Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyulislam Allahşükür Paşazadə ilə bağlı müxtəlif dezinformasiyalar vaxtaşırı Azərbaycan mediasının gündəmini zəpt edir. Bu yöndə Yeni musavat qəzeti xüsusi canfəşanlığı ilə seçilir. Yazar-puplisist Aydın Xan Əbilov sosial şəbəkədə buna özünəməsxux formada reaksiya bildirib. Müəllifin mövqeyini sözügedən dezinformasiyalara lakonik cavab kimi də qiymətləndirmək olar:
Deyəsən Şeyx həzrətlərinin daşı elə ağır olub ki, vəhhabiçilər və nurçulardan sonra:
Yerli daxili xainlərin qoyunkəllələrinə və eşşəkbaşlarına dəyir!
Əşi, dini komitəyə gətirdiklərinizin əməllərini gördük də: biri ərəblərə satıldı, biri nurçulara, digəri isə ümumiyyətlə vurub-içən kişiydi. İndi əl çəkin, Hacı Sabiri gətirin, Naxçıvan ürəyimiz dini də zəbt etsin!
Tərbiyəsizliyin dərəcəsinə baxın: "Ekspertlərdən biri deyir ki, QMİ dini qurumdan daha çox, etno-mafiyanı (YƏNİ, ŞEYX ƏSLƏN LƏNKƏRANLI OLDUĞUNA GÖRƏ TALIŞLARA DAŞ ATILIR... A.X.) xatırladır və bu mafiyanın öz “babası” var, başqası burada baş çıxarmaz. Sistem tamamilə dəyişməlidir; bu da təxminən inqilab kimi bir şeydir; çətindir; üstəlik də burada tam sağlamlaşdırma aparmaq mövcud hakimiyyətə də sərf etməz..." Kişisizsə, bunu açıq yazın ki, anti-talış məsələsini qızışdırırsız və hansı gözlə onda Rusiya, İran və Ermənistandan, qızışdırılan, eləcə də ABŞ, Avropa və Türkiyədən İranı parçalamaq üçün qaldırılan "talış" etnik-separat hərəkatını pisləyirsiz?!
P.S. Sifarişli yazı "Yeni Musavat" qəzetində gedib, onun arxasında hansı qüvvələrin durduğunu isə birazdan biləcəksiz!"
TALISH.ORG