Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2020 » Февраль » 8 » ŞİMON!
23:55
ŞİMON!

Hilal Məmmədov

(Əfsanəvi sərkərdə Həzi Aslanov (1910-1945) və fədakar məsləkdaşımız Dövlət Qəhrəmanovun (1938-2010) əziz xatirələrinə)

22 yanvar 1910-cu ildə Lənkəranın Gərmətük (Gamətük) kəndində doğulmuş əfsanəvi qəhrəman Həzi Əhəd oğlu Aslanov barədə çox yazılmış, çox deyilmişdir... Lakin xeyli təəssüf ki, onun  doğulduğu kəndi,  milli-etnik mənşəyi, müəmmalı ölümü və i.a. məqamlar barədə  məlumatlar bir çox hallarda  ya saxtalaşdırılmış  ya da ki reallıqları tam əks etdirməmişdir...

Bununla belə, Həzi Aslanovun görkəmli tədqiqatçısı,  “Həzi Aslanov” adlı  ensiklopedik (foto-albomlu) əsərin müəllifi,  əslən Naxçıvanın Şahbuz rayonundan olan  polkovnik Abdulla Qurbaninin bir vaxtlar bizə və bir çox digərlərinə etiraf etdiyi kimi,-  “onun (H.Aslanovun.,H.M.) bizə məlum nəsil şəcərəsinin tamamən talış soylu olduğuna  heç bir şübhəmiz  qalmadı...”.   

Aşağıdakı yazımızda 10 il öncə   “Tolışi Sədo” qəzetində (№3(111), fevral 2010) və bir çox sosial şəbəkələrdə rus dilində  paylaşdığımız «Ази Асланов- Генерал Шимон (Генерал Вперед)»      

(http://www.talish.org/news/azi_aslanov_general_shimon_general_vpered/2020-01-23-2211; https://www.facebook.com/TalyshLibrary/posts/1033391310010715 və i.a.)

adlı məqaləmizdə Həzi Aslanovla  bağlı əks olunmuş xeyli maraqlı, lakin bu və ya digər səbəblərdən gizlədilmiş və ya saxtalaşdırılmış bəzi məqamları daha geniş şəkildə Azərbaycan dilində şərh etməyi qərara aldıq...

1. Həzi Aslanovun müəmmalı ölümünün (24 yanvar., 1945) pərdəarxası məqamları...

Məlum olduğu kimi, Həzi Aslanov ilk gənclik illərindən (14-15 yaşlarından) –İİ Dünya Savaşınına qədər Zaqafqaziya, Rusiya, Belarusiya və Ukraynanın bir çox hərbi məktəblərində təhsil almış və  hərbi xidmətlərdə olmuşdur... O, həmin illərdəki məzuniyyətlərində min bir sevinclə doğma kəndini və ilk təhsil aldığı Lənkəran şəhərini  ziyarət   etməkdən də doymazdı... H.Aslanov bu  ziyarətlərində doğmaları ilə yanaşı, əslən Lerikin Rəzqov kəndindən olan  qohumu, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, 1930-36-cı illərdə Lənkəran Qəza Partiya Komitəsinin katibi və həm də Qəzanın  “Sıə Tolış” (“Qızıl Talış”) adlı mətbu orqanının təsisçisi və ilk baş redaktoru olmuş  Böyükağa Mirsalayevlə və digər tanınmış Talış ziyalıları ilə də görüşməyi unutmurdu...

O vaxtlar Talışın bütün məktəblərində, o cümlədən Lənkəranda dərslər türk (Azərbaycan) dili ilə yanaşı, həm də ana dillərində -  talışca keçirilirdi... Məhz Həzi Aslanovun milli-etnik şüurunun təkmilləşməsində həmin millətsevər ziyalıların və  şəxsən də Böyükağa Mirsalayevin az rolu da olmamışdır…

Lakin  əsasən 1936-cı ilin  noyabr-dekabr aylarından başlanmış və cəmi SSRİ ərazisini əhatə etmiş o dəhşətli repressiya faciələri  Talışdan da yan ötmədi...  Bir çox tanınmış şəxsiyyətlərin, o cümlədən Həzi Aslanovun  qohumları və kəndçilərinin, Böyükağa Mirsalayevin, talış dərsliklərinin əsas müəlliflərindən olan  Müzəffər Nəsirlinin, 1938-də isə Zülfüqar Əhmədzadənin  və digər yüzlərlə və minlərlə soydaşlarının  “əksinqilabçı” ya ”separatçı” adlarıyla şərlənərək  kütləvi həbsləri və ölumə məhkum olunmaları  Həzi Aslanovu da mənən sarsıtmaya bilməzdi...Bəlkəm də Azərbaycandan kənarda hərbi xidmətdə olmasaydı, o da  həmin illərin repressiyasından qurtula bilməyəcəkdi, axı, həbs edilən qohum-əqrabaları, dost və tanışlarının “cinayət işlərində” onun da adının hallanmasına zərrə qədər şəkk-şübhə yox idi… 

Amma Mir Cəfər Bağırovun H.Aslanova qarşı kin-küdurəti çətin ki soyumuş və onu unutmuşdu... Bir çox tədqiqatçıların fikrincə, o, məhz ölümündən 4 gün öncə, 20 yanvar 1945-ci ildə 1-ci Pribaltika Cəbhəsindəki döyüşlərdə yaralandıqdan sonra  3 günlük arxa cəbhədəki Baş Qərargaha göndərilmiş və orada ona bildirilmişdir ki,  “Kreml onu Bakıya,  mühüm rəhbərlik postuna  (çox güman ki Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri kimi) Bakıya qaytarmaq qərarına gəlmişdir”. Lakin H.Aslanov müəmmalı şəkildə  İ Pribaltika Cəbhəsinin baş komandanı general Baqramyanın tələbi  ilə geri qaytarılır və 24 yanvarda  təsadüfən (?) minalanmış sahəyə düşərək ağır yaralanır. Digər ən anlaşılmaz səhnələrdən biri isə  budur ki, o, xəstəxanada lazımi müalicə aldıqdan sonra onu müalicə etmiş əsas həkimi (mayor Q.R.Beqişvili) ondan uzaqlaşdırılır və bir qrup digər həkimlərin müşaiyəti ilə hərbi təyyarə ilə Litvadan  Moskvaya  yola hazırlaşdırılır, lakin qəfildən halı pisləşır və  vəfat edir (bu barədə bax., məs.:  https://www.sb.by/articles/general-vpered.html., http://talish.narod.ru/pressa/vestnik6/v601.htm)

Bir vaxtlar bizim də apardığımız bəzi tədqiqatlara əsasən (bax., məs. ”Tolışi Sədo” qəzeti.,№2(110), yanvar 2010)        güman etmək olar ki, Həzi Aslanovun həm o “təsadüfi mina sahəsinə düşməsi”, həm də “müalicədən sonra həkimlərin dəyişdirilməsi və Moskvaya yola salınarkən qəfil ölümü” heç də təsadüfi hallar olmayıb, çox güman ki, Mir Cəfər Bağırovun göstərişi və Baqramyanın əli ilə təşkil olunmuş sui-qəsd idi... Belə ki o vaxtlar əli hər yerə, o cümlədən Stalinin kabinetinəcən yetişən M.Bağırov  çətin ki H.Aslanova qarşı 30-cu illərdəki  qərəzini unutmuş və həm də  sabah onun yerini tuta biləcəyini  rahatlıqla  qəbul edə biləcəkdi...

2.Həzi Aslanovu öz doğma-ana dilinə bağlayan sehirli “ŞİMON!” kəlməsi (və ya: General Şimon)

Əfsanəvi sərkərdəmiz Həzi Aslanovun 2-ci Dünya Savaşındakı hər növbəti döyüş əməliyyatında, tankına ya xidməti maşınına oturarkən, qarşıdakı qələbəsinə tam inamla işlətdiyi  “Şimon!” (“İrəli!” mənada)   sehirli kəlamı barədə biz hələm keçən əsrin 80-cı illərin sonlarında bir çoxlarından eşitmişdik…

Şübhəsiz ki, ruslar və başqa millətin nümayəndələri “Şimon”nun  əsas mənasını anlamasalar da  güman edirdilər ki Generalı qələbəyə ruhlandıran bu sehirli söz rusca «ВПЕРЕД!»  deməkdir...  

Yeri gəlmişkən, «Генерал Вперед!» fəxri titulları hələm Rus İmperiyası dövründə əfsanəvi generallar A.V.Suvorov (1730-1800) və  general İ.V Qurko (1828-1901), 2-ci Dünya Savaşında general D.D.Lelyuşenko, marşal İ.Konev, marşal R.Malinovskiy və bir neçə digərlərinə  şamil edilmişdir ki, onlardan biri də məhz bizim 35 yaşlı general soydaşımız Həzi Aslanov olmuşdur... Bu titulun mənası isə – “hər dəfəki döyüş əməliyyatında ağlına və yüksək hərbi bacarığına əsaslanaraq (hətta sayca çoxluq təşkil edən) qarşı (düşmən) tərəfi ən az itki ilə məğlub etmiş” deməkdir...  

Həzi Aslanovun sehirli “Şimon!” kəlməsinin  məcaralı tarixi barədə isə bizə daha ətraflı məlumatı 2000-ci ildə, Peterburqda yaşadığımız vaxtlarda oraya qızının yanına qonaq gəlmiş qocaman dostumuz və məsləkdaşımız, Astaranın Şiəkəran kəndindən olan Dövlət Qəhrəmanov danışmış və biz də  disput.az  saytındakı forumda http://www.disput.az/index.php?showtopic=10772&pid=289356&st=0&#entry289356

bu barədə qismən məlumat vermişdik...Lakin sonralar Həzi Aslanovun 100 illik yubileyi ilə bağlı olaraq daha ətraflı iki müxtəlif məqalə yazmaq qərarına gəldik... Yubiley ərəfəsində bir daha dostumuz Dövlət kişi ilə Astarada görüşüb bəzi detalları dəqiqləşdirdik və rus dilində qələmə aldığımız «Ази Асланов- Генерал Шимон (Генерал Вперед)» adlı oçerkimizi baş redaktoru olduğumuz “Tolışi Sədo” qəzeində (№3(111),fevral 2010.,bax.: http://www.talish.org/news/azi_aslanov_general_shimon_general_vpered/2020-01-23-2211) nəşr etdirdik...  Qəzetimizin  əvvəlki sayında (№2(110), yanvar 2010) isə «Ази Асланов – легендарный сын талышского народа» adlı məqaləmizdə yuxarıda qeyd etdiyimiz bir çox digər məqamlara da aydınlıq gətirməyə çalışmışdıq...

2010-cı ilin Novruz bayramı ərəfəsində doğma Astaraya növbəti səfərimizdə qəzetimizin hər  iki sayından bir neçə nüsxəni götürüb Dövlət kişiyə baş çəkdik...Düzdür, bu nüsxələri biz ona artıq göndərmişdik və o da oxuyub ən xoş sözlərini telefonda bizə söyləmişdi...Bu dəfə də Şiəkəranda həyətlərində onunla görüşəndə sevincinin həddi-hüdudu yox idi. Onun  fərəhdən doğan göz yaşları içərisində  qürurla söylədiyi - ”demək, az da olsa əlimizdən bir iş  gəldi, xalqına öz doğma, fədakar və millətsevər övladını bir daha sevdirmək və onu unutdurmamaq naminə məlum həqiqətləri çatdıra bildik...” sözlərini heç vaxt unuda bilmərik... Bakıya qayıtdıqdan təxminən bir ay sonra (15 aprel 2010-cu il) isə o mübarək  dostumuz Dövlət Qəhrəmanovun 72 yaşında qəflətən vəfat etdiyi xəbərini eşidib xeyli üzüldük...

3. Talışın “Heradotu” Dövlət Qəhrəmanov Həzi Aslanovun “Şimon!” sirrini necə açdı?!

Böyükağa Mirsalayevin  güllələndiyi (8 yanvar 1938) və  Talış Milli ədəbiyyatının banisi, həmkəndlisi Zülfüqar Əhmədzadənin (Pensəj) və yüzlərlə digər ziyalı soydaşlarının  həbs edildiyi o dəhşətli 1938-ci ildə doğulmuş (5 dekabr)  Dövlət kişinin elə ilk gənclik illərindən xalqının dili, mədəniyyəti və  tarixi ilə maraqlanması heç də təsadüfi hal olmayıb,  əfsanəvi qəhrəmanımız Həzi Aslanov kimi, xalqına sevgi ilə yanaşı, həm də ona qarşı tarixən mövcud  ədalətsizliklə barışmazlığın bir təcəssümi idi... Axı,  1938-ci ildən etibarən “talış” kəlməsinə və millətin adına  qoyulan yasaq yalnız 50 ildən sonra, keçən əsrin 80-cı illərin sonlarından başlayaraq tədricən aradan qalxmaqda idi...Məhz Həzi Aslanovun da ömrünün son gününəcən ana dilində -talışca işlətdiyi o bircə “Şimon!” nidalı (bəlkəm də “üsyankar”) sehirli sözü qəlbində xalqına hədsiz məhəbbəti izhar etməklə yanaşı, həm də millətsevər fədakarlarımızın başına gətirilmiş (və gətiriləcək) dəhşətli günlərin faciəsinə  etiraz notası idi...        

Dövlət kişinin nəinki ali, heç orta təhsili də yox idi...

Lakin uşaqlıqdan kitablara, məxsusən də qədim Dünya Tarixinə aid əsərlərə marağı hədsiz idi... Keçən əsrin 50-ci illərin sonlarında Bakı şəhərində tikinti sənət-peşə məktəblərdən birində oxuyarkən boş vaxtlarını kitabxanalarda və kitab dükanlarında keçirtməkdən yorulmazdı...Elə həmin vaxtlarda öz cüzi tələbə təqaüdü ilə nə qədər tarixi əsərlər də toplamışdı...O, peşə məktəbini  bitirdikdən sonra  bir müddət Bakıda işləsə də 60-cı illərin əvvəlllərində Qazaxstana yola düşür və orada Dəmir Yol tikintisində tikinti-montaj işləri üzrə briqadir işləyir...O vaxtlar həmin Dəmir Yol Tikintisi İdarəsinin rəisi 2-ci dünya müharibəsinin iştirakçısı,  istefada olan mayor Stepan Antonoviç Milyutin adlı birisi imiş...Dövlət kişinin bizə nəql etdiyi kimi, S.A.Milyutin  mərd və qayğıkeş rəis olmaqla yanaşı, azərbaycanlılara da xüsusi hörmətlə yanaşardı... Bunun isə əsas səbəbi  o idi ki, o, 1944-in sonu,1945-in əvvəllərində Həzi Aslanovun komandirliyi ilə   2-ci Pribaltika Cəbhəsindəki döyüşlərin iştirakçısı olmuş və generalla tez-tez ünsiyyət qurmuşdu...S.A.Milyutin  komandirinin əfsanəvi qəhrəmanlığı ilə yanaşı, onun öz döyüşçülərinə necə mehriban, səmimi və hətta zarafatcıl  münasibətlərdə olması  barədə də  işçılərinə tez-tez danışarmış... O, bir dəfə  azərbaycanlı işçılərini, özünə yaxın dost hesab etdiyi Dövlət kişi ilə birgə başına toplayıb   H.Aslanovla bağlı daha maraqlı bir əhvalatı onlara nəql edir və 20 ilə yaxın vaxt ərzində onu  düşündürmüş və  cavabsız qalmış bir sualına növbəti  ümidlə cavab tapmaq istəyir...S.A.Milyutin onlara danışır ki, Həzi Aslanov hər dəfə Hərbi Qərəgahdan bayıra çıxanda, xidməti maşınına ya tanka oturub yola düşəndə ya ciddi bir əməliyyata başlayanda sanki sehirli bir  “şimon!” kəlməsini dilinə gətirərdi. Biz ondan bu sözün mənasını soruşmağa bir dəfə də olsa cürət edə bilmədik... Bəzilərimiz bunu ruscadakı “şmon” ilə müqayisə etsək də burada ciddi bir məntiqi məna da tapa bilmirdik. Amma əmin idik ki bu sehirli söz onun öz ana dilində-azərbaycanca idi və hər döyüş əməliyyatında Generalımızda qələbəyə doğru  yüksək inam  ruhu yaradardı...Demə, Milyutin müharibədən sonrakı illərdə də  dəfələrlə  rastlaşdığı azərbaycanlılardan bunu soruşmuş və heç bir məqbul cavab almamamışdır...

Odur ki, bu dəfə də üzünü hələm ilk gənclik vaxtlarından qədim dünya tarixinə aid kitabları oxumaqla keçirdən  Dövlət kişiyə tutub soruşubmuş: yoldaş Qəhrəmanov, axı sən yaxşı tarixçisən, ana dilini də mükəmməl bilirsən, bəlkəm bu “şimon”nun nə demək olduğunu bilərsən?!...Dövlət kişi bizə də etiraf etdi ki, o vaxtlar Milyutinin sualına cavab tapa bilməmişdi... O, vacib bir məqamı da nəzərimizə çatdırdı ki, Milyutin “şımon” sözünü işlədərkən həmişə vurğunu “o” hərfinin üstünə qoyardı (məs. Peres Şimon.,H.M.). 

1966-cı ildə vətəninə qayıdan Dövlət kişi kəndində də bir müddət tikinti işləriylə məşğul olmuş, təqaüdünə yaxın vaxtlarında isə  kolxoz sahəsində mühafizəçi işləmişdir...

Lakin 1985-ci ildə çəkilmiş Həzi Aslanova həsr edilmiş “Mən sizi dünyalar qədər sevirdim”(ssenariy müəllifi: Ramiz Fətəliyev,rejissor: Rasim İsmayılov) filminə ilk dəfə baxarkən, bir epizodda H.Aslanovun sürücüsünə azərbaycanca “Getdik!” deməsi, qəfildən  onu ayıltmış və dərhal da S.A.Milyutinin axtardığı “şımon” sirrinin cavabını anlamışdır. Vaxtı ilə onun özü bizə bunu belə nəql etmişdi: rusca çəkilmiş bu filmə baxarkən, H.Aslanovun sürücüsünə azərbaycanca “Getdik” kəlməsini qəfildən eşidən kimi yerimdən sıçrayib “tapdım!”deyə elə qışqırdım ki, hətta qonşu həyətdəkilər də evimizə cumub   nə baş verdiyini anlamağa çalışdılar...mən isə həm özümkilərə, həm də digərlərinə Milyutinlə bağlı məlum hadisəni danışıb “şimon”nun sirrini onlara anlatdım... Qətiyyən şübhəm yox idi ki, filmi ərsəyə gətirənlər bunu bilmiş və məlum səbəblərdən talışca olan “şimon”u azərbaycanca “getdik” ilə əvəzləmişdilər...Demə,  Milyutinin hər dəfə “şimon”dakı  “o” hərfinə vurğusu və həm də ki o vaxtların abi-havasıyla  H.Aslanovun öz ana dilində-talışca danışa bilməsinin ağlımıza belə gətirməməyimiz bizi çaşdırmış və onun sualını cavabsız qoymuşduq... Axı, həmin 1960-80-cı illərdə bu “talış” kəlməsinin özünün belə yasaq olunduğu vaxtlarda haradan ağlımıza gələ bilərdi ki əfsanəvi qəhrəmanımızın bu sevimli və sehirli “Şimon!” kəlamı öz ana dilində-talışca olub azərbaycanca mənası “Getdik!” (daha səhih isə - “İrəli!”(rusca «Вперед!»)) demək idi…  

Yuxarıda qeyd etdiyimiz kimi, Dövlət Qəhrəmanovun bu “kəşfini” “Tolışi Sədo” qəzetində və bir çox rusdilli saytlarda əks etdirdikdən sonra onun sevincinin həddi-hüdudu bilinmir, elə hey Stepan Antonoviç Milyutinin və əfsanəfi komandiri Həzi Aslanovun ruhlarına rəhmətlər oxuyurdu... Biz də onların hamısına – Generalımız “Şimon!”a (Генерал Вперед!), mayor S.A.Milyutinə, millətsevər ağsaqqalımız Dövlət  Qəhrəmanova, 30-cu illərin cəmi repressiya qurbanlarına Allahdan rəhmət diləyirik...Ruhları şad olsun...

4. Son söz əvəzi (və ya: narahat ruhların səssiz harayı...)

Sual olunur: yuxarıda adlarını xatırlatdığımız milli qəhrəmanlarımız – Zülfüqar Əhmədzadə, Böyükağa Mirsalayev, Müzəffər Nəsirli, Həzi Aslanov, Dövlət Qəhrəmanov və yüzlərlə və minlərlə digər millətsevər soydaşlarımızın  əsas  istəkləri nə idi? Cavab xeyli sadədir: Haqqlarımıza sahib çıxmaq! Yurdumuza, milli-etnik soy-kökümüzə, dil,mədəniyyət və tariximizə sahib çıxmaq, qorumaq və gələcək nəsillərə örnək olmaq...Bundan ötrü isə, ilk öncə   heç bir orta məktəb təhsili belə olmayan Dövlət Qəhrəmanov kimi  milli qeyrət sahibi olmaq  gərəkdir! Əlbəttə ki, yalnız bundan sonra yüksək ali təhsil, elmi dərəcə və i.a. təkmilləşmə  istəklərimizin mükəmməl şəkildə həyata keçirilməsində dəyərli vasitə ola bilər...

Ölkəmizin tanınmış pedaqoqu,şair və yazarı Mehman Qarağanoğlunun  kənçisi Dövlət kişiyə ana dilində həsr etdiyi aşağıdakı bir neçə sətirli  şeir  onun sağlığında, 1997-ci ildə yazılıb ona ərməğan edilsə də bu gün də öz aktuallığını qoruyub saxlayır... Əslində “Sıği zoə siğimbən az...”(“Daş oğlu daş imişəm mən!”) adlı bu  şeir elə bu gün də yalnız Dövlət kişinin deyil,  əbədiyyətə qovuşmuş cəmi fədakar soydaşlarımızın, o cümlədən, bircə “Şimon!” kəlməsiylə  daim xalqının qəlbində yaşayacaq  Həzi Aslanovun  narahat ruhlarının harayını  əks etdirir...

Allah sevindirsin o mübarək ruhları...Amin!

 

Sıği zoə siğimbən az...
(Tolışi tarıxi ve-ve çok zıne qorəş bə Dovləti  “həzo sor bıji” votedəm...)
Dünom tij kay... rosım bıryə,
Dərğəz bəm az... soğon bəm az.
Ümrüm doə sığım hıryə,
Sıği zoə sığimbən az...

Təyli mandəm, ya dı bonəm,
Bıkıştən, bə zəmin bınən,
Azən qıləy sıği bınəm,
Sıği zoə, sıgimbən az...

Çımı ğəbi sığ be, şin?
Nımande, zəminikü beşin.
Çımı ğəbi sığon şin,
Sıği zoə sıginbən az...

Mandim, dasordə mandin,

Canqədə, dasondə mandin,
Çəşə arsonda mandim
Sıği zoa sığinbən az...

(1997,noyabr)

Mehman Qaraxanoğlu

 
Категория: Azərbaycan | Просмотров: 1568 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus