Bəxtiyar Ruşinin doğum günü ilə bağlı bir vaxtlar onun şagirdi olmuş hüquqşünas Ataxan Əbilov özünün facebook profilində müəlliminə ad günü təbriki ünvanlayıb. Təbrikdə deyilir:
"Bu gün mənim orta məktəb müəllimim Bəxtiyar İzzətovun (Bəxtiyar Ruşin) doğum günüdür. O illərdən Bəxtiyar müəllimlə bağlı yaddaşımda çoxlu xatirələr var. Bakı Dövlət Universitetini təzəcə qurtarmışdı. Çox böyük enerjiyə malik idi. Məktəbdə nəinki şagirdlərin, hətta ətraf kənd məktəb müəllimlərin böyük marağına səbəb olan bir fizika labaratoriyası qurmuşdu. Həmən labaratoriyada nəzəriyyənin praktik izahları necə maraqlı idisə, onların əksəriyyətini bu gün də xatırlayıram.
Bəxtiyar müəllim biliyi, şagirdlərilə nəzakətli, mehriban və nəvaziş davranışı, geyimi, məktəbimizdə təşkil etdiyi rəngarəng tədbirləri və bir sözlə hər bir sahədə kreativliyi ilə şagirdləri özünə valeh etmiş, onların kumirinə çevrilmişdi. O, bizim üçün əsl nümunə idi.
Bəxtiyar müəllim hazırda Bakıda yaşayır, öz ixtisası üzrə respublikamızda tanınan alimlərdən biridir. O, həm də yaradıcılıqla məşğuldur. Azəri və talış dillərində təkrarsız şerləri var.
Bəxtiyar müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirəm, ona ilk növbədə can sağlığı və çoxlu yaradıçılq uğurları arzu edirəm. Allah onu qorusun!"
TALISH.ORG