Yaxud, ölkədə hansı bədbəxtçilik, özbaşınaçılıq, cinayət hadisəsi baş verməlidir ki, Xalqın laqeydlik sindromu aradan qalxsın?
Allah təalah yaratdığı və sevdiyi hər insana bir ömür bəxş etdiyi kimi, ona bir tale ulduzu da ayırması barədə müdriklərimizdən eşitmişik.
Kiməsə bir bədbəxtçilik üz verəndə, el arasında deyirlər ki, "heç kimin ulduzu sürüşməsin, yazığın ulduzu sürüşüb”.
Bu el misalına bir qədər geniş anlamda açıqlama verib, görürük ki, bu binəva Azərbaycan adlı məmləkətin, məzlum xalqının taleyində nə qədər "ulduz sürüşmələri” olduğunu görürük. Allah bu xalqı necə sevirsə, bəzən göndərdiyi bəlalardan da hifs edib qoruyur. Amma çox əfsuslar olsun ki, Allahın biz insanlara olan sevgisi müqabilində ona açıqca naşükürlük nümayiş etməkdən də çəkinmirik. Əziz oxucular, hesab etməyin ki, mən dindar kimi çıxış edirəm, əsla!
Sadəcə dərk etdiyim fikirlərimin bir qismini sizinlə bölüşməyimə qərar verdim.
Azacıq da olsa, iştirakçısı olduğumuz yaxın tariximizə ötəri nəzər salıb, bəzi məqamlara ekskurs etməyim zərurəti ilə konkret məqamlara sizin də diqqət etməyinizi vacib sayıram. SSRİ hakimiyyəti dağıldıqdan sonra Vətənimiz Azərbaycanın başına hası xoşagəlməz-bədbəxt hadisələr gəlməyib?
"Qanlı Yanvar”, "Xocalı soyqırımı”, "Sumqayıt hadisələri”, bütün ölkə boyu yaranan "Şəhid məzarlıqları”, gözü yaşlı qalan anaların, nakam gəlin qızların, yetim qalan körpələrin qurumayan göz yaşları, bütün bu dərdlər azmış kimi, min cür əzab-əziyyətlə böyüdüb boya-başa çatdırıb, Vətənin müdafiəsinə göndərilən əsgər balalarımızın naməlum səbəblərdən tabutunun gəlməsi, hansı səbəbdəndir ki, bizi "qəflət yuxusundan” oyatmır?
Qeyd etdiyim reallıqlardan ibrət dərsi almaq, xalqda Vətənpərvərlik sevgisi yaratmaq əvəzinə, baxın ölkədə hansı iyrənc proseslər gedir.
Xalqın bütövlüyünü parçalamaq məqsədi ilə ifrat dərəcədə pantürkçü-şovinist siyasət aparmaqla KİV-də eləcə də internet sosial şəbəkələrdə geniş meydan verilməklə yanaşı, Aboragen Millətlərin təhqir edilib aşağılanması da sanki adi hala çevrilməkdədir.
Sosial şəbəkələrdə talışlar mütəmadi olaraq təhqir edilir.
Təbii olaraq, əlbəttə ki, belə "Milli qəhrəmanlar” cavabsız qalmır.
Son günlər "Oğuzlar qrupunda” Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov müzakirə edilərək, onu "Türk Milli Qəhrəman” kimi təqdim edilməsi də xeyli mübahisəli polemikaya səbəb oldu.
Bu xəstə təfəkkürlü insanlar heç cürə qəbul etmək istəmirlər ki, Mübarizin ulu babası Lerik rayonunun Əliabad kəndindən Biləsıvo (Biləsuvar) rayonuna köçüb orda da həmin talış kəndinin adını yaşatmışlar. Qəbul etmək istəmirlər ki, bu adam Talış zonasında yaşayıb...
Tükürpədici məsələlətdən biri də budur ki, yuxarıda qeyd etdiyim ağrılı-acılı problemlərin mövcud olduğu halda, xalqın nəzər-diqqətini bilərəkdən, süni olaraq bəzi qüvvələr tamamilə başqa səmtə yönəldirlər.
Nəticədə isə V. İ. Leninin "parçala, höküm sür” siyasəti ilə xalqı əsas problemlərin həllindən yayındırıb, hakimiyyətin ömrünün daha da uzadılmasına düşünülmüş formada şərait yaradılması da anlaşılandır.
Ölkədə ədalətsizlik, məmur özbaşınalığı, hüquq-mühafizə orqanlarının xalqa qarşı törətdikləri cinayət faktları isə günbəgün biri-digərini əvəzləməsi isə sanki adi hala çevrilmişdir. Lənkəran rayon polis şöbəsində Vilvan kənd sakini Cəmil Cəlilovun polis əməliyyatçıları tərəfindən vəhşicəsinə döyülərək qətlə yetirilməsi, hakimiyyətin əhaliyə sarsıdıcı zərbəsi kimi dəyərləndirsək daha doğru olardı.
Hələ qismən sadaladığım cinayət xarakterli işlər bütün xalqın gözü qabağında baş verməsi və bu kimi cinayətlərə laqeydlik nümayiş edilməsinin əsas səbəblərindən biri də hakimiyyətin və bəzi maraqlı qüvvələrin xalqı "ustalıqla” bir-birindən ayrı salmasından qaynaqlanır.
Ölkə əhalisinin demək olar ki, 50%-i bir tikə çörək dalınca Rusiyada sülənir, 30%-i burda dilənir, 10% -i keyf çəkir, 10% -i də baş kəsir demək tam yerinə düşür. Belə acınacaqlı vəziyyətin höküm sürdüyü bir vaxtda milli-etnik, dini-irqi ayrıseçkiliyin salınması isə demək olar ki, yalnız hakimiyyətin maraq dairəsində ola bilər. Bəzi nadanların da belə məsələlərə qoşulması vətənpərvər insanları yalnız bir-birindən təcrid edir. Eyni tendensiya müxalifət partiyalarında da özünü açıqca göstərir.
Uzun illərdir ki, talışlar əsassız olaraq, müxtəlif yarlıklarla KİV-də də açıqca təhqir edilib, aşağılandığındandır ki, bütün proseslərə laqedlik edərək demokratik düşərgədən də kənarda qalmağa üstünlük verir. Bütün bunları görən digər milli azlıqlar da pantürkçü-şovinist siyasət yürüdənlərə qarşı eyni mövqe sərgiləyirlər. Xatırladım ki, guya Milli Məclisə alternativ olaraq İctimai Palata adı ilə təşkilat yaradıldı. ölkənin 24 milli azlıqlarından orda cüzi bir kəsimi təmsil olundu. Xeyli vaxt keçsə də nəticədə İP- faktiki olaraq özünü doğrultmadı. "El hərəkatı” adı ilə yeni bir təşkilatın yaranması elan edildi ki, bu da həmin yanlış siyasətin ucbatından yaranışı ilə süst olması bir oldu. "Azəri-Talış birliyi” adlı təşkilatdan da hələki səs səmir çıxmır... İndi də Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə "Milli Şura” yaradılması təklifi eşidilməkdə olsa da doğrusu bu "Toyun da mübarək olmasına” inamım çox azdır.
Maraqlı cəhət budur ki, demokratlarımız şəxsi maraqları xətrinə ölkənin milli azlıqların gücündən yararlanıb məqsədlərinə çatmaq istəyirlər. Amma həmin incidilmiş, küsdürülmüş, təhqir edilmiş milli azlıqlara, yanlış münasibətlərinə görə rəsmi bəyanatlarla çağırışlar etməyi düşünmürlər. Nə qədər ki, bu barədə düşünmək istəmirlər, xüsusən Talışların da ictimai-siyasi proseslərə laqeydlik etməsi normal qəbul edilməlidir. İctimaiyət arasında dəfələrlə eşitmişəm ki, "pantürkçülər iddia edirlərsə ölkə əhalisinin 95%-i türkdür, hər hansı çağırışlarını da türkə etsinlər, görək ətraflarında nə qədər türk olacaq”.
Əlbəttə ki, ölkədə müsbət dəyişiklik istəyən insanlar, indiki qeyri normal vəziyyətə bu cür laqeydlik nünayiş etməsi normal hal deyil. Anoloji halın uzun çəkməsi də çox davamlı ola bilməz, ictimai-sosial "partlayış” mütləq olacaq. Hansı formada baş verməsi isə hələki məlum deyil. Əhalinin "Laqeydlik sindromu”na baxanda, insanlar sanki deyir nə olursa –olsun, burnumuz da qanamadan təki "tale ulduzumuz sürüşməsin”.