Son zamanlar biz milli azlıqların mədəniyyət mərkəzlərinin (MM) yaradılması və əgər varsa da, onların aktiv fəaliyyət göstərməsi barədə çox danışırıq...
Ancaq diqqət yetirin: kimsə və ya kimlərsə indiyəcən ortaya MM-in fəlsəfəsini əhatə edən konkret, real və cəlbedici bir PROQRAM qoyubmu? Mədəniyyət Mərkəzinin strateji hədəfləri, fəaliyyət perspektivi, məqsəd və vəzifələri, nəhayyət. onun ümumazərbaycan mədəniyyət məkanında rolu, əhəmiyyəti haqqında konseptual yanaşma paketi ictimai müzakirəyə təqdim edibmi?
Mənsub olduğun xalqı layiqincə təmsil etmək, onun milli-mənəvi, mental dəyərlərini təbliğ edib sevdirməyi bacarmaq,- bu, göründüyüü qədər asan və bəsit bir məsələ deyil. Burada təkcə danışmaqla, yaxud bəlağətli vədlərlə iş bitmir.
Təəssüf ki, halva-halva deməklə ağız şirin olmur.
Dünən (01.04.2014) Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət muşaviri cənab Kamal Abdulla ilə görüşdə şəxsən mən bir şey hasil elədim: bizlər sözün əsl mənasında səmimi olmalıyıq və nəhayyət sözdən əmələ keçməliyik - özü də kreativ düşüncə tərzi və tədbirli yanaşma ilə!..
Mənəviyyatımızın tərkib hissəsi olan milli mədəniyyətimizin bərpası - adət- ənənmizin, folklorumuzun, keçmişimizin qorunması deməkdir. Bu isə, öz növbəsində dilimizin, dinimizin və təbii ki, sabahkı mövcudiyyətimizin zəmanəti və təntənəsi deməkdir!
Allahın amanında olaq!
Seyran RƏFİYEV