Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Октябрь » 5 » Şeytan bazarlığı
22:42
Şeytan bazarlığı
Keçən həftə Sumqayıtda şəhər şəhər günü keçirilirdi, ei dili ilə desək şəhərin ad günü idi. Gözünə döndüyüm icra başçısı Eldar Əzizov Sumqayıtda çoxlu talışın yaşadığını nəzərə alıb, Lənkərandan "Hovon” (tərcümədə "Bacılar” mənasını verir, amma nədənsə onları "Nənələr” kimi tərcümə edirlər) ansamblını da gətirtmişdi. Bilmirəm Eldar Əzizovun Gülər Əhmədova ilə konflikti var, ya yox, ancaq bu "Hovon” ansamblı nədənsə "Qaynana” mahnısını oxudu.....

Seçici kimdir?

Bu Elşad Abdullayev dinc oturmur ki, oturmur. ABU-nun eks-rektoru YouTube-də bir "klip” yerləşdirib, həmən "klip”də Milli Məclisin üzvü, guya ki, Əvəz Zeynallının "şantaj” etdiyi, məhkəmədən "məni qoruyun” xahişini edən "qaynana” təxəllüslü (deyilənlərə görə Milli Məclisdə hamının təxəllüsü var, mən demirəm ha....) Gülər Əhmədova Elşad Abdullayevlə "deputatxananın” bir kreslosunun bazarlığını edir. "Klip”ə diqqətlə baxanda görürsən ki, bu "qaynana” böyük söz sahibi imiş, hətta respublikanın tək "seçicisinin” qarşısındakı "seçki siyahısını” da dəyişdirmək iqtidarında imiş. Bunu anlamayan Elşad Abdullayev yarım milyonla "kreslo” almaq istəyib, yarım milyonu verib, sonra gedib başqa kanallar axtarmağa ki, birdən ucuz alınar. Ay-hay, sən yəni "qaynananı” tanımırsan? A kişi, "qaynana” öz ağzı ilə deyir ki, bu respublikada bütün "razborkaları” mən aparıram, mənim sözümün qabağına söz çıxardan oğul yoxdur, sən də başlamısan ki, ay nə bilim filankəs belə gəldi, bəhmənkəs belə getdi, yəni ki, "caymısan”! İndi mənə bir şey qaranlıqdır, bu boyda "qaynana” necə oldu ki, məhkəmədə məsum görkəm alıb, özünün Əvəz tərəfindən "qorunmasını” xahiş etdi? Vallah mənə elə gəlir ki, deputatxanaya seçim edərkən aktyorluq bacarığına da xüsusi qiymət verilir. Bəs necə, gərək aktyor olasan ki, 50 manat təqaüd alan anadangəlmə birinci qrup əlillərin, hansılarının ki, həmən pul kommunal ödənişlərinə ancaq çatır, ah-naləsini eşidə-eşidə "analoqu olmayan iqtisadi inkişafdan, əhalinin xoşbəxt yaşamından və gözəl rifahından” ağzı çullu-çullu danışasan. Gərək aktyor olasan ki, bu boyda yeyintini, bu boyda haqsızlığı görüb, haqqdan-ədalətdən danışasan. Nə isə, bunlar öz aktyorluqlarında olsunlar, mən sizə Elşaddan danışım, deyilənlərə görə Elşad Abdullayev "zor” oğlandır, hətta rektoru olduğu universitetdə ödənişi edə bilməyən "papalarının gül balaları” olan tələbələrə "güzəşt” də edirmiş, yəni ki, ödənişi özü edirmiş, hələm həmin tələbələrə "rance rover”ləri yolda qalmasın deyə benzin pulu da verirmiş, üstəlik hər gün də "papaya salam de” deməyi də unutmurmuş. Hətta deyirlər ki, o qədər yaxşı oğlan imiş ki, yuxuda bir neçə milyon manat görüb və ayılıb görüb ki, həmən pul seyfdədir, təmiz oğlanlara həmişə yetirən-yetirir! Amma sonrası bir az yaxşı olmayıb, kor şeytan onu yoldan çıxardıb, aparıb salıb "qaynananın” cənginə, "qaynana” da gözünə döndüyüm elə bil "novostroyka” satır, əvvəl, yəni fundament qoyulanda deyib 500, sonra görüb ki, "binanın” istifadəsinə, yəni ki, seçkiyə az qalıb, dirənib deyib: BİR! Vəssalam, burda nə var ki, bu boyda ajiotaj qopartmışıq? Vallah Əli Həsənov da, Siyavuş Novruzov da düz deyirlər, bu məsələdən siyasi şou düzəltmək lazım deyil, axı Elşad Abdullayev üçün bir milyon nəmənədir ki? Bir də yatar, yuxuda görər ki, bir neçə milyon avro var, ayılar və .... yenidən milyonçudur! İndi bir milyona görə aləmi bir-birinə qatmaq nəyə lazım? Bu yandan da bir şans vermisən Əvəzə, Əvəz hakimə xitabən deyib:
-Yoldaş hakim, gülürsüz, deyəsən video-rolikə baxmısız...

ƏVƏZin əvəzi?

ƏVƏZ təzə tutulanda internetdə çox hay-küy saldım, hamını onun müdafiəsinə səslədim, gördüm ki, hayıma hay verən yoxdur qəzetimizdə "Selcanın məmləkəti” (ƏVƏZin tez-tez müraciət etdiyi mövzu idi) adlı yazı yazdım, sonra ƏVƏZin ANAsının məlum müsahibəsinə baxdım, (həmən müsahibənin linkini mənə Hilal müəllim göndərmişdi), "ANALARIN ANASI” adlı bir yazı yazdım, sonra vicdan sabirin ƏVƏZin üzünə durmaq istəyində olduğunu eşitdim, "Vicdandan vicdana” yazısını yazdım və beləcə daima öz baş redaktorumu müdafiə edən yazılar yazdım, sonra zamana fırlandı, o birisi baş redaktorumu da şərlədilər, indi analoqsuz respublikada yeganə şəxsəm ki, iki baş redaktorum həbsdədir, (dəli şeytan deyir bir ginnesin rekordlar kitabına müraciət elə) heç birinin mənim müdafiəmə ehtiyacı yoxdur, amma mən mənən özümdə bir borc bilirəm ki, onları, heç olmasa yazılarımla müdafiə edim, işimin müşkül olduğunu görən yaradan bu Elşad faktorunu atdı gündəmə ki, ƏVƏZin şərlənməsini bir daha hamı anlasın, İnşaalah Hilal müəllimin də belə bir günü olacaq, əminəm ki, hər iki baş redaktorum tezliklə amanlıqda, öz ailələrinin yanlarında olacaqlar, çünki onları həbsxanada saxlamaq əslində bu iqtidara sərf eləməməlidir, onlar zindanda daha aktivdirlər, nəinki real həyatda, hərdən tarixə baxıram: Cənubi Afrika Respublikası Nelson Mandellanı həbsə saldı və o həbsxanadan NELSON MANDELLA kimi çıxdı, aparteidi (yaparteid kimi oxumayın ha...) devirdi, gəldi hakimiyyətə, İsrail fələstinlilərin gözünü qorxuzmaq üçün Yasir Ərafatı atdı zindana və o zindandan YASİR ƏRAFAT kimi çıxdı və Fələstin dövlətini qurdu! Onlarla belə misallar çəkmək olar, sözümün canı odur ki, nə qədər ki, Əvəz Zeynallı, Hilal Məmmədov, Nigar Yaqublu, Zaur Qurbanlı və onlarla digərləri zindanda ƏVƏZ ZEYNALLI, HİLAL MƏMMƏDOV, NİGAR YAQUBLU, ZAUR QURBANLIya çevrilməyiblər, onları dərhal buraxmaq lazımdır, 37-ci il deyil cənablar, ziyalıların cibinə narkotik atıb şərləməyin, etdiyiniz hər bir xəta yaddaşlarda həkk olunur, o dünyada sözsüz bunun bədəlini ödəyəcəksiz, amma atalarımız da "qisas qiyamətə qalmaz” deyiblər, etdiyiniz hər bir əməlin qarşılğı qabağınıza çıxacaq, necə ki, Gülər Əhmədovanın qabağına çıxdı...

İ.S. Dəli şeytan deyir Gülər Əhmədovaya dəstək olmaq üçün keç YAP-a, ancaq yox e, pis dillər danışır ki, indi yapda o bir mandatın bazarlığı gedir, başları yaman qarışıqdır, mənim hayımda deyillər, şeytan bazar versin...

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” N:33(45), 05 oktyabr 2012   
  

 

Категория: Талыш xəbərləri | Просмотров: 1605 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus