Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Февраль » 14 » Separatizmi Azərbaycanda kimlər yaradır?
21:04
Separatizmi Azərbaycanda kimlər yaradır?
Əslində çoxmillətlilik ölkənin milli sərvətidir, onu daha artıq qorumaq gərəkdir

(ardı)


Prezident fərmanınin tələbi olduğu halda, milli hakimiyyətlərindən dəstək və yardım görməyən azlıqda qalan milletler istər-istəməz xarici dəstəyə ehtiyac duyurlar. İranın "İmdad Xomeyni” komitəsinin talış dilində hazırladığı dini və tədris xarakterli kitablarda olduğu kimi. Burada haqlı bir nünansa da toxunmaq gərəkdir. Azərbaycanın dəstəyi ilə serb yazıçısının əsərinin çapı nədən humanizm, "İmam Xomeyni” cəmiyyətinin dəstəyi ilə talış dilində dini dərsliyin hazırlanması separatizm adlanmalıdır.

Xatırlatmaq istəyirəm ki, Ermənistan da artıq bu məsələlərə qoşulub, talışlara, ləzgilərə "qucaq” açıb. İndi "acından ölənlər” dediyimiz ermənilər, Yerevanda talışşünaslıq tədbirləri keçirir, talış və ləzgi dillərində kitablar çap edirlər. Azərbaycan hökuməti isə ölkənin daimi sakinləri olan bu millətlərin haqlı tələblərini rədd etmək, qadağalar qoymaqla İngiltərədə, Fransada, İtaliyada turnelər keçirmək, neftdən gələn gəlirlərdən oralara yardım etməklə məşğuldur. "Demokratik hakimiyyət” imicinin xaricdə axtarışı bunları nədən bu qədər valeh edib görəsən?

Hər bir millətin yaşadığı ölkədə, milli dövlətinin olub-olmamasından asılı olmayaraq dilini, dinini, mədəniyyətini, bir sözlə varlığını qorumağa haqqı var və borcludur. Talışlar da, ləzgilər də , belə bir mücadilə aparmaq məcburiyyətindədirlər. Bu mübarizənin ən ağrılı tərəfi ondadır ki, onlar həm haqlarını ayaqlar altına atan hakimiyyətlərinə, həm də mübarizələrini ekstremizmə çəkən xarici qüvvələrə darşı durmalıdırlar.

Yerli mətbuatda "separatçı” donunda təqdim edilənlərin heç biri Azərbaycanda yaşamır. Bu mümkün də deyil, onların bürada yaşamaq imkanlarına artıq qadağalar qoyulub və bu qadağaların pozulması həbsdə olan narotik alverçilərinin sayını artıra bilər. Böyük əksəriyyəti də Rusiya və Qərb dövlətlərində məskunlaşıb. Onları xüsusi xarici xidmət orqanlarının ağentləri kimi də, milli təəssübkeşlər kimi də təqdim edənlər var. Bu adamların şəxsi təşəbbüsləri ilə çalışanları da az deyil. Onları idarə edən, etməyə təşəbbüs göstərən qüvvələri də tapmaq olar. Bütün hallarda Azərbaycan iqtidarının aqressiv münasibəti fonunda onlar etnik separatizmi gücləndirib, bölgədə hakim gücə çevrilməyə təşəbbüs edirlər. Əslində xilas olmanın açarı ölkə prezidentində olsa da, hakimiyyət həkim yox, virus daşıyıcısı rolunda çıxış edir. Onda gündəmə belə bir sual gəlir: "Azərbaycanda separatizmi kimlər yaradır?” Tam əminliklə demək olar ki, sonu qanlı-qadalara, fəlakət və qırğınlara söykənən "separatizm” deyilən xəstəlik ölkənin hakim dairələri tərəfindən istehsal olunur və ölkədə yaşayan millətlərin kütləvi qırğın silahına çevriləcək. Bu virus mərkəzi dağıdılmasa, dünyanın bu kiçik ərazisinində böyük fəlakətlər gözlənilir. Minilliklərin təcrübəsidir ki, bir ölkəni dağıtmaq üçün ən optimal yol həmin ölkənin etnik xəritəsini qarışdırmaqdır. Etnik separatizm istənilən dövlətin parçalanması üçün ciddi əsaslar yarada bilər.

Bu gün baş verən bəzi hadisələrin təhlili də nigarançılığa yetərli qədər əsas verir. Bir neçə istiqamətdən baş qaldıran separatizm yavaş-yavaş ölkənin içərilərinə transfer etməkdədir. Burada iqtisadi amillərin rolu da az önəmli deyil. Belə ki, İran və Rusiyada yaşayış minimumu Azərbaycanla müqayisədə çox yüksəkdir, hər iki ölkədə insanlar rüşvət, korrupsiya, məmur özbzşınalıqları, insan haqlarının pozulması, iqtisadi manapoliyaların ağrılarını bizdəkilər qədər çəkmirlər. Neft və qaz ölkəsi adı altında ölkə iqtisadiyatının digər bütün sahələri tənəzzülə uğrayıb, işsizlik baş alıb gedir, milli azlıqların milli dəyərləri planlı şəkildə deqradasiyalara məzuz qoyulur. Törpaqlarının da 20%-i işğalda olmasını və işğal amilini ölkə rəhbərliyi vətəndaşlarına qarşı istismar aləti kimi istifadə etməkdədir. Ailə-klan hakimiyyətinin şəxsiyyətə pərəstiş stilində təbliği, əmək haqlarının, dövlət müavinətlərinin aşağı olması da milli azlıqların böyük narazılıqlarına səbəb olan amillərdir. Bunlar təbii ki, milli azlıqları siyasi müstəqilliyə can atmağa sövq edir. Belə bir şəraitdə İranın, Pusiyanin və artıq onlara qoşulmuş Ermənistanın mövcud vəziyyətdən yararlanmağa, milli azlıqları siyasi müstəqilliyə can atmağa təhrik etməsi gözləniləndir.

2005-ci ildə talış ziyalılarının Bakıda talışşünaslıq konfransı keçirmək istəkləri hakimiyyətin dəstəyi əvəzinə sərt təpkisi ilə üzləşdi. Bundan dərhal istifadə edən ermənilər "milli təəssübkeşlik” göstərərək konfransın Yerevanda keçirilməsinə yaşıl işıq yandırdı. 2011-ci ildə də talış diasporaları tərəfindən Azərbaycan hakimiyyətinə eyni xahişlə müraciətlər edildi və yenə də qəti qadağalar qoyuldu. Bu dəfə Ermənistan Azərbaycan hakimiyyətinin bu mövqeyindən daha çox yararlanaraq heç bir talışın iştirak etmədiyi şəraitdə, konfrans şousu düzəldib Azərbaycanı "azsaylı xalqların krimatoriyası” adlandırdı. Azərbaycan mətbuat orqanlarının mövqeyi isə dəyişməz olaraq qalmaqda davam etdi. Bu mövqe 80-90-cı illərdəki mövqedən qətiyyən fərqli deyildi. O vaxt da deyilirdi ki: "...xarici dövlətlər Azərbaycana təzyiq etmək siyasətlərindən əl çəkməyiblər, öz ölkələrində separatçı ünsürlər hazırlayıb ölkəmizə ixrac edirlər. Rusiya ərazisində talış, ləzgi, avar millətindən olan bəzi şəxslərin separatçı meyllərini istiqamətləndirmək, bir mərkəzdə cəmləmək, təşkilatlandırmaq kimi xətt özünü açıq formada göstərir. Onlara inanan bəzi Azərbaycan vətəndaşları etnik iddialarını ölkənin ərazi bütövlüyünü parçalamaq həddinə çatdırıblar.” İndi də ölkə mətbuatının həm iqtidar, həm də müxalifət qəzetlərində 30-40 ilin belə boyat münasibəti hökm sürməkdədir.

Ərdəbildə 2001-ci ildən fəaliyyət göstərən radio talış dilində də efirə verilişlər yayır. Buna azərbaycan hakimiyyət dairələri etiraz bildirirlər. Səbəbi nədir görəsən? Lənkəranda isə "Cənub TV” 7-8 ildir ki, efirə verilişlər yaymaqdadır. Bu studiyaya 1-2 saatlıq talış dilində verlişlər verməsi xahişləri uzun illərdir ki, qulaq ardına vurulur. Hələ bir həyasızcasına iddia edilir ki, Ərdəbil radiosu təxribatçı, pozucu ideyalarla talışları Azərbaycan Respublikasına qarşı qoymağa çalışır. Hər kəs mənsub olduğu millətin mədəniyyətini, tarixini, dilini bilmək, öyrənmək hüququna malikdir, o cümlədən talışlar da. Ölkənin ərazi bütövlüyünü hədəfə almaq, sərhədləri dəyişdirmək kimi məkrli planlar milli azlıqların təbii istəklərini reallaşdırmayanda ortaya çıxır və xarici qüvvələr tərəfindən himayələnir. Süni surətdə xarici qüvvələrə bu imkanı vermək həkimiyyətin səriştəsizliyi və azlıqda qalan millətlərə qərəzli münasibəti deyilmi?

Azərbaycan mediasında çox "ilginc” məlumatlar və yazılar dərc edilir: "Qərbin müəyyən dairələri etniklərin geniş yayıldığı ərazilərdə xüsusi fəallıq göstərirlər. Bir qrup amerikalı şimal bölgəsində ləzgi və avar dillərində dil kursları təşkil edir, Xaçmaz, Quba və Şabranda ingilis dili kursları açırlar, bu millətdən olanları Amerikaya aparıb, ixtisaslarını artırmağa yardımçı olurlar.

İran isə talış separatçılarını fəallaşdırır. Sosial şəbəkələrdə yaradılmış "Talış” qrupları üzvlərinin əksəriyyəti də fars əsilli iranlılardır. Bu onu deməyə əsas verir ki, plan harada hazırlanıb və hansı mərhələdə bitəcək. Tehran hakimiyyəti indidən hazırlıqlara başlayıb və hər şeydən görünür ki, Azərbaycan üçün hansısa problemlər yaratmaq fikrindədir” və s. və i.a.

Mən bütün bu deyilənlərə şübhə ilə yanaşmıram. Təkcə onu demək istəyirəm ki, Talış zonasının bütün insanları üçün (istər talış, istərsə də türk) tarixi minilliklərə söykənən Vətənləri hər şeydən əzizdir. Onlar nə İranın, nə də Rusiyanın qoltuğunda yaşamaq fikrində deyillər. Xarici müdaxilə olacağı təqdirdə rayonlarını, kəndlərini atıb qaçmaq fikrindən də uzaqdırlar. Son iki əsrdə bunu Qacar hücumlarına və Rus müdaxiləsinə qarşı mübarizədə də sübut ediblər. Hakimiyyətlərinin yaratdığı antietnik münasibətlərdən xarici qüvvələrin necə yararlanmaq istəmələri onların öz işləridir. Bunun talışlara və ləzgilərə aidiyyatı yoxdur. Hökumət milli azlıqlara münasibətini Konstitusiya çərçivəsində qursa, bədxahların da deməyə sözü, qarışdırmaga tutacağı olmaz. Çoxmillətlilik Azərbaycanın milli sərvətidir onu hər şeydən daha artıq qorumaq gərəkdir. Əks halda Azərbaycan Respublikası yaxın gələcəkdə yeni etnik münaqişələrlə qarşı-qarşıya durmaq məcburiyyətində qalacaq.

Hüseynqulu Məmmədli,
Lənkəran şəhəri,
07.02.12


 

Категория: Azərbaycan | Просмотров: 1727 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus