Qəsəbədə 5 min nəfərə qədər əhali yaşayır. Əsas və belə demək mümkünsə əlavə məşğuliyyətləri də balıqçılıqdır. Qəsəbənin ərazisində təsərrüfat işləri ilə məşğul olmaq imkanları yox dərəcəsindədir.
Qəsəbənin üç tərəfi su, bir tərəfi dar zolqlı quru ərazilərdən ibarətdir. Sovet dövründə əhali "Balıqçılar” sovxozunda işləyib mütəşəkkil formada balıq tutmaqla məşğul olurdular.
Müstəqilliyin H. Əliyev dönəmində sovxoz ləğv edildi, "Su polisi” adlanan hüquqi orqan yaradıldı və bu orqanın vəzifəsi balıq tutmaq istəyən vətəndaşlardan "HAQQ” – rüşvət almaqla dənizə çıxmalarına icazə verilməkdən ibarət oldu. Rüşvətin məbləği bu orqanda tez-tez dəyişdirilən rəisin iştahına uyğun olaraq artırılıb azaldılır. Tələb olunan məbləği verə bilməyənlər və ya ovdan uğursuz qayıdanlar verdiklərini qazana bilməyəndə növbəti ovdan məhrum edilirlər.
Son üç ildə su polisindən və buradakı sərhəd zastavası əsgərləri ilə bir neçə dəfə konfliktlər yaşanıb. Hər dəfə də dövlət orqanları qərarları əhalinin əleyhinə qəbul etdiyindən narazılıqlar bir qədər də dərinləşib. 14 dekabr 2011-ci ildə dənizə çıxan iki balıqçı qayığı sərhədçilər tərəfindən tutularaq, 9 nəfərlik heyəti fiziki təzyiqlərə məruz qoyulmaqla həbs olunublar. Onların azad olunmasını tələb edən qəsəbə sakinləri bunun üçün rüşvət verməyə məcbur ediliblər. "Daha heç nəyimiz qalmayıb” – deyə fəryad edən sakinlər səbr kasalarının daşdığından sərhəd qoşunlarının komandirini girov götürüblər. "9 nəfərimizi buraxın, komandirinizi buraxaq” - deyə inad göstəriblər (Üç nəfəri artıq buraxılıb).
Qəsəbəyə hərbi maşınlar, sahillərə hərbi gəmilər yeridilib. Hərbiçilərlə sakinlər arasında əlbəyaxa dava düşüb. Bir nəfər sakin BTR-in təkəri altda qalaraq ölümcül yaralanıb. Vəziyyəti çox ağırdır. Qəsəbəyə qoşun hissələri də yeridilib. Yerli televiziyalarda yanlış məlumatların verilməsi sakinlərini bir qədər də hiddətləndirib. Dekabrın 16-da (dünən) insident yanidən başlayıb. Hökumətin korrupsiya və rüşvətxorluğuna qarşı ittihamlar səsləndirilib.