Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2017 » Июнь » 15 » ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT?
12:17
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT?

Bu yaxınlarda Azərbaycan Respublikası Hökumətinin Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” üzrə 11 yanvar 2017-ci il tarixli Dördüncü Dövri Məruzəsi ilə tanış oldum. Məruzəni oxuduqca həm heyrətlənir, həm də bu cür gözəl qanunları olan bir məmləkəti tapıb, orada yaşamaq arzusuna düşürdüm.

Məruzənin hər paraqrafına, hər abzasına səhifələrlə açıqlama yazmaq olar, amma mən bəzi seçmələrin üzərində durmaqla kifayətlənəcəm, beləliklə həmin məruzənin giriş hissəsində oxuyuruq: “Konstitusiyanın 44-cü ("Milli mənsubiyyət hüququ") və 45-ci ("Ana dilindən istifadə hüququ") maddələrində milli azlıqların müdafiəsinin təmin edilməsində ən zəruri prinsiplərdən olan milli mənsubiyyət və dil hüququ təsbit edilmişdir”. Əgər söhbət Azərbaycandan gedirsə, Konstitusiyanın 44-cü ("Milli mənsubiyyət hüququ") və 45-ci ("Ana dilindən istifadə hüququ") maddələri burada keçərli deyil, çünki Azərbaycanda heç bir talış deyə bilməz ki, hansısa dövlət qurumunda onun milli mənsubiyyətinin “talış” yazılmasına etiraz edilməyərək, “azərbaycanlı”laşdırılmayıb, ana dilindən istifadə hüququndan isə heç danışmağa dəyməz, şəxsən mən 2015-ci ilin 22 yanvarında Səbayel məhkəməsində bu hüququmdan istifadə etmək istəsəmdə, bu hüquq mənə tanınmadı. Deməli həmin məruzənin bu paraqrafında təsvir edilən ölkə Azərbaycan deyil, Azərbaycan hakimiyyəti bu boyda yalana imza atmaz.

Daha sonra həmin giriş hissəsində oxuyuruq: “Hal–hazırda bakalavr pilləsində “Multikulturalizmə giriş” və magistr pilləsində “Azərbaycan Multikulturalizmi” fənnləri ölkədaxili 28 universitetdə tədris olunur”. Xub, çox gözəl, bəs hansı universitetdə “Talışşünaslıq” kafedrasını açıb, “Talış dili” fənnini tədris edirsiniz, bəlkə yazasız, biz də bilək? Axı “Azərbaycan Multikulturalizmi” fənnlərinin bir qayəsi də respublikada yaşayan xalqların dilinin tədrisinin akademik səviyyədə təşkil edilməsi olmalıdır, bu yoxdursa “Azərbaycan Multikulturalizmi” fənnlərində tələbələrə nədən danışırsız?  

Həmin uzun-uzadı yazılmış məruzənin II hissəsində Konvensiyanın 5-ci maddəsinə dair bəndində yazılır: “2. BBMM (Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, izah bizimdir ) və “Kultura plyus” İnternet televiziyası Azərbaycanda yaşayan milli azlıqlar (avar, saxur, xınalıq, udi, və ləzgi) üçün video formatda ana dili dərsləri təşkil etmişdir”. (Azərbaycan dilinin orfoqrafiyasına görə “və” bağlayıcısından əvvəl “vergül” işarəsi qoyula bilməz, “udi” sözündən sonra “vergül” işarəsinin qoyulması onu sübut edir ki, udi dilindən sonra hansısa xalqın adı çəkilib, sonra bu ad məruzədən silinib) Gördüyünüz kimi həmin internet tv-də də talışlar, tatlar və kürdlər üçün “Ana Dili” dərsi təşkil edilməmişdir. Belə olan təqdirdə o “kultura+” internet tv kanalının missiyası natamam olduğunu bilə-bilə hansı multikultural dəyərlərdən danışırsınız? Maraqlısı isə odur ki, Nizamnaməsində Azərbaycanda yaşayan bütün xalqların dillərində veriliş verilməsi qeyd edilmiş İctimai televiziyadan, daha doğrusu həmin TV-nin öz Nizamnaməsinin əleyhinə olaraq Azərbaycanda yaşayan yerli xalqların dillərində verilişlərin verilməməsindən bir kəlmə də olsun belə danışılmır.  

Həmin məruzədə konvensiyanın 7-ci maddəsini tövsif edərkən Talış Mədəniyyət Mərkəzinin də adı keçir, hansının ki, nə ofisi var, nə də ki, dövlət tərəfindən maliyyələşmir. Üstəlik Talış Mədəniyyət Mərkəzinin qanuni fəaliyyətinə dövlət orqanları hər cürə əngəl yaradırlar. Elə Talış Mədəniyyət Mərkəzinin üzvlərinə qarşı aparılan və heç bir hüquqi əsasa söykənməyən son “istintaq tədbirləri”, o cümlədən Talış Mədəniyyət Mərkəzi sədrinin respublikadan çıxışına heç bir səbəb göstərilmədən qadağanın qoyulması da hakimiyyətin Talış Mədəniyyət Mərkəzinə olan “sevgisinin” bariz nümunəsidir. Bu əngəllərlə yanaşı dövlət tədbirlərində mənim Talış Mədəniyyət Mərkəzinin sədri kimi tənqidi çıxışlarımın qarşısını almaq və dövlət tədbirlərində özlərinə sərf edən yalançı tərifləri eşitmək üçün multikulturalizm məsələləri üzrə dövlət müşavirinin birbaşa göstərişi ilə “alternativ” Talış Mədəniyyət Mərkəzi yaradılaraq, professor İmanverdi Həmidov həmin quruma rəhbər təyin edilmişdir ki, bundan sonra mənim Talış Mədəniyyət Mərkəzinin sədri kimi dövlət tədbirlərində iştirakıma son qoyulmuşdur.  

Daha sonra oxuyuruq: “Hazırda Azərbaycan Respublikası DQİDK-də qeydiyyatdan keçmiş yəhudi dini icmaları bunlardır:

- Avropa Yəhudilərinin Bakı dini icması
- Bakı şəhəri Dağ Yəhudiləri dini icması
- Gürcü Yəhudilərinin Bakı dini icması
- Sumqayıt Yəhudiləri dini icması
- Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması
- Azərbaycan Yəhudiləri dini icması
- Oğuz şəhəri Yəhudi dini icması
- Bakı şəhəri “Yerusəlimin işığı” yəhudi dini icması
- Gəncə Yəhudiləri dini icması

1994-ci ildə Bakıda 46 saylı məktəbin nəzdində olan yəhudi sinifləri açılmışdır. Məktəbdə 100-ə yaxın yəhudi sagird təhsil alır. Onlara Hibri dili ilə yanaşı təhsil nazirliyinin nəzərdə tutduğu bütün fənlər tədris olunur”.
Azərbaycanda qardaş xalq olan yəhudilərin bu qədər icmasının olması çox gözəl göstəricidir, amma nəzərə alsaq ki, Azərbaycanda yəhudi qardaşlarımızın sayı biz talışlardan azı 50 dəfə azdırsa, onda Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə “Talış Mərkəzlərinin” niyə yaradılmaması sualı bir yana qalsın, həmin şəhərlərin məktəblərində “Talış Dili”nin niyə tədris olunmaması sualı da meydana çıxır ki, bu sualın da yalnız bircə cavabı var: Azərbaycan hakimiyyəti talışların özünüifadəsində maraqlı deyil və talış dilinə hərtərəfli basqılar etməklə, talışların “könüllü assimilyasiyası” siyasətini aparır. 
Məruzədə daha bir maraqlı məqam var. Respublikada Talış dilində çıxan mətbu orqanlara aid “yarımcümlədə” “Tolışi Sədo”, “Tolışon Sədo” qəzetlərinin və “Söz” jurnalının adı keçir. “Söz” jurnalı 20 ilə yaxın bir müddətdir ki, dərc edilmir, yəni dərci dayanmış bir jurnalın adını bu məruzəyə salmaqla kimləri aldatmaq istəyirsiniz? İkincisi, məruzədə nədənsə “Tolışi Sədo” qəzetinin 2011-ci ilin may ayınadək müddətdə fasilələrlə dərc edilməsindən, həmin vaxtdan dərcini saxlamasından da danışılmır, üstəlik məruzədə bu multikultural və tolerant hakimiyyətin sifarişi ilə həmin qəzetin baş redaktoru, linqvist-alim Novruzəli Məmmədovu saxta ittihamlarla - “vətənə xəyanət” maddəsi ilə 2006-cı ildə həbs edilməsindən, 2009-cu ildə isə zindanda öldürülməsindən nədənsə bəhs olunmur. Həmin qəzetin ikinci baş redaktoru Hilal Məmmədovun da 2012-ci ildə eyni ittihamlarla həbsi barədə də nədənsə danışılmır. Bu məruzədə adı keçən üç mətbu orqandan yalnız biri – “Tolışon Sədo” qəzeti mənim şəxsi inadım hesabına dərc edilir ki, bu qəzet də hər hansı bir dövlət dəstəyindən məhrumdur, baxmayaraq ki, Azərbaycan hakimiyyəti özünə yaxın mətbu orqanlara ildə iki dəfə küllü miqdarda maddi dəstək verir. Üstəlik qəzetimizin maddi dəstək üçün etdiyi müraciətlərə rəsmən heç bir cavab verilməsə də, şifahi olaraq “talışlar özləri bu qəzetə niyə maliyyə dəstəyi vermirlər” kimi mücərrəd cavablar verilir.  

Məruzədə yer alan bir məlumatı nə yalan adlandırmaq olmur, nə də ki, onu təsdiq etmək mümkündür. Məruzədə qeyd edilir ki, Azərbaycanda yaşayan xalqların dilində dövlət hesabına radio verilişlər yayımlanır. Bu cümləni yalan saymaq olmaz, çünki həqiqətən də “Azərbaycan Dövlət Radiosu” nəzdində Talış Dili radiosu fəaliyyət göstərir və həftədə iki dəfə, hər dəfə 15 dəqiqə olmaqla bu radio efirə buraxılır. Amma yuxarıda qeyd etdiyim kimi bu radionun fəaliyyətini təsdiq də edə bilmirik. Çünki bu radio xarici dövlətlərə retransliyasiya edilir və bu radioya Azərbaycan Respublikasının ərazisində qulaq asmaq qeyri-mümkündür, əgər Azərbaycanın talış kökənli vətəndaşı bu radioya qulaq asa bilmirsə, onda zəruri sual yaranır: bu radionun missiyası nədir?  

Həmin məruzə ətrafında qısa mükalimələrim bu qədər, ümüdvar olmaq istərdim ki, Azərbaycan Respublikası V dövri məruzəsinədək yuxarıda sadaladağım yanlışlıqları aradan qaldıracaq.
 

Rafiq Cəlilov
Respublika Talış Mədəniyyət Mərkəzinin sədri
“Tolışon Sədo” qəzetinin təsisşisi və baş redaktoru

“Tolışon Sədo” qəzeti N:5(98) 10 iyun 2017

 

Просмотров: 4924 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus