Главная » 2012»Май»10 » Səhər TV Talış Ağsaqqallar Şurasının bəyanatını yayıb
21:56
Səhər TV Talış Ağsaqqallar Şurasının bəyanatını yayıb
Bu gün Beynəlxalq Səhər televiziya kanalı Talış Ağsaqqallar Şurasının bəyanatını yayıb. Reportajın mətnini olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq.
Azərbaycan Respublikasında Talış Ağsaqqallar Şurası BMT-nin İnsan Haqları Şurasına və bir sıra digər beynəlxalq quruma müraciət ünvanlayaraq, Azərbaycan Respublikasında talışların hüquqlarının təmin edilməsinə yardım etmələrini istədi.
Azərbaycan Respublikası Talış Ağsaqqallar Şurasının Bakıda Avropa mahnı müsabiqəsi olan "Avroviziya 2012-"yə hazırlıq ilə əlaqədar Qərbin diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda Beynəlxalq İctimaiyyətə ünvanlanmış müraciətində deyilir: "Talışların ilkin hüquqları o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 44 və 45-ci maddələrində təmin edilmiş milli kimlik və ana dilindən istifadə haqları praktiki olaraq təmin edilmir və bunun müqabilində hakim dairələr ölkə Konstitusiyasına laqeyd münasibət bəsləyərək, talışların ən adi hüquqlarını belə tapdalayırlar.”
Azərbaycan Talış Ağsaqqallar Şurasının beynəlxalq qurum və təşkilatlara ünvanlanmış məktubunda rəsmi Bakının talışların yeganə mətbuat orqanı olan "Tolışi Sədo” qəzetinin təsisçiləri və işçilərinə qarşı təzyiqlərinə də işarə edilib və bildirilib: "Hökumət bu mətbuat orqanını yararsız hala salmaq üçün bütün mümkün vasitələrdən istifadə edir.”
Azərbaycan Talış Ağsaqqallar Şurasının məktubunda daha sonra deyilir: " Azərbaycan Respublikası bir sıra beynəlxalq təşkilatlar, konvensiyalar və nizamnamələrə üzvdür. Amma, praktiki olaraq, Bakı rəsmiləri talışların vəziyyəti ilə bağlı gerçəklikləri gizlətmək üçün istənilən yalandan istifadə edirlər.”
Azərbaycan Talış Ağsaqqallar Şurası məktubun sonunda ölkədə real siyasi islahatların aparılmasını və Azərbaycan talışlarının rifahı və hüquqlarının təmin edilməsini istəyib.” Məktubda həmçinin ümidvarlıq edilib ki, Azərbaycan Respublikasında mövcud olan ayrı-seçkiliklərə son qoyulsun.