Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2015 » Апрель » 20 » Şairin töhfəsi
15:12
Şairin töhfəsi

ALİ NASİR -60

Müasirləri başçılara, yerli məmurlara mədhiyyələr qoşub ev, maşın, vəzifə, karyera sahibi olanda, Əli Nasir İmam Hüseyn (ə) məktəbindən əxz etdiyi əqidə qurbanı olub, vətənin azadlığı, dövlətin müstəqilliyi, millətin yaşarlığı uğrunda mübarizələrə qatılır, xalqın ruhunu qaldıran inqilabi nəğmələr, ürək yaxıcı ruhlandırıcı lirik şeirlər, yurddaşlarını ayıq-sayıq olmağa çağıran satiralar, oxucunu müdrikləşdirən fəlsəfi əsərlər, millətin ruhunu oxşayan ağılar, dini mövzuda mənzumələr, mərsiyələr yazırdı...

Budur, yeddi kitabın müəllifi olan şair Əli Nasirin müasirlərinə, hətta xələflərinə, müsəlman dünyasına, özünü vətənə, torpağa, millətə, azadlığa, haqqa, ədalətə, Allaha qurban verib bəşəriyyəti yaşadanlara daha bir töhfəsi qarşımızdadır !

Şairin « Müsibəti- Kərbəla » (Bakı, 2008, 88 səh.) mənzuməsi əslən Peyğəmbər (s) övladı olan bir insanın öz ulu babası İmam Hüseyn (ə) dünyada analoqu olmayan üsyanından, mübarizəsindən, şəhidliyindən bəhs edən dəyərli bir əsərdir.

Kərbəla faciəsi baş verdiyi gündən (16 iyul, 680-ci il) bu günədək şüəranın- qələm sahiblərinin əzəli mövzusu olmuşdur. Təriqətindən, məzhəbindən, dinindən, dilindən, irqindən, millətindən asılı olmayaraq bəşəriyyət bu hadisəni ya səhnə-səhnə, ya bütün təfərrüatı ilə dönə-dönə qələmə alır, səhnələşdirir, tamaşalarda, şəbihlərdə, mərasimlərdə yaşadır, dialoq, sual-cavab, mənzumə, mərsiyə, qəsidə... şəklində öz əsrdaşlarına çatdırır, haqqında bəhs etməkdən, kino çəkməkdən yorulmur.

Azərbaycan ədəbiyyatı və incəsənət xadimləri də bu ümumbəşəri mövzuda qiymətli əsərlər yaratmışlar. Mövlana M. Füzulinin « Hədiqətüs—süəda »sından bu yana yüzlərlə əsər Kərbəla hadisəsini öz səhifələrində əks etdirmişdir. « Azərbaycanda dini poeziyanın « qızıl dövrü » XIX əsrin qismətinə, taleyinə düşür. Həmin dövrdə bu poeziyanın Qumri, Qüdsi, Dəxil və başqa (onlarla) istedadlı nümayəndələri yetişmiş və geniş xalq kütləsi tərəfindən sevilmişdir. Sözün qədrini bilən xalqımız zamanın amansız tufanlarına sinə gərərək, dini poezyanın bir çox gözəl nümunələrini qoruyub günümüzəcən saxlaya bilmişdir. Şükürlər olsun ki, çağdaş milli ədəbiyyatımıza islam tarixinə, dini mövzulara maraq , istək və bir sevgi hiss olunur... » (Hacı Üzeyir Heydərli « Nəbz » qəzeti, N0 02 (741)

Dini mövzularda qələm çalan sənətkarlarımız arasında Əli Nasir imzası onsuz da Azərbaycan və talış dilli mərsiyələri ilə çoxdan mövcuddur. Bu kitab isə Əhli-beyt şairinin yuxarıda adı çəkilən klassiklərimizin cərgəsində fəxrlə çəkməyimizdə yanılmadığımıza əyani bir sübutdur.

«  Poemanın minacatla başlayan Əli Nasir Allahın hər şeyə qadir olduğunu, ucalığını və gözəlliyini vəsf edərək, saleh bəndəsinə Allahdan uğur diləyir »:

Hələ nə eşq vardı, nə də ki nifrət,

Təkcə Allah vardı, O vardı, fəqət

Ol ! deyib yaratdı külli-aləmi,

Çərxi, ruzigarı, lövhü, qələmi... (s.6)

Kitabda əruz vəzninin klassik ənənəsi qorunub saxlanır, ərəb-fars sözlərinin işləkliyi, izafət və tərkiblərin sırası klassik şeir üslubunun ləngərliyi, nəhayət, İmam Hüseyn (ə) kimi dahi şəxsiyyətdən söz açılarkən ona məhəbbət və ehtiramdan irəli gələn yüksək pafos və romantik təntənəli nitq bu əsəri əvvəldən axıradək müşaiyət edən məziyyətlərdir.

Yəni mövzu belədir ki, İmam Hüseyn (ə) 58 illik yaşamının yekunu və zirvəsi—islam dininin əbədi yaşarlığını təmin edən Kərbəla hadisəsi haqqında müəllif adi nitq ilə , sadə dil ilə danışmağı rəva bilməmişdir və təbii ki, ənənədən kənara çıxmaq istəməmişdir :

Xeyir-bir körpənin süd baxışları,

Şər- şeytan torunun « zər » naxışları.

Xeyir aqibətin cənnət məqamı,

Şər də- cəhənnəmin od dolu camı...(s.8)

Bununla belə, əsəri- yəni 1478 il bundan əvvəl Kərbəla çölündə baş vermiş hadisəni XXI əsrdə nəzmə çəkərkən müasirlərinin anlayacağı bir dildə qələmə almışdır. Dilimizin genetik fondunda özünə məhkəm yer eləmiş ərəb-fars kəlmələrini həm də danışıq dilinə yaxın bir tərzdə işlətmişdir ki, müasir oxucu onu mətn içində asanlıqla daşa düşə bilsin. Məsələn, əsərin ən təsirli və oxucunu riqqətə gətirən səhnələrin birində Həzrət Peyğəmbər (s) körpə nəvəsinə dediklərini şair Əli Nasir belə qələmə alır :

Hərdən ona canım deyərək oğlun öyərdi,

Hərdən boğazından öpərək böylə deyərdi :

Mənim məsum oğlumun başında bir bəlası var,

Bəni-Üməyyə nəslinin onunla Kərbəlası var... (s.11)

Hətta az işlək olan bu sözlər əruz təfilələrinin- qəliblərinin ahəngi, ritmi ilə süslənir, məcazi və obrazlı ifadələrlə elə uyuşdurulur ki, oxucu bu sənət əsərindən ikiqat ibrət ala bilsin (Sonda belə sözlərin izahı verilir) :

Həmişə Fatiməyə tapşırar idi Həsəni,

Bir yerə getsə o dəm tapdırar idi Həsəni.

Hüseyn ondan da kiçikdir, amma sormazdı onu,

Gözüm üstə deyərək Fatimə qırmazdı onu.

Bir dəfə cürət edib sordu özündən səbəbi,

Ona bu haləti bir böylə izah etdi Nəbi :

Həsənin hamisiyəm mən, a qızım, çünki Vəli,

Yaradan zamin Hüseynə eləyib Cəbraili...(s.12)

Məsnəvidən qəsidəyə, qəsidədən mürəbbeyə, təhkiyədən təsvirə, təsvirdən tərənnümə-vəsfə keçdikcə, əruzun ağır ləngərli bəhrləri sürətli, oynaq bölümlərlə (rəməl, həzəc, müctəss, münsərih...) bir-birini əvəz etdikcə oxucu İmam Hüseynin (ə) əqidəsi ilə yüklənir, haqq-ədalətin, azadlığın, xeyirin qansız ötüşməsə də, sonda qələbəsinə-qalib gələcəyinə inam bəsləyir, bu isə ruhi ətalətdə bulunan müasir cəmiyyətimiz üçün çox vacibdir :

Bir kəsin ki yox Hüseynə eşqi, nadandır yəqin,

Çün Hüseynin Kərbəlası eşqə bürhandır, yəqin.

Kim onun tək cani- dildən sadiq olmuş əhdinə ?

Nure-Həqq, həm sure-Həqq, zülmət sökən dandır, yəqin... (s.63)

Əsər insanda şərə, müharibələrə, dünya hərislərinə nifrət, xeyirə, sülhə-barışığa, əmin-amanlığa, xeyirin qələbəsinə rəğbət və məhəbbət yaradır.

Bu Kərbəla hadisəsi niyə dildən-ağızdan, fırçadan-qələmdən düşmür ? Əli Nasir onu belə mənalandırır :

Kərbəla – Xaliqin bir sınaq daşı,

Kərbəla- xeyirlə şərin savaşı.

Kərbəla bəşərə bir qan yaddaşı,

Kərbəla- xeyirin kəsilmiş başı.

Kərbəla- haqq deyən xeyirin səsi,

Kərbəla dünyanın vəfa nöqtəsi.

Bşərə üz tutub almadan nəfəs,

Vəfa nöqtəsinə səsləyir o səs...(s.9)

Beləcə əsər fəlsəfi ümimiləşdirmələri, bədii siqləti ilə oxucunun düşüncəsinə, ali hisslərinə nüfuz edir, son 20 ildə milli ədəbiyyatımızda ilk dəfə dini səpkidə yaradılan maraqlı bir nəzm əsəri kimi yadda qalır.

Allahverdi BAYRAMİ

Masallı, Mədo

 

Категория: Talış dili və ədəbiyyatı | Просмотров: 2201 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus