ƏSSALAMUN - ƏLEYKUM, EY ADƏM ÖVLADLARI!
Yenə vızıldasam da həmişəki kimi əhdimə-andıma sadiqəm, siz insanlar kimi hər an min bir cildə girib məddahlıq edən deyiləm.
Ay canınıza daraşım! Ötən gecə deputat xanım Qənirə Paşayevanın " səxavətli xeyriyyəçiliyi " ilə ilgili qısa xülasə anlatdım ki, bəzi dostlarımın ürəyincə olmadı...
- Necə niyə?
- Ona görə ki, Bazarbaycanın hər yerində yerlibazlıq-qohumbazlıq-millətçilik...və s. baş alıb gedir.
Uzun danışıb başınızı ağrıtmaq istəmirəm, xülasə:
- Adəmdən-Xatəmə eşitmişik ki, deputat - XALQIN VƏKİLİDİR, onun dərd-sərini oturduğu mötəbər qanunverici Ali məclisdə dilə gətirib, uyğun qanunlar qəbul etməkdə fəallıq etməlidir... Vəkili olduğu insanların hüquqlarını müdafiə edib, hətta ildə bir nəfər məhbusu sözsüz-danışıqsız, məhkəməsiz həbsdən azad etmək səlahiyyətindədir...
- Bazarbaycanda isə tam əksini görürük...
- Yəni şəkildə olduğu kimi...
- Deyirəm, deputat " sifarişlə xeyriyyəçilik etməməli, yola çınqıl daş tökməməli,...və s. Bütün bunlar üçün aidiyyəti təşkilatlar var....
- Deyirlər yox, Qənirə xanım obirisilərdən deyil, " kəndləri gəzir, şəhid valideynlərinə baş çəkir, Somaliyə və digər ölkələrdə ac qalanlara yardım edir...
Bizim Elmira xanım da çox vaxt "Xeyriyyəçiliyindən, səxavətli " olmasından danışır... Amma seçildiyi məntəqədə Ali təhsilli nümunəvi kənd müəllimi şanlı polislərimiz və yerli məmurlar tərəfindən şərlənərək 1 il - 6 ay həbs cəzasına məhkum ediləndə, nədənsə "səxavətli -Xeyriyyəçi" deputatımızdan səs - səmir çıxmadı. Şərlənərək həbs edilən Abbasov Asif müəllim təcridxanada nümunəvi əxlaqına görə vaxtından əvvəl azad edildi...
- Gülərqeyddən danışmağa isə lüzum bilmirəm, çünki onun "mandat alveri " bütün dünyaya səs saldı.
Bir sözlə, mənim deməyim budur:
- "QADININ ağlı olsaydı, Allah-Təala 124 min peyqəmbərdən birini qadın göndərərdi", "Qadının canı çıxıb mətbəxində ərinə yemək bişirsin, Vətənə layiqli övlad tərbiyyə etsin" - kimi fikirlərdən vaz keçsəm də, belə qadın-deputatlarla təmsil olunmanı da heç cürə özümə sığışdıra biməm". Amma Sizi bilmirəm...
(Doğru demirəmsə, nəsibim "DİXLOFOS " olsun)
DİTDİLİ