"SƏS"i ver Mehdibəyə, çünki nicat vardı bizə,
Elə zənn, dadə gəlib, Mehdi xilaskardı bizə.
Bu Talış dağlarının əhli-hünər oğlu kimi,
Helə, hər yerdə o, -xalqım deyərək yardı bizə!
Günü gündən Lerikin vəzyəti bir halə düşür-
Tən edən laldı bizə, kordu bizə, kardı bizə.
Boşalır yurdumuzun tarixi cənnət güşəsi,
Yiyəsiz evləri gördükcə, cahan dardı bizə.
Rayonu iflic edib yol, qaz, işin olmaması
Məsələ qaldıra kim - ax bu nə rəftardı bizə.
Nə gərək əyləşə deptatxanədə "lal" deputat?
Camahatın bu qədər dərdi ki izhardı bizə.
Duyuram Mirfayaz, öz xalqımın iradəsini,
Nə rəvadir uzadam, Haqq açıq- aşkardı bizə!
"SƏS"i ver Mehdibəyə, çünki nicat vardı bizə,
Elə zənn dadə gəlib, Mehdi xilaskardı bizə.
Mirfayaz LİKMƏKANİ
11.10.15