Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 23 » Separatçının separatçı düşüncələrinə cavab
23:37
Separatçının separatçı düşüncələrinə cavab
Hörmətli Hadı müəllim, "Mən də talışam, parlamentdə talışları təmsil edirəm” adlı müsahibəndə "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” adlı təşkilatın yaradılmasına kəskin əks reaksiya verməyinlə qətiyyən razı deyiləm. Müsahibəndən anlaşılır ki, Sən ya talış deyilsən, ya da milli mövqeyini şəxsi maraqların qarşısına sərib tapdalamaqla məşğulsan. O dəqiqə "Sapı özümüzdən olan baltalar” atalar məsəli yadıma düşdü.

Bilməmiş deyilsən ki, Azərbaycan çoxmillətli ölkədir və bu ölkənin qüdrəti, şanı-şöhrəti burada yaşayan millətlərin birgəyaşayış qaydalarında tarazlığın təmin edilməsindən keçir. Tarazlığın təmin edilməsi isə hər bir millətin milli birliyinin, dilinin, dininin, mədəniyyətinin, adət-ənənələrinin sərbəst şəkildə ifadə edilməsindən keçir. Milli azlıqlar, mədəniyyətinin, dilinin, adət-ənənələrinin dövlət tərəfindən ədalətlə, çoxluqda olan millətlə bərabər əsaslarla qorunduğunu hiss edib görmürsə. millət olaraq vətəni özününkü saymayacaq, nə onun sərhədlərini qoruyacaq, nə düşmənini düşməni sayacaq, nə də ən yumşaq formada rəmzlərinə hörmət edəcəklər. Bəlkə də bilməmiş deyilsən, talışlar bu ölkənin türklərdən sonra ikinci böyük millətidir. Qeyri rəsmi də olsa (rəsmi məlumat hələ də bəlli deyil) sayları 500 minlə 1 milyon arasındadır. Lakin, öz dillərində nə məktəbləri, nə radio-televiziyaları, nə ictimai birlikləri, nə etnik-mədəni təşkilatları var. Bunlara hətta, Lənkərandan efirə yayımlanan "CƏNUB Tv” televiziya kanalda dillərində danışmaq imkanı belə verilmir. Təkcə, həftədə bir dəfə çap olunan "Talışon sədo” adlı qəzet buraxırlar ki, onun işıq üzü görməsini əngəlləyən kifayət qədər məmurlar ordusu çalışır və qəzet dövlət dəstəyindən məhrumdur. Respublika "Talış Mədəniyyət Mərkəzi” Sovetlərin hakimiyyəti dövründə fəaliyyət göstərsə də, indiki "müstəqillik” zamanımızda fəaliyyəti iflic edilib. Əvəzində bunları tələb edənlər Rusiya, İran, Avropa ölkələrində yaşamağa məcbur edilərək separatçılıq meyllərinə yuvarlandırılır.

Bəlkə də bilməmiş deyilsən: Rusiyada fəaliyyət göstərən Talış diaspora mərkəzi Asərbaycan hökumətinin əlaqədar qurumlarından tutmuş Prezidentinə qədər, hamıya müraciət etdi ki, Bakıda Talış mədəniyyəti ilə bağlı konfrans keçirsinlər. Lakin, onlara heç bir halda icazə verilmədi və nəticədə ümumi düşmənimiz Ermənistan bundan yararlanmağa çalışaraq konfransın Yerevanda keçirilməsinə qucaq açıb, hətta, yol-maliyyə xərclərini ödəyəcəyini də öz üzərinə götürdü. Lakin, təşkilatçılar haqlı olaraq Ermənistanın bu təklifindən imtina etdilər. İndi Hadi müəllim, özün de, birada sənin də təmsil olunduğun Azərbaycan hökuməti əcaib avtoritar münasibəti ilə əsl SEPARATÇİ kimi çıxış etmədimi? Ölkənin bu köklü aborogen xalqı olan, Qarabağ döyüşlərində başqa regionlarımıza nisbətən daha çox şəhidlər vermiş talışlara qarşı belə əcaib mövqe nədən qaynaqlanır, bu ayrıseçkiliyin arxasında kimlər dayanır və belə münasibət nədən səni qane edir?

"Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” təşkilatı yaradanlar öz məram və məqsədlərini də aydın ifadə ediblər. Xatırladıram: "…məqsəd Azərbaycan Respublikasında yaşayan insanların həmrəyliyi, o cümlədən ölkənin bərabər hüquqlu vətəndaşlarından olan talış xalqının həyatında son zamanlar ciddi vüsət almış süni assimilyasiya prosesinin və milli özünüdərk harmoniyasının pozulmasının qarşısını almaq, layiqli vətəndaş – şəxsiyyət xarakterinin formalaşması naminə onun dilini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını, folklorunu, adət-ənənələrini və digər maddi-mədəni dəyərlərini öyrənib tədqiq etmək, eləcə də bu xalqın etnokulturologiya yaddaşını yenidən özünə qaytarmaq”dır.

Hadı müəllim, özünü talış adlandıran səni, bu məramın hansı hissəsi qane etmir ki, onun yaranmasını"… səhv, yanlış addım, bunu edənlərin isə düz mövqedə olmadığını” iddia edirsən?

"1990-cı ilin əvvəllərində cənub bölgəsində baş qaldıran, Ələkrəm Hümbətovun rəhbərlik etdiyi separatçılığın talış camaatına heç bir aidiyyəti olmayıb: "Guya bunu talış camaatı yaratmışdı. Amma bunu edənlər separatçı qruplar, onlara dəstək verənlər idi. Bunların hamısı dövlətçiliyə ziyan vuran, Azərbaycançılıq əleyhinə olan addımlardır və məqsədli formada qızışdırılır. Hazırda dünyada konflikt yaratmaq üçün bir qayda olaraq milli azlıqlardan, dini və təriqət ayrılıqlarından istifadə edilir. Lənkəran və Astara bir bölgədədir. Biri deyir sünniyəm, digəri deyir şiəyəm. Bunlar hamısı gülünc və qarışıqlıq salmaq üçün istifadə edilən vasitələrdir”.

Bu sətirlər də sənin müsahibəndən götürülüb. 1993-cü il Lənkəran hadisələrinə separatismin hakim olduğunu mən inkar etmirəm. Lakin, bu hadisələr daha böyük və təhlükəli separatism olan Naxçıvan Ali Məclisinin sədrinin Ermənistan rəhbərliyi ilə ATƏŞKƏS müqaviləsi imzalamasından qaynaqlanırdı. Naxçıvan rəhbərliyinin müstəqil xarici siyasət aparmaq hüququ yox idi, elə indi də yoxdur. Ölkənin Ermənistanla qanlı müharibə apardığı dövrdə isə bu milli xəyanət və qatı separatism idi ki, bədəlini günahkarları yox, xalq, qanını tökməklə, ölkə isə Kəlbəcəri itirməklə ödədi.

Təəssüf edirəm ki, siyasətçi kimi separatizmin yaranma səbəblərindən xəbərsizsən. Yəqin ki, başın saxta məclisdə "Sərbəst toplaşma azadlığı haqqında” qanunu eybəcərləşdirməyə və "Palıdlı sahildə” milyonlar qazanmağa o qədər qarışıb ki, beynəlxalq normaları öyrənməyə vaxtın qalmır. Bu normalar təsdiq və sübut edir ki, milli zəmində münaqişələrin kökünü kəsmək üçün ən güclü vasitə millətlərə özünü sərbəst ifadə imkanının verilməsidir. Milli azlıqlar nə qədər çox təzyiqlərə məruz qalırlarsa, onların milli mənlikləri nə qadər çox aşağılanırsa və bunun olmadığına nə qədər artıq iddialar edilirsə münaqişələr də o qədər tez yaranır və amansız olur. İslam Peyğəmbərinin də, hazırda Avropa ölkələri və ABŞ-ın da milli məsələyə münasidətləri bu istiqamətlərə söykənib. Məhz bu xüsusdandır ki, Avropa və ABŞ-da milli zəmində münaqişələr minimum həddə enib. Sənsə milli məsələnin Stalin metodları ilə həllini o qədər dərindən mənimsəmisən ki, heç Yuqoslaviyada baş verənlər də, Özbəkistanda tökülən qanlar da, Qarabağ hadisələri də vecinə deyil. Sənin münasibətin belədir ki, talışlar da nə qədər çox təzyiq altında saxlanılsalar, nə qədər çox deyilsə ki, onların mənafeləri ideal qorunurur, bir o qədər uğur qazanılar. Heç vecinə də deyil ki, bu təzyiq bir balaca azalan kimi millətlər bir-birlərinin qanlarını su yerinə axıdacaqlar. Ancaq unutma, belə münaqişə yaransa "Palıdlı sahil”in də darmadağın edilə bilər. Açıq deyirəm verdiyin bu müsahibələrə cənub bölgəsində o dərəcədə aqressiv münasidət var ki, onun altından çıxmaqda ağır bədəl ödəmələrin olacaq. Bu gün Lənkəranda açıq və geniş şəkildə soruşmaqdadırlar: "Bu necə talışdır ki, Lənkəran televiziyasında heç olmasa gündə bir dəfə talış dilində 2-3 saatlıq veriliş yayımlanmasının əleyhinədir, bu necə talışdır ki, talış folklorunun toplanmasını istəmir, bu necə talışdır ki, talış mədəniyyəti deyəndə qan təzyiqı kəllə çarxa qalxır, bu necə talışdır ki, talış dilində qəzet, jurnal, kitab çap edilməsini, talış mədəmiyyətinin, tarixinin öyrənilməsini SEPARATİZM adlandırır", və c. və i.a.

"Talışlara heç bir təzyiq yoxdur. Mən buna bariz nümunəyəm”, - deyə utanc gətirəcək ifadə işlətməkdən də çəkinməmisən. Dediyindən belə çıxır ki, sənə təzyiq yoxdursa, elə bu bəsimizdir. Sən ki, hakimiyyətə xidmət edən, onun saxta mandatını gəzdirən, sözçüsünə çevrilən, avtoritarizmə sədaqət göstərən, əvəzində ondan yararlanan birisisən. Beləsinə təzyiqmi edərlər? Azərbaycanda yüz minlərlə talış var ki, onların heç on mində biri sənin kimi yaşamır. Bazarlar ali təhsilli alverçilərlə, küçələrimiz işsizlikdən narkomana çevrilmiş gənclərlə, ailə ocaqlarımız pulsuzluqdan ailəsi yanında xəcalət tərində boğulan valideynlərlə doludur. Bütün bunları görmək üçün gərəkdir ki, xalq arasına çıxasan, vətəndaşlarla, vətənin daşları ilə təmasda olasan. Sən ki, bütün bunlardan məhrumsan. Ayaqların üç məkandan başqa heç yeri tanımır: Milli deyilən Məclis, "Palıdlı sahil” və yaşayış mənzilin.

Müsahibəni oxuyan hər hansı ağlı başında olan adam yalnız bu nəticəni çıxara bilər: Hadı müəllim ya talış adı ilə manipulyasiya edir, ya da ölkəmizdə milli zəmində yeni qanlı münaqişələrin yaranması arzusundadır. Mən bir siyasətçi olaraq hesab edirəm ki, "Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi” kimi təşkilatların yaranması təqdirəlayiq hadisədir, onu yaradanlar şərəfə layiqdirlər və belə təşkilatlar dövlət tərəfindən dəstəklənməlidir. Yaddan çıxarmayaq ki, "Azəri türk qadınlar birliyi” deyilən bir təşkilat var və bu təşkilat Qarabağ münaqişəsinin həllinə müəyyən töhfələr də verir. Belə töhfələri daha da artırmaq üçün nədən kimlərsə qabağa düşüb, kimlərsə cəsarət göstərib "Azəri talış qadınlar birliyi” yaratmasın. Bəlkə də belə bir təşkilat çoxdan yaradılardı, özümüzdən olan baltaların zərbəsindən qorxmasaydılar.

Son olaraq Eldəniz Quliyevə və Mehdibəy Səfərova öz adımdan və tanıdığım bütün talışlar adından təşəkkürümüzü bildirir və avtoritar rejim sözçülərinin saxta münasibətindən inciyib ruhdan düşməməyi arzulayıram. Allah köməyiniz olsun!

Hörmətlə,

Hüseynqulu Məmmədli.
Lənkəran şəhəri


Yazı Hüseynqulu Məmmədlinin facebook səhifəsindən götürülmüşdür


Категория: Azərbaycan | Просмотров: 4263 | Добавил: admin | Рейтинг: 3.7/7
Всего комментариев: 3
3 ERAZ  
4
Спасибо автору статьи!
,,Демократический союз талышей за Азербайджанскую государственность,,- это шаг к восстановлению справедливости, который для чиновников независимо от их национальной принадлежности однозначно не выгодно. Справедливость, законность для вора-коррупционера таких как Гади, Гад.ибаба и др. как сигнал о наступление смертельной болезни, ведь эти мерзавцы рассчитывают свою карьеру для внуков, сидя на шее народа!!!

2 Elxan  
4
Mehdibey Seferovu atdigi bu addima gore destekleyirem, Eldeniz Guliyeve de derin teshekkurumu bildirirem ki, Azerbaycanin medeni isrine bele sahib cixmagi bacarir ve adini gelecek nesillere numune olacag bir siraya yazir.Ana vetenimiz etdklerinizi hec zaman unutmayacagdir.
Hadi muellim bilmelidir ki,olenden sonra da vesiyyet etsin onu Lenkerandan uzag yerde defn etsinlr.Onun mezarini da yerle-yeksan ederler.

1 bayrami1682  
3
Cənab Hüseynqulu bəyə təşəkkür edirəm, elə bil ürəyimdən xəbər verdi yazdıqları. Onunla tam razıyam. "Talış birliyi"ni təsis edən Mehdibəy Səfərovi və Eldəniz Quliyevi mən də dəstəkləyirəm.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus