Главная » 2011»Декабрь»27 » Siyahımızdaki üç nəfəri buraxmaları məni heyrətə gətirdi.
14:56
Siyahımızdaki üç nəfəri buraxmaları məni heyrətə gətirdi.
"Siyasi məhbuslar Azərbaycan reallığı üçün çoxdan adi hal alıb”. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dekabrın 27-də Media forum” saytına açıqlamasında belə deyib.
Hüquq müdafiəçisi bildirib ki, prezidentin 26 dekabr sərəncamı ilə Sülh və Demokratiya İnstitutunun siyasi məhbus saydığı şəxslərdən yalnız Cabbar Savalanlı, Nizami Şahmuradov və Mehman Məmmədov azadlığa buraxılıb: "Açığı, bu adamların da azadlığa buraxılmasını gözləmirdim. İnanmırdım ki, siyasi məhbuslardan kimisə azad edəcəklər. Siyahımızdaki üç nəfəri buraxmaları məni heyrətə gətirdi.
Hər ilin axırında jurnalistlər, qeyri-hökümət təşkilatları əfv gözləyir və xeyli siyasi dustağın azad olunacağını bildirirlər. Ancaq hər dəfə siyasi dustaqlardan ən çoxu dörd nəfər azad olunur. Hamı qırx-əlli nəfərin azad olunacağını gözləyir. Lakin bu heç vaxt real deyil. Azərbaycanda bu qədər adamı eyni vaxtda yalnız azadlıqdan məhrum edə bilərlər”.