Ustad Allahverdi Bayrami... 4-5 illik tələbəlik illəri istisna olmaqla həyatı boyu döğulduğu səfalı Mahmudavar (talış dilində Mədo) kəndində yaşayıb. Ömrü boyu müəllim işləyib Ustad.
Bütün ömrünü haqq və ədalət uğrunda mübarizəyə həsr edib. Hələ Sovet hökümətinin basıb-kəsən vaxtlarında saxta kommunistlərin "bohtan" ittihamıla üzləşərək məhkəməyə çəkilib Ustad.
O, Sovet rejiminə qarşı Azərbaycanda başlanan demokratik hərəkatın öncüllərindəndir. Başqa cür ola da bilməzdi. Sovet rejiminin suqutu ilə kəndinə xoşbəxtlik gələcəyinə daxilən inanıb və məqsədi uğrunda hər şey edib. Aərbaycanın indiki üçrənqi bayrağını kənddə ilk dəfə gətirən və dalğalandıran da Ustad olmuşdur.
Təəssüf ki, Ustadın arzuları bundan sonra da gerçəkləşə bilməyib. Vaxtılə sovet rejiminin himayəsində durmağı hər vasitələ gözə soxmaq üçün Ustada kəç baxanlar bu gün indiki rejimin müdafiəçisi kimi özünü gözə soxurlar. Məhz buna görə 65 yaşı başa çatıb-çatmamış Ustadı pensiyaya göndərdilər. Azərbaycanın baş təhsil qulduru Misir Mərdanov Ustadla yaşıddır. Necə ola bilər belə bir quldur təhsil naziri vəzifəsində işləyə bilir, amma Ustada adi kənd müəllimliyi də çox görürlür. Ölkədə regionçuluğun, yerliçiliyin, traybalizmin banilərindən biri, keçmiş sovet və indiki klan rejiminin baş ideoloqu Ramiz Mehdiyevin isə nə az, nə çox düz 73 yaşı var. O, hələ pensiyaya getmək barədə düşünmür.
Ustad bu gün də öz ampluasındadır. Həmişəki kimi...
Ona ilk növbədə can sağlığı, uzun ömür və çoxlu yeni yaradıcılıq uğurları arzu edirəm. Və bir də deyərdim ki, dünya Allahverdi Bayrami kimi Ustadların çiynindədir, gəlin belə insanların qədrini sağlığında bilək və qiymətləndirək...