Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Февраль » 11 » Separatizmi Azərbaycanda kimlər yaradır?
03:22
Separatizmi Azərbaycanda kimlər yaradır?
Əslində çoxmillətlilik ölkənin milli sərvətidir, onu daha artıq qorumaq gərəkdir

Müasir dünyada 50-yə qədər separatizm ocaqları var və bu 250 milyon əhalini əhatə edir. Separatizm təkcə milli zəmində deyil, həm də dini zəmində özünü göstərir ki, həllinə zorakılıqla müdaxilə edildikdə, bütün hallarda silahlı qaşıdurmalarla müşayət olunur.

Yalnız 20-si etnik-monoton ölkə olmaqla dünyada 200 civarinda dövlət var ki, onların əhalisinin 5-25%-i hakim millətdən deyil. Belə ölkələrin 40 faizində ən azı 5 azsaylı xalq yaşayır. Yer kürəsində 8 min xalq yaşayır və nəzəri baxımdan onların hər biri siyasi müstəqilliyinə can ata bilər. Müstəqil milli dövlətlərin çoxluğu isə son nəticələrdə dünyanı müharibələr meydanlarına çevirə bilər. Lakin tarixin bütün dönəmlərində milli-etnik müstəqilliyə meyl güclü olub və bu da milyonlarla insanların məhvinə, hətta bəzi millətlərin tarixdən silinməsinə gətirib çıxarıb.

Məsələyə bioloji baxımdan yanaşdıqda aydın olur ki, milli-monolit ölkələrdə insanlarım fiziki və zehni (əqli) inkişaflarında çatlar əmələ gəlir, xəstəliklər, anadangəlmə şikəstliklərin sayı sürətlə artır, orta insan ömrü azalır və yeni nəsillər cırlaşır. Əslində bu daha böyük bəladır. Bütün bunlar ona gətirib çıxarır ki, millətlər ümumu birgəyaşayış qaydalarını mənimsəməli, etnik mənsubiyyətlərinə xələl gəlmədən birlikdə - bir dövlətdə qorxu keçirmədən, bir birlərinə hörmət əsasında vahid qanunlara əməl etməklə yaşamalıdırlar.

Azərbaycan coxmillətli ölkədir. Bu ölkənin daimi sakinləri təkcə türklər deyil, həmçinin talışlar, ləzgilər, tatlar, saxurlar, ingiloylar, ruslar, udinlər, ukraynalılar və başqa millətlərdir.

* * *

Separatizm latın sözü olub, ona ümumi anlamda dövlətdən ayrılma, başqa bir dövlət qurma və ya dövlətin tərkibində siyasi muxtariyyət əldə etmə kimi anlayış verilir.

Separatizmin kökləri etnik konfliktlərin yaranmasından və ya yaradılmasından başlanır. Konfliktlər nəticələrinə görə çox təhlükəlidir, təkcə qarşıduran tərəflər üçün yox, dünya üçün faciə mənbəyidir. Birinci Dünya savaşı da Serbiya ilə Avstriya-Macarıstan arasında olan etnik konfliktdən başlamışdı. Etnik konfliktlərin yaranma səbəblərini dəqiq müəyyənləşdirən sistem də yoxdur. Hər bir konfliktin öz unikallığı və spesifikliyi olur. Separatizmi gücləndirən amillərin bəzilərinə toxunmaq istərdim:

1. Dövlət konstitusiyasında azlıqda qalan millətlərin mənafelərinin nəzərə alınmaması.

2. Dövlət siyasətinin
azlıqda qalan millətlərin mənafelərinə laqeydliyi, ayrıseçkiliyə rəvac verməsi, milli azlıqların hüquqlarında aşağılamanın hökm sürməsi.

3. Ölkədə yaşayan
azlıqda qalan millətlərin dil, din, mədəniyyət, adət-ənənələrinə sayğısızlıq və biganəlik göstərilməsi.

4. İşsizlik, dövlət məmurlarının rüşvət və korrupsiyaya qurşanması,
azlıqda qalan millətlərin hakimiyyət strukturlarında təmsil olunmasına gizli əngəllər yaradılması.

5. Xarici ölkələrin xüsusi xidmət orqanlarının məqsədli şəkildə apardıqları pozuculuq fəaliyyətləri.

6. Konstitusiya haqlarını tələb edən
azlıqda qalan millətlərin nümayəndələrinə "separatçı” damğası vurmaq.

Separatizmə aid yüzlərlə belə misallar çəkmək olar.

* * *

Azərbaycanda əsrlərdir ki, müxtəlif millətlər bu gün aparıcı etnos olan azəri türkləri ilə dinc yanaşı yaşayıblar. Hər millət öz dilini, dinini mədəniyyətini basqı olmadan inkişaf etdirə bilib. Lakin Sovet Hakimiyyətinin zorakılıq metodları, milli məsələnin Stalinsayağı həlli üsulları, sosializm məkanında etnosları yatmış şirə çevirdi ki, bu sistem dağılandan sonra etnik müharibələr bir anda alovlandı. SSRİ-də, Yuqoslaviyada, Balkanlarda milli məsələlər daş altından çıxmış kimi püskürdi, minlərlə insanın qanı töküldü, şəhərlər, kəndlər yerlə yeksan edildi, bəzi müstəqil ölkələr yaransa da, tam həllini tapmamış gərginliklər bu gün də davam etməkdədir. Azərbaycan da dünyanın çoxmillətli və milli zəmində qarşıdurmaların gözlənildiyi ölkələr sırasındadır. 1988-ci illərdən başlayan erməni separatizmi öz gücünü elə sovet dönəmində yaradılmış müstəqil erməni dövlətindən, Fransa kimi ölkələrdən, xristianlıqdan, erməni diaspora- lobbilərindən alsa da, Azərbaycanda yaşayan ermənilərin bu separatizmə dəstəyi yox dərəcəsində idi. Elə Ermənistanda yaşayan azərbaycanlılar da eyni aqibəti paylaşırdılar. Lakin, separatizm alovlarının bütün ağrıları Ermənistan türklərinin və Azərbaycan ermənilərinin başında çartladı, onları yurd-yuvalarından, yaşadıqları məkandan didərgin saldı.

Dağlıq Qarabağda erməni separatizminin sağalmaz yaralarını üstündən 20 ildən artıq zaman keçsə də, nəinki sağalda bilmirik, əksinə bir az da dərinləşdirib fəlakətə çevirmişik. Vəziyyət o yerə gəlib ki, mövcud hakimiyyətimiz atəşkəs pozulmasın deyə həm Ermənistanın, həm də onların xaricdəki havadarlarının çaldlqları ilə oynamaqdadır. Azərbaycan- Fransa ”dostluq” münasibətləri bunun bariz nümunəsidir.

* * *

Ermənilər Azərbaycanın daimi sakinləri olmasalar da ölkəmizdə tarixi min illərə söykənən aborogen xalqlarımız var. Yəqin ki, mənimlə razılaşarsınız ki, ölkənin aparıcı etnosu olan türklərlə onların birlikdə mübarizəsi, birliyi olmasaydı ölkənin itirilən torpaqlarının sayı 20% -dən daha artıq olardı. Nə qədər ki, itirilmiş torpaqlar qaytarılmayıb və güman etsək ki, hakimiyyətin əsas məqsədi bu torpaqların qaytarılmasından ibarətdir, onların birliyinə, birgəyəşayış qaydalarında problemlərin yaşanmamasına çalışmaqdan ibarət olmalıdır. Çox təəssüf ki, ölkə əhalisi milli mənsubiyyətlərindən asılı olmayaraq təzyiq və qorxu altında saxlanılmaqla idarə edilir. Azlıqda qalanlar isə daha çox əzillətlərə məruz qalırlar. Təzyiq və qorxu ilə idarəetmə isə təbii ki, separatçı meyllərin baş qaldırmasına meydan açır.

Azərbaycanın ərazi bütövlüyünü, unitar dövlət quruluşunu təhdid edən qüvvələr indi ölkənin cənub-şərqində yaşayan talışlara və şimalında yaşayan ləzgilərə xüsusi diqqət yetirməyə başlayıb. Yeni etnik münaqişələr üçün hakimiyyətin yaratdığı münbit şəraitdən yararlanmağa cəhdlər edirlər. Məsələnin mahiyyətini araşdırdıqda görmək mümkündür ki, ölkə hakimiyyətinin səriştəsizliyi, zor siyasəti məsələyə konstruktiv yanaşılmaması, destruktiv qüvvələrə meydan açmaqdadır.

Yaxın və uzaq qonşularımızın Azərbaycanda olan maraqları müəyyən zaman içində bu faktordan istifadə etməyə zəminlər hazırlayır. Burada ən əsas faktor kimi, münaqişəyə təhrik edilənlərin dil-din birliyidir ki, bu dəyərlərə də ağır zərbələr elə Azərbaycan hakimiyyəti tərəfindən endirilir. Məscidlərin sökülməsi, yenilərinin tikilməsinə qadağalar, din xadimlərinin yalançı ittihamlarla türmələrə doldurulması, məscidə bomba atılması belə amillərdəndir. Bunların müqabilində hətta ehtiyac olmadığı təqdirdə belə Bakıda kilsə və sinaqoq tikilir, Parisdə qədim kilsə təmir etdirilir, Belqradda "Müqəddəs Petka" adında kilsəsinin tikintisi həyata keçirilir. İş o yerə çatıb ki, Qubada və Xaçmazda, Qusarda və Balakəndə, Ləmkəranda və Lerikdə, Masallıda və Yardımlıda çoxlu sayda məktəblərimiz var ki, tövlə üçün belə yararlı olmayan binalarda yerləşdiyi halda prezident İlham Əliyev Serbiyada xristian dini abidələrin restavrasiyasına, Novi Pazar Mədəniyyət evinin bərpasına, "Dostluq parkı”nın abadlaşdırılmasına, "Körpə, uşaq və yeniyetmələrin rifahı” ana və uşaq stasionarına, Voyevodina diyarında məskunlaşan qaçqınlara, Monteneqroda leysan yağışlardan zərər çəkmiş Virpazar qəsəbəsinin sakinlərinə göstərilmiş humanitar yardıma ayırdığı külli miqdarda vəsaitlərə görə "Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatı ilə təltif olunur. Bu vəsaitlər haradan toplanır, hansı büccədən ayrılır, heç kimin elementar məlumatı belə yoxdur.

Talış, ləzgi dilində kitab, qəzet çap etmək vacib bir məsələdir, qanunlarımz da buna yol verir. Lakin bu dillərdə bircə qəzetə, jurnala, kitaba da dövlət dəstəyi, yardımı yoxdur, ibtidai siniflərdə talış dili dərsliyi beş ildir ki, təkrar nəşr edilmədiyi halda məşhur serb yazıçısı Milorad Paviçin "Xəzər Lüğəti” kitabı kütləvi tirajla "H.Əliyev findu” tərəfindən çap edilir.

Ölkənin istər şimalında, istərsədə cənubunda regional televiziya proqramları yayımlanır. Lənkəran əhalisinin uzun illərdir ki, "Cənub TV”-də talış dilində bir neçə saatlıq verilişlər verilməsi xahişi verinə yetirilmədən qalır. Bu separatizm deyilmi? Bölgənin daimi sakinləri olan talışların öz dillərində verlişlərə baxması nədən yasaqlanıb ğörəsən?

(ardı var)


Hüseynqulu Məmmədli
 

Категория: Azərbaycan | Просмотров: 1777 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus