Diqqət: Elan!
18 mart 2014-cü il tarixdə (saat 14:00-də) Talış Ədəbiyyatı Təəssübkeşlərinin təşəbbüs qrupu, “Etnoqlobus” (ethnoglobus.az) Beynəlxalq Onlayn İnformasiya – Analitik Mərkəzi ilə birgə Bakı Beynəlxalq Mətbuat Mərkəzində Talış xalqının gənc yazarları Aytən Eyvazonun “Dili sədo” roman-kitabının və Vüqar Mirzəzadənin “Vətən” şeir-kitabının Təqdimat Mərasimini keçirdəcəklər.
Mərasim 3 hissədən ibarət olacaqdır:
Aytən Eyvazonun “Dıli sədo” roman-kitabının təqdimatı,
Vüqar Mirzəzadənin “Vətən” şeir kitabının təqdimatı,
“Novruz gəldi, xoş gəldi!” – bayram təbrikləri. Novruz bayramının tarixi, onun keçirilmə adət-ənənələri barədə.
Çox hörmətli Talış ədəbiyyatını sevənlər!
Təqdimat Mərasimində iştirak etmək istəyənlər TƏT Təşəbus qrupunun üzvlərinə - Vüqar Mirzəzadəyə, Rəzzaq Xansıvoya, Aytən Eyvazona, Könül Rəsula, Əlimərdan Şükürzadəyə, Mehdibəy Səfərova müraciət edə bilərlər.
Sizə hörmətlə,
TƏT Təşəbbüs qrupu