Bu gün dia.az saytı başda olmaqla bir sıra informasya vasitələri özünü “Astara Yeni Nəsil ziyalılar cəmiyyəti”nin sədri kimi təqdim edən Əsəd Əliyev adlı birisinin Astara pedaqoji kollecinin həbs olunmuş direktorula bağlı müraciətini yaymışlar.
Şəxsi haqq-hesab çəkmə üzərindən yazılan yazıya diqqət yönəltməyə fikrim yoxdur. Amma yazıda mənim də adım hallandığından buna münasibət bildirməyi vacib hesab etdim. Belə ki, yazı müəllifi həbs olunmuş direktorla haqq-hasabını bolşevik sayağı çürütmək istədiyindən, şeytan metodologiyasından istifadə etmək fikrinə düşmüş, onun güya mənimlə birləşərək "hakimiyyət çevrilişi" etməsindən və mənim "fonduma pul vəsaiti" köçürməsindən yazır. Sanki bütün bunlar onun biləvasitə iştirakıla baş vermişdir.
Qeyd edilənlərlə əlaqədar bildirmək istəyirəm ki, mən nə yazı müəllifi, nə də onun haqqında bəhs etdiyi Astara pedaqoji kollecinin həbs olunmuş direktoru ilə nəinki tanışam, hətta belə adamların mövcüdluğu barədə bu olaya qədər heç bir informasiyam olmayıb. Mənim ünvanıma deyilənləri barəmdə aparılan iyrəc böhtan və iftira kompaniyasınin tərkib hissəsi kimi qiymətləndirirəm.
Məsələ ilə bağlı vəkilimlə məsləhətləşməmdən sonra məhkəməyə müraciət hüququmdan istifadə etmək haqqında düşünürəm.