Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Март » 13 » Sevirəm, amma xoşum gəlmir
13:49
Sevirəm, amma xoşum gəlmir
"Mən Amerikanı sevirəm, amma o, mənim xoşuma gəlmir”

Bu sözlər LUİS SİNKLERƏ- ABŞ-ın Nobel mükafatına layiq görülən ilk yazıçısına məxsusdur ("Seçilmiş əsərləri”, B. 2010, səh. 5).

Oxşar ifadəni Azərbaycana da şamil etmək yerinə düşər. Bəli, əksər Azərbaycan vətəndaşları irqindən, cinsindən, millətindən asılı olmayaraq onu sevir.

Bəs xoşlarına gəlməyən nədir?
                                                
Çoxlu real əsaslar olsa da, bəzi olaylar indi hər kəsi narahat etmədədir. Ən birincisi, hər dövlətin bel sutunu onun hüquq mühafizə orqanlarıdır.

Baxın, görün Azərbaycanda nələr baş verir?

Ötən il "Gündəlik Bakı” qəzeti, demək olar ki, hər gün öz səhifələrində Hacı Mazanın narkobaronluğu barədə silsilə yazılar verirdi. Daşdan səs çıxırdı, Hüquq Mühafizə orqanlarından yox, hələ də səs çıxmır. Qarşı tərəf də yazılanları nə təsdiq, nə də təkzib etmədi. Niyə?

Narkomaaniya ilə əlaqədar Azərbaycanın hüquq sistemində əndirəbadi bir ifadə var: " ... filankəs oğlu "qanunsuz yolla” filan qram heroin satarkən, əməliyyat tədbirləri nəticəsində polis orqanları tərəfindən həbs edilmişdir”. Ya buna bənzər bir şey uydurulur.

Düşünürəm ki, "kişilər” düz deyir də... Dövlət sərhədindən tonlarla narkotik maddələrin Azərbaycana gətirilməsi və ötürülməsi barədə yazan "Gündəlik Bakı” qəzetinin yazarlarına deyirəm ki, mənim əzizlərim, onlar "qanuni yolla” bu işləri gördüklərinə görədir ki, Hüquq Mühafizə işçiləri cınqırını çıxarmadı da.

*

"İftixar etdiyimiz” Azərbaycan Ordusu nə gündədir?

Xalqın ən kasıb təbəqələrinin övladlarından formalaşan bu Ordunu elə xalqın özü- əsgərlərin valideynləri yedizdirir. "Atəşkəs” deyilən şoğəribi özləri üçün xiyar kimi göyərdən rəhbərlərin gözü qarşısında sıravi əsgər zabitləri güllələyir, əsgər yoldaşlarını bıçaqlayır, zabitlər əsgərlər üçün hamının gözü qabağında "zifaf gecələri” təşkil edir, əsgər mənliyini heçə endirir... (İlahi, yəni Lut peyğəmbərin dövrünə qayıdırıq?!)

( Bu sətirləri yazdığım dəmdə ANS-də "El gizli axşamlar” verilişində yetim Xəyalənin müəllimi tərəfindən zorlanmasını, bu cinayətin cəzasız qalmasını yana-yana, göz yaşlarıyla, hıçqıra-hıçqıra danışması və studiyadakı "hüquq müdafiəçilərinin” ona laqeyd münasibətini görəndə, əsəbdən ixtiyarsız olaraq mən də göz yaşlarımı saxlaya bilmədim...)

*

Azərbaycanın təhsili ondan min dəfə danışmaqla, min dəfə yazmaqla düzələn deyil

Müəllim tanıyıram ki, ixtisasca tarixçi olsa da, SSRİ tarixindən ala-babat bilməklə Azərbaycan, dünya tarixindən xəbəri yoxdur. Yaxın günlərdə bu müəllim inək- davarını satıb, Rusiyadakı qohumlarından, Kreditbankdan pul götürüb, aparıb verib Masallı rayon təhsil şöbəsinin "başqanı”na. "Başqan” qağa da onu uzun illər bərbad hala salınmış öz kənd məktəbinə direktor təyin edib ( Bu barədə ayrıca söhbət açacağıq).

Deyirəm, adamın işi gətirməyəndə gətirmir də.

Söz gəzir ki, ağsaçlarına qapqara həna qoyan, üstünə də vazelin çəkən bu sözü gedən tarix müəllimi çox bəd vaxtda 8 min manat rüşvət verib vəzifə alıb. Nə biləydi ki, belə qısa vaxtda dünyanın siyasi palitrası bu cur tez dəyişəcək. Hətta bizim rəhbərlərimiz də ölkədə rüşvət və korrupsiyaya qarşı "mübarizəyə” start verəcək?! Elə ona görədir ki, bu direktoru bir neçə gün bundan əvvəl çox yazıq bir vəziyyətdə gördüm: 2 kq kartofu nisyə alırdı?!

*

Deyirsiniz Azərbaycan səhiyyəsi toya getməlidir?

Ay mənim əzəzlərim, nə qədər yazaram, nə qədər karikaturalarını çəkərəm? Bu dövlət müəssisəsi işçiləri – Hippokrat andlı bu həkimlər ölüyə də rəy verəndə qəyyumundan pul alır! Ölüm şəhadətnaməsini ərazi nümayəndələri pula satır. Ölkədə nə qədər belə neqativ hallar var. Deyərsiniz, hamı belə deyil, içində təmizi də var. Əzizlərim, aramızda bircə dənə də antipod varsa, yenə çoxdur!..

Uzun müddətdir ki, Yardımlı rayonundakı Notariat konturuna müdir tapılmır. Tapılmır deyəndə bir az yanlışlıq olar, çünki çox sayda gənc hüquqşünaslarımız var ki, işsizdirlər, bu vəzifəni tutmaq istəyirlər, amma bu vəzifəyə "tələb olunan vəsaiti” düzüb-qoşa bilmirlər.

Yardımlıda notarius müdiri olmuş Əlövsət müəllim vaxtilə Masallıda notarius işləyən xalası oğlu (hazırda Bakı məhkəmələrinin birində hakimdir) Qubadəli cənabları ilə "şərikli” sevdaya girib, Masallı Rayon Notarius müdiri kreslosunda oturdu. Qubadəli cənabları Masallı "Ustisu” pansionatındfakı mülkləri ilə vidalaşaraq Abıyevlərin əlindən yaxasını yaxşı qurtara bildi...

*

Bildiyimiz kimi, bələdiyyələrdə baş alıb gedən özbaşınalıq, qanunsuzluq və dələduzluq heç bir ölçüyə sığmır.

Xalqa, dövlətə, kəndliyə məxsus torpağı hamının gözü qarşısında bazar qiymətinə bir neçə nəfərə satan bələdiyyədən nə gözləmək olar? Belə getsə, Qarabağ torpaqlarını geri alacağıq, yoxsa yeni-yeni bölgələrimizi beynəlxalq maqnatlara satıb xaricdə göydələnlər, villalar tikəcəyik. Vətən torpaqlarımızın alqı-satqısından əldə edilən milyon-milyard pulları xarici banklarda yatıracağıq?!

*

Sadalayıb qurtara bilməyəcəyimiz, dövlətçiliyimizin imicinə utanc gətirən belə neqativ halları mətbuata çıxaran biz jurnalistlərə "çox sağ ol”mu deyirlər? Yox, yox, təhqir, şantaj. təhdid etməklə qalmırlar, ağzımıza "əridilmiş” qurğuşun da tökürlər. Bu günlərdə jurnalist qardaşımız Elmar Hüseynovun qətlinin ildönümü idi. Hələ də həmin qətli törədənlər cəzalarına çatmayıblar.

Bəlkə ürəklərimizdə tunc heykələ dönən akademik Ziya Bünyadovun qatilləri tapılıb mühakimə edilib? 1941-1945-ci illərdə -Böyük Vətən müharibəsi dövründə düşmən onu öldürə bilmədi, amma günün günorta çağında, evinin qapısı ağzında "özümüzkülər” tərəfindən güllələndi...

Qurama ittihamlarla göz altına alınan mərhum professor, jurnalist, alim Novruzəli Məmmədov haqsızcasına olmazın işgəncələrlə qazamatda öldürüldü...

General Rail Rzayev də küçə qapısı ağzında güllələndi. Qanlısı hələ də azadlıqda gəzir...

*

Acı həqiqət də olsa, bu olaylar bu günümüzün reallıqlarıdır.

Əziz oxucu, yazını oxuyub demə ki, burada sevgidən çox, problemlərdən bəhs etdim. Doğrusu, Azərbaycanımıza olan sevgimin izharı üçün sanki ədəbi dilimizdə söz qıtlığı hiss edirəm. Elə bu fikirlə problemlərimizi önə çəksəm də, sevgim öz yerində qalır. ABŞ yazıçısı Luis Sinklerin təbirincə desəm: Mən Azərbaycanımı sevirəm, amma o, mənim xoşuma gəlmiir.


Mətləb DADAŞİ
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Əlaqə telefonum: 050 579 59 24


Категория: Талыш xəbərləri | Просмотров: 1420 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus