Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2015 » Январь » 27 » “SINDIRILMIŞ ADAM” - Sənin reketçiliyin birdirmi, ondurmu?!
10:46
“SINDIRILMIŞ ADAM” - Sənin reketçiliyin birdirmi, ondurmu?!

Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli ilə keçmiş daxili işlər naziri İsgəndər Həmidov arasında qarşılıqlı ittihamlar barəsində məlumat vermişdik (Bax: “Baş prokurorun keçmiş müavini İsgəndər Həmidovu reket adlandırıb” adlı məqaləyə). M.Mütəllimli “Yad qardaşlar” adlı məqaləsində politoloq Zərdüşt Əlizadənin AXC hakimiyyəti zamanında təzyiqlərə məruz qalmasını xatırladıb və İsgəndər Həmidovu o dövrdə reketçilik etməkdə suçlamış, İ.Həmidov isə öz növbəsində M.Mütəllimliyə qarşı ittihamlar irəli sürmüşdü.
M.Mütəllimli İ.Həmidovun ittihamlarına böyük bir məqalə ilə cavab verib. Partiya sədri “Sındırılmış adam” adlı cavab yazısını olduğu kimi təqdim edirik.


İsgəndər Həmidov, deyirsən ki, mən Baş prokurorun birinci müavini olarkən, sənin jurnalist Zərdüşt Əlizadəyə qarşı qanunsuz hərəkətinə görə tədbir görməmişəmsə, cinayət etmişəm. Guya onunla söhbətə tək getmisən və məhkəmədə də əl verib ayrılmısınız.
Birincisi, sən tək getməmiş, qoçularınla ona hücum edərək, təhqir etmiş, maşının “bağaj”ına basmışdınız.
İkincisi, yaddaşın o qədər itib ki, törətdiyin əməllərin tarixini belə unudursan. Mən, 1992-ci ildə, cəmi 4 ay vəzifədə olmuşam, sən isə bu xuliqanlığı 1993-cü ilin aprel ayında törətmisən. Üçüncüsü, əgər sən 9 il zindan həyatı yaşayıb, növbəti məhkəmədə Z.Əlizadədən bağışlanmağını xahiş edibsənsə, onun sənə yazığı gəlib və şikayətçi olmayıbsa, bu onun alicənablığıdır, səni bağışlaması deyil. Sən özün səni maşın ”baqaj”ına basanı bağışlayarsanmı?
Özün də yaxşı bilirsən ki, bu sənin nazir kimi fəaliyyətində birinci reketçiliyin, xuliqanlığın deyildi.

Prezidentin fərmanı olmadan 370 məhbusu məhbəsdən açıb buraxmağın;
“Subtropik əməliyyatı” adı ilə Astara rayonunda günahsız bir ailəni, o cümlədən azyaşlı uşağı və iranlı qonağı məhv etməyin;
Cənub regionunda imkanlı adamların siyahısını tutdurub, arvadlarının boyunbağısına, sırğasına qədər zorla aldırmağın;
Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-yə hücum çəkməyin, canlı yayıma müdaxilə etməyin, verilişdə iştirak edənləri təhqir etməyin;
Rəhbərlik etdiyin DİN-nin kollegiyasında da xuliqanlıq edərək nazirlik əməkdaşına butulka atmağın;
Kənd Təsərrüfatı Nazirliyinin ünvanına göndərilmiş 260 “Jiquli” markalı avtomaşınları qamarlayıb, kefin istəyən adamlara paylamağın;
2 dəfə qoçularını prokurorluğa, mənim üstümə göndərməyin saysız hesabsız özbaşınalıqlarının cüzi bir hissəsi deyilmi?

Kim təsadüfi adam oldu?

İ.Həmidov, deyirsən ki, mən o vəzifəyə “təsadüfən sahiblənmiş, yerində olmayan adam idim. Qısa zamanda sübut olundu ki, M.Mütəllimli o vəzifəyə uyğun gəlməyən adamdır.” Çoxları kimi sən də yaxşı bilirdin ki, mən o vəzifəyə göydən gəlməmişdim, milli-azadlıq hərəkatında hüquqşünas kimi xidmətlərimi, deputatlıq fəaliyyətimi nəzərə alan prezident məndən xəbərsiz belə bir qərar vermişdi. Mən Baş prokurorun birinci müavini təyin olunandan sonra, çox keçmədi ki, yüksək çinli komanda üzvlərindən müxtəlif təzyiqlər oldu, Ağ Binada – prezident aparatında oturan bəzi vəzifəli şəxslər öz istədikləri, lakin, layiq olmayan insanları prokuror təyin etdirməyə çalışırdılar. Mən isə birinci müvin kimi, qısa bir müddət Baş prokuroru əvəz edən şəxs kimi, buna razılıq vermirdim və bu da özünü çox gözlətmədi. Yeni Baş prokuror gələn kimi, himayədarlarının xeyir-duası ilə heç bir səbəb göstərilmədən vəzifədən uzaqlaşdırıldım. Bu, mənim vəzifədən çıxarılmağımın əsas səbəblərindən biri idi. Bundan başqa, siz və sizin kimi “qanun mənəm” deyənlər məni həm də ona görə həzm edə bilmirdiniz ki, prezident seçkilərində cəmi iki rayonda – mənim təhkim edildiyim Astara rayonunda, bir də Migəçevir rayonunda prezidentliyə namizəd Əbülfəz Elçibəy qalib gələ bilməmişdi. Bununla belə, sonradan cılız hisslərdən uzaq olan prezident özü də mənə qarşı edilən haqsızlığı etiraf etmişdi. Canlı şahidlər vardır ki, mərhum Əbülfəz Elçibəy dəfələrlə bir neçə nəfərlə söhbətlər zamanı bildirmişdir ki, “Biz o vaxt Mətləb bəyə qarşı böyük ədalətsizlik etmişik.”

Sən həbs edilməli idin!

Prokurorluq sistemində çox az – cəmi dörd ay işləməyimə baxmayaraq, sənin özbaşınalıqlarına göz yummamış, vəzifə səlahiyyətlərini aşdığına görə haqqında ölçü götürülməsi üçün ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişdim. Azərbaycan Respublikasının Xalq deputatı, Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri R.Ağayevi qanunsuz saxladığına görə səninlə mübahisəmiz olmuş, sən üstümə silahlı qoçu dəstəsi göndərmiş, mən isə prezidentə müraciət edərək sənin haqqında ölçü götürülməsinin vacib olduğunu bildirmişdim. Səlahiyyət həddini aşaraq, prezidentin fərmanı olmadan 370 məhbusu cəzaçəkmə yerindən azad etdiyinə görə 1992-ci ilin sentyabr ayında da səninlə kəskin mübahisəmiz olmuş, yenə məni həbs etmək üçün silahlı banda göndərmişdin. Mən də növbəti dəfə prezidentə, eləcə də Milli Məclisə müraciət edərək deputat və nazir olduğuna görə sənin haqqında cinayət işi başlanmasına, həbs edilməyinə razılıq vermələrini tələb etmişdim.

Biz hakim deyildik!

İ.Həmidov, deyirsən ki, mən 4 iyun qiyamı ilə bağlı yaradılmış deputat-istintaq komissiyasının sədri kimi, Ə.Elçibəy hakimiyyətinin zərərinə iş aparırdım və Əbülfəz bəyi, İsa bəyi, səni mühakimə edən adamlardan biri idim.
Birincisi, deputat-istintaq komissiyası heç kimi mühakimə etmirdi, sadəcə baş vermiş hadisəni olduğu kimi deputatlara çatdırmağa, hadisəyə siyasi qiymət verilməsinə çalışırdı.
İkincisi, əlbəttə, çoxları istəyirdi ki, təhqiqat onların xeyrinə aparılsın, biz isə araşdırmanın obyektiv aparılmasına çalışırdıq. İstisna deyil ki, bu təhqiqatda bizim də müəyyən nöqsanlarımız, səhvlərimiz olsun, amma bu heç vaxt bilərəkdən, düşünülmüş səhv ola bilməzdi. Bir də hamı bilirdi ki, bizdən əvvəl Gəncə şəhərinə getmiş komissiya 61 nəfərin öldürüldüyünü elan etsə də, bizim komissiya sənədlər əsasında öldürülənlərin 61 nəfər yox, 23 nəfər olduğunu göstərirdi. Komissiya üzvlərinin tərəfsiz olduğunu sübut edən onlarla faktlar vardır ki, bu da sizin fikirlərinizin yanlış olduğunu göstərir.

Sən kimsən ki?

İ.Həmidov,deyirsən ki, “Mətləb Mütəllimli deputat mandatı payı almaq istəyir. Azərbaycanda bir sıra adamların çörəyi İsgəndər Həmidovu, İsa Qənbəri şərləməkddən çıxır…” Yaşının bu çağında yazının bu bəndini oxumaq sənə daha ağır olacaq İ.Həmidov, amma mən demək istəməsəm də, sən bunu deməyi özün xahiş edirsən. Bəlkə də bu yazı hansısa mənada sifarişdir, amma sənin özünün sifarişindir. Keçən yazıda sənin reket əməlin haqqında bir fakt ötəri qeyd edilmişdisə, bu sənə azlıq etdi, gerisini deməyi xahiş etdin. Əslində hakimiyyətdə olmayan, müxalif yönlü insanların bir-biri ilə çəkişməsi, didişməsi, bir-birini ittiham etməsi ürəkaçan mənzərə deyildir, bir növ, iqtidarı sevindirməkdir. Amma Allah şahiddir ki, mən bunları heç vaxt danışmazdım, sən danışmağa məcbur etdin. Buna görə də, səndən başqa hamıdan, xüsusən də, həqiqi müxalifət nümayəndələrindən üzr istəyirəm.
İndi hakimiyyət üçün sən kimsən ki, o, səni söydürmək istəsin? Heç kim, sındırılmış sıradan birisi!
Bir də sən heç özünə sual verirmisən ki, bu hakimiyyətin indi səni şərləmək nəyinə lazımdır? Sən, 9 il zindanda əzab verildikdən sonra heykəlin qabağında baş əydirilməklə (bu ifadə el dilində daha pis səslənir) dizə vurulub sındırıldın və bununla da məsələn bitdi. Sən özün haqqında həmişə mif yaratmağı xoşlamısan və guya, sən çox ədalətlisən, qorxmazsan, nə bilim, sabiq SSRİ daxili işlər naziri Bakatinə əl verməmisən, ”uçaskovı”, ”oboxeis” işləyəndə heç vaxt rüşvət almamısan və sair və ilaxır.. Çoxları bilməsə də, sən özün yaxşı bilirsən ki, indiki hakimiyyət kimi, sən də vaxtilə nə qədər insanın haqqını tapdalamış, mülkünü əlindən alıb ürəyini partlatmısan, bəlkə istəyirsən onların adların sənə xatırladım? Sənin haqqında yaranan mif çoxdan sabun köpüyü kimi partlamışdır və Bakatin məsələsi də, rüşvət almamaq nağılı da hamısı boş söhbətlərdir. Səninlə çiyin-çiyinə uzun müddət yol gedən, dost olmuş birinin sənin haqqında “O, sahə müvəkkili olanda “simişqa” satandan da pul alırdı” deməsi də çox şeydən xəbər vermirmi? Səni tanıyanlar yaxşı bilirlər ki, sən vəzifəyə keçəndən sonra gözün ayağının altını görmürdü, vəzifənə, general paqonuna, Cəbhə hakimiyyətinin adına yaraşmayan özbaşınalıqlara, xuliqanlıqlara yol verirdin. Bir çox hallarda sən özünü idarə edə, ağzının danışığını bilməyən birisən və bu xüsusiyyətlərin də vaxtilə Xalq Cəbhəsi hakimiyyətinin nüfuzuna böyük zərbələr vururdu. İndi səlahiyyətlərin əlindən alınandan sonra niyə o dəlilikləri etmirsən, butulka atmırsan, jurnalistləri “bağaj”a soxmursan, televiziyaya hücum etmirsən, hakimiyyətin öz xalqına qarşı sərgilədiyi ədalətsizliklərə qarşı mübarizə aparmırsan? Sən indi bu rejimə qarşı mübarizə aparmaq əvəzinə, başqalarının ünvanına tərbiyəsiz, qanacaqsız, mərifətsiz ifadələr işlədirsən. Bir də bilirsən ki, Cəbhə dövründən fərqli olaraq, indi törədəcəyin xuliqanlıq əməlləri, ərköyünlük cavabsız qalmayacaq, məhz ona görə də “siyasətdən getmisən.”

Mən isə yenə əvvəlki adamam: deputat olanda da, prokurorluqda qısa müddətdə işləyəndə də, indi də mövqeyimi dəyişməmişəm, haqq-ədalət, millətin xoş gələcəyi, günahsız zindanlara atılmış cəsur oğul və qızlarımızın azadlığı uğrunda bacardığım qədər mübarizə aparır, represiyaların baş alıb getdiyi bir vaxtda siyasi məhbusların siyahısına imzamı atır, heç kimdən çəkinmədən sözümü deyirəm. O ki qaldı mənim mandat payı almaq istəyimə, burda da çox böyük səhvə yol verirsən. Millətinin dərisini soyan, sərvətlərini talayan, sayma-seçmə oğullarını, qızlarını şərləyərək zindanlara dolduranlara şəxsi mənafeyinə görə xidmət etməkdən də böyük şərəfsizlik olarmı? Mənim nə indiki dünya görüşüm, nə yaşım, nə də bu hakimiyyətə qarşı barışmaz mövqeyim imkan verməz ki, onunla mandat alverinə çıxım.

Halalla haramı çoxdan qarışdırıbsan!

İ.Həmidov, deyirsən ki, “torpaq sahələri, obyektləri var, camaatın məhkəmədə dükanlarını əlindən almışdı. İndi ola bilsin həmin mülkləri saxlamaq istəyir.” Özün hacı olsan da, növbəti dəfə imanını bada verirsən.
Birincisi, mənim heç vaxt gəlir gətirən ticarət obyektim olmayıb və indi də yoxdur.
İkincisi, mənim evim-mülküm, maşınım, sənin sərvətlərinin heç bir faizi də ola bilməz.

O ki qaldı məhkəmə məsələsinə, bunda da şər-böhtan atırsan, bilmədiyin şey haqqında danışırsan. Həqiqət isə ondan ibarətdir ki, partiyaya icarəyə verilmiş qərargah yeri 11 il bundan əvvəl -2003-cü ildə bir ”türemşik”ə, pullu adama satılmış, bizim məhkəmələrə müraciətlərimiz isə heç bir nəticə verməmişdir.

Son əvəzi

Sənin digər reket əməllərin haqqında daha danışmaq istəmirəm, amma, bir əməlinin günahını yadına salmağı vacib hesab edirəm. Eşitdiyimə görə, indi sən özünü hacı hesab edirsən. Əgər bu doğrudan da belədirsə, onda nazir olan kimi reket yolu ilə Mərkəzi Komitənin tikdirdiyi, Nazirlər Kabinetinin yaxınlığında, dənizə panoraması olan yerdə yerləşən binada zəbt etdiyin və indi də yaşadığın mənzilin sahibini tap, ondan halallıq al. Əks halda orda qıldığın namazın Allahın dərgahında heç vaxt qəbul olunmayacaq…

Mətləb MÜTƏLLİMLİ
24 yanvar 2015-ci il

 

Просмотров: 11444 | Добавил: admin | Теги: Mütəllimli Həmidov | Рейтинг: 10.0/50
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus