"AzərRos” prezidenti hakimiyyətin politoloqu Mübariz Əhmədoğlunu ağır cavab verdi
"Belə nəticəyə gəldim ki, özünüzü politoloq hesab etdiyinizə görə utanmalısınız”
"AzərRos” prezidenti Söyün Sadıqov "Azadlıq”a açıqlama göndərərək Mübariz Əhmədoğlunun onun ünvanına səsləndiridiyi ittihamlara cavab verib.
Açıqlamanı təqdim edirik:
Siz kimə xidmət edirsiniz, Mübariz Əhmədoğlu?!
Son vaxtlar özünü ekspert və politoloq adlandıranlar bəzilərinin qəti anlayışı olmadığı məsələlər barədə danışması dəbə minib. Bu «əlaməliklərdə» mənim üçün ən müəmmalısı bu ağılsız ideyaların necə yaranmasıdır. O cümlədən məni Mübariz Əhmədoğlunun anlaşılmaz bəyanatı təəccübləndirdi.
O iddia edir ki, mən Rusiya hökumətinin özümə münasibətindən istifadə edərək Ümumrusiya Azərbaycan Konqresini nüfuzdan salıram. O az qala məni Rusiyadakı azərbaycanlıları ətrafımda birləşdirmək niyyətində olmaqda ittiham edir. Heç düşünmürdüm, bilmirdim ki, Rusiyada yaşayan azərbaycanlıların birləşməsi kimlərinsə, o cümlədən həmvətənlərimizin taleyinin belə «qeydinə» qalan Mübariz Əhmədoğlunun əsəb sisteminə təsir edir. Bu növbəti politoloji kəşfi cəsarətlə kiminsə "Facebook”da açdığı «Mübariz Əhmədoğlu, yaxud səfehlik ensiklopediyası» adlı səhifənin daxılına daxil etmək olar.
Söhbətin nədən getdiyindən xəbərdar olmayan oxuculara aydın olsun deyə "SalamNews”da dərc olunan açıqlamadan sitat gətirirəm: "Onun (yəni Mübariz Əhmədoğlunun) sözlərinə görə, S.Sadıqov Rusiyanın tanınmış azərbaycanlılarına müraciət edərək onları yeni mərkəz ətrafında birləşdirmək niyyətindədir. Güya bunu Rusiya hökuməti edir. Ancaq onun niyyəti həyata keçmədi: «Rəsmi Bakı vaxtında buna münasibət bildirdi və reaksiyasını Rusiya hökumətinə çatdırdı. Moskva bu prosesə aidiyyatının olmadığını bildirdi. Bundan əlavə, rusiyalı azərbaycanlılar Sadıqovdan üz döndərdi və yaxın vaxtlarda bu məsələ tamamilə öz həllini tapacaq. Rusiya Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparır və bu məsələdə Söyün Sadıqov kimilərinə ehtiyacı yoxdur”.
Kimsə mənim müraciətlərimi, yaxud bəyanatlarımı şərh etməyə cəhd edirsə, heç olmasa onları bir qədər diqqətlə oxusun, onda belə absurd bəyanatlar ortaya çıxmaz.
Mən həmişə azərbaycanlı politoloqların mövqeləri ilə maraqlanıram, diqqətlə Zərdüşt Əlizadənin, Rasim Musabəyovun, Eldar Namazovun, Fikrət Sadıqovun və digər ekspertlərin açıqlamalarını izləyirəm, hansılarınsa mövqeyi ilə razılaşıram, bəziləri ilə razılaşmıram, ancaq bu nomarldır. Ən əsası bütün bunlarda fikir plüralizmi var. Mübariz Əhmədoğlu, sizin mülahizələri oxuyandan sonra belə nəticəyə gəldim ki, özünüzü politoloq hesab etdiyinizə görə utanmalısınız.
Rəsmi Bakının reaksiyanı sizə hardan məlumdur? Yəqin «müstəqil» politoloq kimi məmurlar sizə hakimiyyətin rəsmi mövqeyini səsləndirməyi etibar edir. Sizinlə bağlı ümumiyyətlə məsələ aydındır, hər şeyi öz yerini tapdı. İndi mənə aydındır ki, nəyə görə siz cəmiyyətdə və ölkədəki bir çox neqativ tendensiyalar barədə fikir bildirmirsiniz, məsələn, parlamentdə deputat mandatlarının alınması ilə bağlı rusvayçı situasiyanı şərh etmədiniz. Sizə görünür, belə tapşırıq verməmişdilər və özünü politoloq adlandıran sizi belə problemlər yəqin narahat etmir.
Əvəzində siz Azərbaycan diasporasında baş verən bütün müsbət işlərin bədxahlarının, Azərbaycan vətəndaşı olmayan həmvətənlərimizi idarə etmək istəyənlərin, azərbaycanlıların Rusiyada yaşayan digər xalqlarla yaxınlaşmasından narazı qalanların maraqlarına xidmət edirsiniz.
Bəzi politoloqların Rusiyadan Azərbaycana təhlükənin olması ilə bağlı isteriyasından da yan keçə bilmirəm, onların Rusiya Azərbaycan Təşkilatları İttifaqının yarıdılmasını Kremlin və Putinin hiyləsi adlandırması da təsadüfi deyil. Görünür, Rusiya hökuməti və prezidentinin öz problemi azdı. Məsuliyyətlə bəyan edirəm ki, RATİ yalnız azərbaycanlılar tərəfindən və azərbaycanlılar üçün yaradılıb, təşkilatın fəaliyyəti ilk növbədə həmvətənlərimizin və tarixi vətənimizin rifahına yönəldiləcək. Biz, Rusiya vətəndaşları olan etnik azərbaycanlılar həm Rusiyada, həm də Azərbaycanda sülh və milli həmrəyliyin olmasında, ölkələrimizin çiçəklənməsində və iqtisadi cəhətdən inkişaf etməsində, ümubəşəri dəyərlərin hörmət edildiyi və dəyər verildiyi ölkə olmasında maraqlıyıq.
Təəccüblü deyil ki, «xidmətimizdə» Mübariz Əhmədoğlu kimi carçılar olduğundan biz cəlb edildiyimiz informasiya müharibəsində məğlub oluruq. Hər kəs amibisiyalırına görə etmək istədikləri ilə deyil, bacardığı işlə məşğul olmadır. Ona görə də gələcəkdə sizinlə polimikaya girməkdə heç bir məna görmürəm; birincisi, maraqlı deyil, ikincisi, səviyyənizə enmək istəmirəm.
Ona görə cənab Əhmədoğlu, siz və sizinlə manipulyasiya edənlər nəticə çıxarsın.
Söyün Sadıqov, AzərRos AFMK prezidenti, RF prezidenti yanında millətlərarası münasibətlər şurasının üzvü
|