Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Март » 28 » ...TƏHRİK edilir
20:28
...TƏHRİK edilir
Və ya YAP (Yalançı Azərbaycan Partriyası) xalqa müharibə elan edibmi?

Artıq illər keçir, insanlar dəyişir, fikirlər donur, laqeydlər çoxalır... əcaib hala salınmaqda olan cəmiyyətimizi, qarnından uzağı görməməyə sövq edən hakim YAP 17 ildir ki, fərqinə varmadan millətindən, irqindən, cinsindən asılı olmayaraq, olmazın işgəncə, şantaz, təhdid, təhqir, aclıq, səfalət, hicrət və vətəndaşların bütün hüquqlarından məhrum edilməklə Azərbaycanı Misir, Liviya və yaxşı halda Bəhreyn olaylarına bənzər bir inqilaba təhrik etməkdədir.

Bir qədər də konkret ifadə azadlığına əsaslanaraq deyə bilərəm ki, hər kəsin gözü önündə olan, iqtidarın tərif və tərənnüm etdiyi Azərbaycandakı insan haqları və ifadə azadlığına diqqət etsək, görürük ki, mərhum jurnalist Elmar Hüseynov və Novruzəli Məmmədov kimi insanlar hakimiyyət tərəfindən qətlə yetirilir, azad sözə görə jurnalist Eynulla Fətullayev məhbəsdə çürüdülür.

"Ziyalı” təbəqəsinin susması bəlkə də başa düşüləndir. "Ziya”mız danışdı axı, xüsusi amansızlıqla susduruldu, xalqın ziyası söndürüldü...

Naməlum səbəblərdən general Rail hakimiyyətin gülləsinə tuş gəldi...

Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi Hacı Məmmədov Qarabulaqda bir qəbiristanlıq düzənlədi...

DİN təmsilçiləri isə ölkədə vətəndaşlıq hüquqlarından ağızdolusu bəyanətlər verirlər. Düşünürəm ki, hakimiyyət hər dəfə qətllər törətməklə xalqı inqilaba təhrik edir ki, səsini qaldıranları kütləvi qırğına məruz qoysun, lap elə M. Qəddafi kimi. Qoy daha bir iyirmi il özünün telekanallarına ("Lider”dəki "Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov kimilərə) mövzu verərək gecə-gündüz xalqa sabitlik dərsi keçsinlər. Hakimiyyət təmsilçiləri məst-xumar olaraq camaatı "yumurta” kimi soymağında davam etsinlər, yalnız yumurtanın qiymətini 2 qəpik endirməklə öyünsünlər.

Bu nə deməkdir?

On yeddi ildir ki, Azərbaycanın təhsili, səhiyyəsi, hüququ, kənd təsərrüfatı, mədəniyyəti, incəsənəti məhv edilir. Rüşvət və korrupsiya o həddə "çiçəklənib” ki, günümüzün tələbinə çevrilib. Bu o deməkdir ki, ey xalq, etiraz edib mitinqlərə çıxıb söz desən, mənim hərbi sənaye kompleksim də var, başını əzərəm!

Nə çoxdur, Nizami Cəfərov kimi professor deputatlarımız, Az TV-yə çıxıb deyəcəklər ki, "ağılları olaydı, başlarına dubinka, yaxiud güllə vurdurmayaydılar.”

Düşünürəm ki, hakimiyyət xalqı öz qanunsuz və insanlığa yad olan əməlləri ilə bezdirir, dağıdıcı üsyana çəkir.

Atalardan belə bir söz qalıb ki, "aciz adam kəmfürsət olar”! Baxın bu hakimiyyət nə dərəcədə zəifdir ki, savadlı intelekti ilə seçilən, növrəstə bir gəncin- Bəxtiyar Hacıyevin qabağına ordu çıxarır. Kimlərinsə qınağına tuş gəlməmək üçün onun həbsinə qərar verir.

Deyirəm, vallah, bu hakimiyyət "dibil” olub gedir. Düşüncəli, cəsarətli bir iqtidar nümayəndəsi adını xalq şairi, ziyalı hesab edən yoxdurmu ki, desin: "Ay qardaşlar, bu Bəxtiyarı, tutaq ki, göndərdik orduya, bir il döşəmə yudu, kartof soydu, lap çətin halda səngərdə xidmət etdi, siz ağaların qazancı nə olacaq?

Mən deyərdim ki, o, zəkası ilə Azərbaycana daha çox fayda verə bilər. Əgər doğrudan da, ordumuzda xidmət keçmək üçün çağırışçı problemi varsa, hərbi komissarlıqlar "komissavatetmə” əməliyyatına son qoysunlar. Yaxud ərazi nümayəndələrinin qanunsuz olaraq ordudan yayındırdıqları yüzlərlə çağırışçılardan yararlansalar, Bəxtiyar kimi elmli gənclərə xalq öz qəlbində yer ayıracaq.

Bir qədər də "atəşkəs” deyilən, "rusun bişirdiyi kaşadan” söz aşmaq yerinə düşər. Qarabağla ilgili hər kəsə bəlli olanları qələmə alsaq, bu "Atət-Matət” Minsk qrupu-filan boş-boş nağıllardır. Atəşkəs fonunda YAP hakimiyyət mənsublarının özlərinin "telekanalizasiyalarında” qürurla nümayiş etdirdikləri "Müdafiə kompleksi”, ordudan, müharibədən ağız dolusu danışılması heç də erməni daşnaklarına qarşı, torpaqlarımızın azad edilməsinə qarşı yönəlik deyil.

Bütün güc strukturları rüşvətə, korrupsiyaya və digər cinayətlərə elə bulaşdırılmışlar ki, onlar yalnız öz xalqıını əzmək təlimatını icra etmək iqtidarındadırlar.

Xalqımız sivil yollar arayıb Azərbaycandakı aboragen xalqların həmrəyliyi ilə yollar arayıb mübarizə aparmalıdır, təkcə türkçülük azarına tutulanların əllərindən bir şey gəlməz!

Heç bir provakasiyaya getməməliyik. Hamı dərk etməlidir ki, YAP hakimiyyəti xalqı dağıdıcı inqilaba təhrik edir!...


Mətləb DADAŞİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Xüsusi olaraq TALISH.ORG üçün

Категория: Azərbaycan | Просмотров: 1638 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus