yazmışdım. Bir daha bu yazımda da qeyd edim ki, MM-in deputatı xanım Elmira Axundova Kolatana qaz çəkilişi ilə bağlı mənim bütün yazdıqlarımı əhali qarşısında dilə gətirərək, təsdiqlədi. Mən də həmin çıxışları diktafonuma yazmaqla, çoxlu maraqlı şəkillər də çəkib, elə həmən gün bir çox saytlarda yerləşdirdim. Tibb məntəqəsinin açılışının reallıqlarını internet saytlarında özləri də izlədikdən sonra, bələdiyyəçilərə "nişan toyu” tutulur ki, onlar niyə mənə şərait yaratdılar ki, o çəkilişləri edim.

Məlum məsələdir ki, həqiqəti yazdığıma görə İHB-sı Rafil müəllim mənə qarşı heç bir ittiham irəli sürə bilməzdi. Daha optimal variant isə Astara rayonunda hazırda İHB-sı işləyən Qəzənfər Ağayevin öz həmyerlisi Taleh Osmanovla xosunlaşıb, məni Hilal Məmmədovun qanunsuz ittihamına calağ edib, susdurmaq planıdır. Mən, ətrafımda baş verən hadisələri məhz bu cür dəyərləndirirəm.

Mətləb Dadasşov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Tolışon Sədo” N: 30 (42) 07 sentyabr 2012


Категория: Талыш xəbərləri | Просмотров: 2436 | Добавил: admin | Рейтинг: 5.0/6
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus