Главная » 2011»Декабрь»13 » Şeyxə qarşı kompaniyanın arxasında Ramiz Mehdiyev dayanır?
21:56
Şeyxə qarşı kompaniyanın arxasında Ramiz Mehdiyev dayanır?
Xəbər verildiyi kimi Lənkərandan özünü dindar kimi təqdim edən bir qrup şəxs Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə açıq məktub ünvanlayıb. Məktub müəllifləri bir sıra şəxsi narazılıqları ortaya qoymaqla yanaşı iddia edirlər ki, "Qafqaz Müsəlmanları İdarəsi (QMİ) çarizm və sovet idarəçiliyinin qalığıdır və bu idarə əhəmiyyətini çoxdan itirib".
Müraciət edənlər QMİ-yə bu kimi iradlardan əlavə həm də bildirirlər ki, "Şeyx dini rəhbər kimi bütün Qafqazda tanınmır və bütün bunlara görə QMİ-i ləğv edilməli, Türkiyədə olduğu kimi Diyanət İşləri Başqanlığı yaradılmalıdır".
Lənkəran dindarları adından çıxış edən sözü gedən qrup məktublarının sonunda "Şeyxin ölkə dindarlarına rəhbərlikdən uzaqlaşdırılmasının tərəfdarı olduqlarını diqqətə çatdırmaq isteyirlər”.
TALİSH.ORG-a məktubu imzalayan şəxslərin dairəsinə yaxın olan mənbədən sızan məlumata görə indiki məqamda Şeyxin ata yurdundan belə müraciət təsadüfi deyil, o bir basha Azərbaycan Respublikası Prezidenti Administrasiyasından gələn göstəriş əsasında hazırlanmış və bu kompaniyanın arxasında birbaşa Administrasiyanın rəhbəri Ramiz Mehdiyev durur.
Mənbənin məlumatına görə Şeyxlə Ramiz Mehdiyev arasında uzun iller davam edən soyuq münasibətlər son dövrdə pik həddinə çatmış və belə bir kompaniyanın başlanmasına start verilməsinə gətirib çıxarmışdır. Keşmiş sovet ideoloji məktəbin yetirməsi olan Ramiz Mehdiyev müstəqil Azərbaycanın baş ideoloquna çevrilməyi bacarsa da, görünür sovet ideoloji mektebinin priyomlarında əl çəkə bilməmişdir. Yaxın tarixdən məlumdur ki, hər hansı arzuolunmaz şəxsə hücüm məhz onun ata yurdundan təşkil edilirdi, bu da bir tərəfdən ola biləcək etirazlara əl yeri qoymamaqdan irəli gəlirdisə, digər tərəfdən yerlərdə əhalini parçalamaqla hakimiyyətlərini yaşadırdı. İndiki məqamda də bu metodun keçərli olmasını isə zaman göstərər.