ƏssalamunƏleykum, ey Adəm övladları!
Ay canınıza daraşım, vallah mən siz insanlara baxıram, təəcübümü gizlədə bilmirəm. Baxıb görürəm ki, siz Adəm övladları bir-birinizi bəyənmədən, milli, irqi, etnik bölücülük siyasəti ilə məşğulsunuz. Bu luzumsuz siyasətdə Azərbaycanda müxalifətin hakimiyyətlə həmfikir olması da göz önündədir.
Ermənilər isə, Azərbaycan torpaqlarını etap-etap işğal etməklə, qondarma "soyqırım" məsələsini beynəlxalq səviyyədə təsdiq etməkdədir (?)...
Azərbaycanda "təkəbbürçülük" prinsipi hər kəsin iliyinə işləmişdir. Hakimiyyətin və müxalifətin bir-birinə və bizi əhatə edən yaxın qönşulara münasibətdə bunu aydın görürük: Əhalisinin 40%-dən çoxu qonşu Rusiyada zülümlə çörək qazanmaqla Azərbaycanda yaşayan qohum-əqrəbalarını da dolandırırlar. Bunlar isə Okeanın o tayına meyl etməkdə, lakin orda da özlərini doğrulda bilməməkdədirlər.
Avropa Şurasında da bunların rüşvər, korrupsiya və saxtakarlıq üzərində hakimiyyəti idarə etmələri gün kimi aydın olduğundan, Azərbaycanın nümayəndə heyətinin nüfuzu sıfra bərabərdir. Lakin "telekanalizasiyalarımız" hakimiyyətin uğurlarından ağız dolusu danışmaqdadır.
Qonşu İrana gəlincə, bu ölkə ABŞ-la, İsrailin Fələstin müsəlmanlarını qətlə yetirdiyinə və digər mətəqələrdə işğalçılığına görə, düşmən münasibətdədir. Azərbaycan isə müsəlman ölkəsi olaraq, sözügedən ölkələrlə nəinki dostluq edir, hətta...
Belə olan halda, İranın Ermənistanla ticarət əlaqəsinin qurması heç də təəcüblü deyil. Azərbaycan hakimiyyəti bu günə kimi Xocalı soyqırımını MM-in müzakirəsinə çıxarıb, hüquqi qiymət verməmişdir. Bu səbəbdən, Ermənilər də deyirlər ki, Xocalı faciəsini, siz özünüz törətmisiniz.
İndi də gözləyirlər ki, ya Türkiyə, ya da ki, o taylı qardaşlarımız bizimlə birləşdikdən sonra bu məsələləri həll edəcəklər.
Ay canınıza daraşım, bunlar xam xəyaldır. Baxın, ölkədə analar dilənir, Sumqayıtda isə prezidentin ad günü münasibəti ilə 51-tonluq, 50 metrlik tort bişirilir....
Bu cür nə ölkə olmaz, nə də...