ƏssalamunƏleykum, ey Adəm övladları! Salamımı almırsınız, "xob"! Yaxşı, ay canınıza daraşım, bilirəm ki, məndən heç xoşunuz gəlmir. Mən sizin kimi düşünmürəm ki, sizi nahaqdan sancım, yaxud "facebookda" yazdığınız fikirlərə paxıllıqla, təkəbbürlüklə qarşılayıb, münasibət bildirməkdən vaz keçim. Demişdim axı, mən kimliyindən asılı olmayaraq, insanlığı kənara atanları sancıram.
Uzun-uzadı danışıb, sizi yormaq fikrim yoxdur. Bu şəkildə gördüyünüz alçaq mərtəbəli, uzun bina mal ferması deyil. TALIŞ bölgəsinin böyük rayonu olan Lənkəranın (Lankon) mərkəzindəki TİBB KOLLECİDİR.
Kollecin yanından təsadüfən keçəndə gördüm ki, bu tibb ocağını elə bir tüstü bürüyüb ki, sanki polis qağalarımız mitinq dağıtmaq üçün gözyaşardıcı qaz buraxıblar. Göz-gözü görmürdü. Kollecin həyətinə daxil olub gördüm ki,vbütün otaqların pəncərələrindən çıxan peç borularından tüstü püskürür.
Ağ xalatlı qadınların birindən soruşdum ki, bu nə tüstüdür belə. "Qardaş, odun olmadığından, evimizdən təzək gətirib yandırırıq" - dedi... Doğrusu, matım qurudu. Necə niyə?
Ay canınıza daraşım, mənim qorxduğum bir "dixlafos"dur, bir də ki, bu şoğərib tüstü. Soruşdum ki, ay xanım, məgər qazınızı kəsiblər. Xanım dedi ki, heç qaz xətti çəkilib ki, kəssinlər də?! Nədən çəkilməyib? - sualıma isə: Fövqəlnazirimizin haq-hesabını verən yoxdur ki, qaz da çəkilmir - cavabını verdi.
Qadını sorğu-sual etməkdən utanıb, özü-özümə sual verdim: Ay kişi, bu Kəmaləddinin rüşvət və korrupsiya barmağı görəsən harda yoxdur?
Ay zavallılar, özümə ünvanladığım bu sualı bəlkə siz cavablandırasınız?!
Ditdili bəy
Karikaturalar arxivinə baxmaq üçün bura daxil ol
|